Vüsət Əzizov
10.3K subscribers
17.6K photos
79 videos
172 files
7.16K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994777645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
⚡️ Bu gün məzun iş axtarmamalıdır, iş yeri açmağı düşünməlidir.

Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində deyib.

Nazir müavini bildirib ki, müasir dövrdə layihələr innovativ olmalı, ideyalar isə innovasiyaya çevrilməlidir”
Ətraflı:
https://www.facebook.com/share/p/1AcoqXtKgP/?mibextid=wwXIfr
👍5👏2
Kimin hansı fənnə marağı daha böyükdü?
😁12👍2🤷‍♂1
Dövlət İmtahan Mərkəzində keçiriləcək “Açıq görüş”də iştirak etmək üçün qeydiyyat davam edir.

Yerlər məhdud olduğu üçün görüşdə iştirakınıza əmin olduğunuz təqdirdə qeydiyyatdan keçməyiniz xahiş olunur! Məktəbli uşaqları ilə görüşdə iştirak edən valideynlər qeydiyyatı həm özləri, həm də övladları üçün ayrıca etməlidirlər!

Görüşdə iştirak etmək istəyənlər bu gün saat 23:59-dək verilmiş anket formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat linki: https://portal.dim.gov.az/gorush2026/

Ənənəvi olaraq görüşdən sonra şagirdlər və abituriyentlər dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanına malik olacaqlar.

Qeyd: Görüş Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.
❤5
DSX-nin Xüsusi Məktəbinə hazırlaşan şagirdlər üçün növbəti sınaq - 7 mart

Yer sayı məhduddur: 0513461438
Siz nə düşünürsüz?
🤣21🤷‍♂1❤1😁1
Vüsət Əzizov
Siz nə düşünürsüz?
Son zamanlar BDU yenə də diqqət mərkəzindədir
👍5😐1
⚡️Triqonometriya riyaziyyatdan ixtisar olunsun - şagirdlər ÇƏTİNLİK ÇƏKİR

“Şagird dərsi anladığını düşünür, amma məsələni həll edə bilməyəndə günahı öz intellektində axtarmağa başlayır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında “İlin gənc müəllimi” müsabiqəsinin qalibi, riyaziyyat müəllimi Natəvan Fərzəliyeva söyləyib.

O, həmçinin qeyd edib ki, dərsliklərin ən böyük qüsuru sadədən mürəkkəbə keçid balansının qorunmamasıdır:

“Dərsliklərdə bəzi mövzular var ki, onların təqdimatı şagirdi riyaziyyatdan soyudur. Şagirdlərə bu üç mövzuda xüsusilə haqq verirəm.

Triqonometrik çevirmələr mövzusunda dərsliklərdə onlarla düstur ard-arda verilir. Şagird bu düsturların məntiqini anlamaq əvəzinə, onları əzbərləməyə məcbur qalır. Bu isə riyaziyyatı düşüncə prosesindən çıxarıb “yaddaş testi”nə çevirir.“
👍20❤8👎1💔1
⏰️ İmtahan saat 11:00-da başlanır.

❗️İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

➡️ İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

📑Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

✅️İmtahana buraxılış vərəqəsi;

✅️Şəxsiyyəti təsdiq edən sənədin əsli:

📍Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı saytımızdan yükləyə bilərlər.

Bütün iştirakçılara uğurlar arzu edirik!

Ətraflı: https://shorturl.at/acSMo
❓Məktəblərdə Beynəxalq Qadınlar Günü münasibətilə yaşana biləcək neqativ halların qarşısının alınması məqsədilə rəsmi qurumlar tərəfindən hansı qabaqlayıcı tədbirlər görülür?

📌 Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nin mövzu ilə bağlı ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilib.

◼️ Agentlik nəzərə çatdırıb ki, valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssisələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.

Ətraflı: https://muallim.edu.az/mutda-8-marta-gore-mekteblere-telimat-gonderildi

#AzərbaycanMüəllimi #MÜTDA #təlimat #məktəb
❤1
Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikasının (MR) əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Qərar qəbul edilib.
Qeyd edək ki, F.Bağırzadə 1994-cü ildə Bakıda anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini bitirib. 2021-ci ildə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.
🥰1
Fotoları paylaşılan şəxslərdən redaksiyamıza verilən məlumata görə, onlar tərəfindən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib. Polis məsələni nəzarətə götürdüyünü və həlli istiqamətində addımların atılacağını vurğulayıb. Qeyd edək ki, sosial şəbəkələrdə baş verən bu kimi halların operativ həlli Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin səlahiyyətindədir.
Xəbər verdildiyi kimi,bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Yeni hakim təyin olunanlar arasında Camalov Əli Elmar oğlu da var.

O, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə hakim təyin olunub.

2013-2017 – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (bakalavr),2017-2018 – Münhen Lüdviq Maksimillian Univeristeti, Almaniya (magistr, L.L.M.) bitirib.
Ətraflı:
https://www.facebook.com/share/p/1HYpfb4BKS/?mibextid=wwXIfr

Hər zaman bildirirəm ki, kifayət qədər savadlı kadrlarımız müxtəlif vəzifələrdə fəaliyyət göstərir. Savadlı kadrların fəaliyyəti hər zaman yüksək qiymətləndirilir.
Belə savadlı kadrlarımızı ictimaiyyətə tanıtmaq lazımdır. Şəxsən belə savadlı kadrların yüksək vəzifəyə təyinat almasına çox sevinirəm və fəxrlə də paylaşıram.

https://www.instagram.com/p/DVeW2AvAMyp/?igsh=dHhsY2toMXM1bWw1
👏8❤3🔥3
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 23:59-da başa çatır.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər.

Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər bu gün saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.