VÂVEYLÂ
Photo
Filmin əsas mövzusu çox varlı, amma həyatdan zövq almayan Nicholas Van Orton adlı bankirin həyatıdır. O, atasının intihar etdiyi yaşa — 48 yaşına çatır. Qardaşı ona qəribə bir “oyun” hədiyyə edir. Bu oyunun adi əyləncə olduğunu düşünür, amma zaman keçdikcə həyatındakı hər şey qarışmağa başlayır: kimə güvənəcəyini, nəyin həqiqət, nəyin oyun olduğunu ayırd edə bilmir. Film boyunca insan özünü Nicholas kimi hiss edir — tamaşaçı da nə baş verdiyini tam anlaya bilmir. Bu da filmin ən güclü tərəfidir. Rejissor daim gərginlik yaradır və “indi nə olacaq?” hissini saxlayır. Xüsusilə sonluq filmi yadda qalan edir.
❤3