Forwarded from Vüsət Əzizov
Bəzən XI sinif şagirdləri mənə “FİN kod nədir?” sualını verir. Düşünürəm ki, artıq bu daha ətraflı izah olacaq.
FİN sözünün mənası Fərdi İdentifikasiya Nömrəsi deməkdir. Bu dövlət reysterinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən xüsusi və təkrarolunmaz bir koddur. Şəxsiyyət Vəsiqəsinin FİN Kodu adətən hərf və rəqəmlərdən ibarət olur.Bu isə sistem daxilində hər bir şəxsiyyəti digərindən fərqləndirmək üçün hesablanmış xüsusi kodlardır. Müxtəlif sənədlər üzərində xüsusi işarələnmiş hissə “FİN kod” hesab edilir.
Dövlət İmtahan Mərkəzinin rəsmi saytı olan dim.gov.az portalında yaradılmış “şəxsi kabinet”ə daxil olmaq üçün FİN (istifadəçi adı) istifadə edilir.

❤1
Vüsət Əzizov
https://www.instagram.com/p/DUgXZnrjAj1/?igsh=MWxubmd3Mjg2YzliZg==
XI sinif şagirdinin (11-ci sinfi 2026-cı ildə bitirəcək Azərbaycan və rus bölməsi üzrə cari ilin məzunları) 9 mart və 15 mart tarixində keçiriləcək “Buraxılış imtahanında” iştirak etmək üçün şagirdin özünün qeydiyyatdan keçməsi tələb olunmur. Məlumatlar şagirdin təhsil aldığı müvafiq məktəb rəhbərliyi tərəfindən “Şagird-məzun” dövlət elektron informasiya sisteminə daxil olunur. Şagirdlər imtahana bir neçə gün qalmış (ən azı 5-7 gün) dim.gov.az saytından buraxılış vərəqəsini çap etməli və elan olunan vaxtda imtahanda iştirak etməlidirlər. Buraxılış vərəqəsi məktəb tərəfindən də çap olunub şagirdə təqdim oluna bilər və ya şagird özü də çap edə bilər.
- Bəs XI sinif şagirdi universitet və kollecə qəbul olmaq üçün nə etməlidir?
✅ Ali təhsil müəssisələrinə (universitet) qəbul imtahanlarında (I,II,III və IV ixtisas qrupu üzrə hazırlaşanlar) iştirak edərək “universitetə” qəbul olmaq istəyənlər
✅ V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə (universitet) qəbul olmaq istəyənlər (Məsələn “İdman Akademiyası”)
✅ Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kollec) qəbul olmaq istəyənləri (məsələn tibb kollecində oxumaq istəyənlər)
✅ Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kollec) qəbul olmaq istəyənlər.
Yuxarıda qeyd olunan kateqoriyaya aid şəxslər (11-ci sinif şagirdləri və əvvəlki illərin məzunları) 18 fevral-5 mart 2026-cı il tarixində dim.gov.az saytında şəxsi kabinet yaradaraq (şəxsi kabineti olmayanlar yaradır,əvvəlki dövrlərdə kabineti olan “köhnə şəxsi kabinetdən” istifadə edir) dim.gov.az saytında yaradılmış xüsusi başlıqda yerləşdirilmiş linkə daxil olaraq “Abituriyentin elektron ərizəsini” online şəkildə müvafiq xanaları seçməklə (Universitet və ya kollec) doldurur və təsdiq etməklə qeydiyyatdan keçməlidir.
Xüsusi qeyd: Bu qeydiyyatı etməyənlər I,II,III və IV ixtisas qrupu üzrə I və II cəhd üzrə blok imtahanında iştirak edə bilməz!
Ətraflı:
https://t.me/vusetezizov/19750
Hər birinizə uğurlar arzu edirəm!
#DövlətİmtahanMərkəzi #DİM #dimgovaz #imtahan #buraxılışimtahanı

Telegram
Vüsət Əzizov
2025-ci ildə keçirilən “ixtisas seçimində” seçimi zamanı kəsilən ( və ya hansısa təhsil müəssisəsinə qəbul olub,lakin “oxumaqdan imtina edən”) şəxslərin nəzərinə!
Dövlət İmtahan Mərkəzinin 2025-ci ildə təşkil etdiyi aşağıda adları qeyd edilən imtahanlarda…
Dövlət İmtahan Mərkəzinin 2025-ci ildə təşkil etdiyi aşağıda adları qeyd edilən imtahanlarda…
Vüsət Əzizov
Photo
Sual: “Əvvəlki illərin məzunları” dedikdə (“11 illik bazada”) kimlər nəzərdə tutulur?
Cavab: Əvvəlki illərin məzunları dedikdə 2025-ci il və ondan əvvəllki (2024,2023,2022,2021 və s) illərdə XI sinif üzrə tam orta təhsilini başa vuran və müvafiq olaraq tam orta təhsil haqqında sənəd (11 illik attestat) əldə edən şəxslər nəzərdə tutulur.
Xüsusi qeyd 1: 2025-ci ildə XI sinif üzrə məktəbi bitirən şəxslər əvvəlki illərin məzunu sayılır və buraxılış imtahanı (V qrup imtahanı) 19 aprel 2026-cı il tarixində təşkil olunacaq.
Xüsusi qeyd 2: Yuxarıda qeyd edilən kateqoriyaya aid olan bütün şəxslər, yəni “Əvvəlki illərin məzunları” “Buraxılış imtahanında” (“V qrup imtahanı”) iştirak etmək üçün mütləq 18 fevral-5 mart tarixində dim.gov.az saytında şəxsi kabinet yaradaraq (şəxsi kabineti olmayanlar yaradır) dim.gov.az saytında yaradılmış xüsusi başlıqda yerləşdirilmiş linkə daxil olaraq “Abituriyentin elektron ərizəsini” online şəkildə dolduraraq (özü və ya müəllimi edə bilər) təsdiq etməklə qeydiyyatdan keçməlidir və imtahan “19 aprel” 2025-ci il tarixində təşkil ediləcək!
Ətraflı:
https://t.me/vusetezizov/19891
https://t.me/vusetezizov/19892
https://t.me/vusetezizov/19900

https://www.instagram.com/p/DUgJXXCjPPd/?igsh=MWl6cGxqNGViNDNtcw==
Elm və Təhsil Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə görüş keçirilib.
Görüş zamanı Dövlət Proqramının Tədbirlər Planında nəzərdə tutulmuş “Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanması” ətraflı şəkildə müzakirə edilib.
Ətraflı: https://muallim.edu.az/bakidaki-tehsil-muessiselerinin-neqliyyat-sixligina-tesiri-arasdirilir

Sual: “Cari ilin məzunları” dedikdə kimlər nəzərdə tutulur? (tam orta (11 illik) təhsil bazası üzrə)
Cavab:
✅ Hal-hazırda 11-ci sinifdə təhsil alan, 2026-cı il 9 mart və ya 15 mart tarixində Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 11-ci siniflərin buraxılış imtahanında iştirak edəcək məktəblilər nəzərdə tutulur.

⚡️Şagird müəllimini qısqandığı üçün güllələyib
“İdrak” liseyində baş verən silahlı insidentlə bağlı yeni iddia ortaya çıxıb. 10-cu sinif şagirdi Ə.Ş. riyaziyyat müəllimi Şəhla Kamilovanı qısqanclıq zəminində güllələyib.
Şagird hadisəni atasına məxsus ov silahı ilə törədib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir
Azedu
Mənbə:
https://www.facebook.com/share/p/18Ao8abjAP/?mibextid=wwXIfr

Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.
Fevralın 20-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “Peşə seçimi” testi keçiriləcək. Xatırladaq ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Siz bu testlərdən keçməklə gələcək ixtisasınızı müəyyən edə bilərsiniz.
Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:
1. Təfəkkür növləri üzrə test
2. Şəxsi xüsusiyyətlər testi
3. Peşə maraqları testi
Bu testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.
Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.
Testdə iştirak etmək üçün qeydiyyat 19 fevral saat 15:00-dək davam edəcək.
Gələcəyinizi qurmaq və doğru peşə yolunu seçmək üçün ilk addımı bizim alətlə birlikdə atın!

“Direktorların işə qəbulu üçün müsahibə mərhələsi artıq başa çatıb”.
Bunu MÜTDA-nın şöbə müdiri Nurlan İsmayılbəyli Təhsil TV-yə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda həm Bakı şəhərində, həm də regionlarda fəaliyyət göstərən təhsil müəssisələri üzrə müsahibədən uğurla keçmiş namizədlərin vakant vəzifələrə yerləşdirilməsi istiqamətində işlər davam etdirilir. İlkin nəticələrə əsasən, yüzə yaxın namizədin vakant vəzifələrə yerləşdirilməsi təmin olunacaq.
Ətraflı: https://muallim.edu.az/70-den-cox-mektebe-yeni-direktor-teyin-edilecek
#AzərbaycanMüəllimi #MÜTDA #Direktor #İşəQəbul

❌Daxili İşlər Nazirliyi xaricdə iş və təhsil adı altında saxta elanlarla bağlı vətəndaşlara müraciət edib.
‼️Saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər:
Ətraflı: https://muallim.edu.az/din-xaricde-is-ve-tehsille-bagli-saxta-elanlara-gore-xeberdarliq-etdi

🇦🇿Komitə sədri 20 Yanvar şəhidinin oğludur
Azər Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Yeni sədrin atası İsmayıl Mursaqulov 1990-cı ildə 20 Yanvar hadisələri zamanı şəhid olub.
Ətraflı:
https://modern.az/az/aktual/566878/atasi/

2026/2027-ci tədris ili üçün DİN-in Polis Akademiyasında “hüquqşünaslıq” və “informasiya təhlükəsizliyi” ixtisasları üzrə əyani təhsilə kursantların qəbuluna dair sənədlərin qəbulu 2025-ci il dekabr ayının 15-dən 2026-cı il fevral ayının 22-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək namizədin daimi yaşadığı inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcəkdir.
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: 8880 qaynar xətti, (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47.
Ətraflı: https://pa.edu.az/?/az/announces/view/57/
Polis olmaq arzusunda olan hər bir abituriyentə uğurlar arzu edirəm!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri təyin edilmiş Rəşad Sahil oğlu İsmayılov Bakı Dövlət Universitetinin (BDU) məzunudur.
Rəşad İsmayılov 2001-ci ildə BDU-nun Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2005-2008-ci illərdə isə “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə magistr təhsili alıb.
Məzunumuzu yüksək vəzifəyə təyinatı münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!
Məzunlarımızla fəxr edirik!
#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Məzun

👍1
Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Tədqiqat Mərkəzinin elmi işçisi Əsmət Əzizovanın həmmüəllifi olduğu elmi məqalə nüfuzlu Journal of Molecular Structure-də dərc edilib. Q1 kateqoriyalı beynəlxalq jurnal Scopus bazasında indekslənir.
“Hydrogen-bonded supramolecular networks in hydrated nicotinoyl-hydrazones-based derivatives with partial covalent character of O–H···N and O–H···O hydrogen bonds: Insights from X-ray and computational studies” adlı məqalədə hidratlaşmış nikotinoil-hidrazon törəmələrinin quruluşu və hidrogen rabitələrinin xüsusiyyətləri eksperimental və nəzəri üsullarla araşdırılıb.
Tədqiqat nəticəsində müəyyən edilib ki, hidratlaşma və izomerlik molekullararası hidrogen rabitələrinin xarakterinə və maddələrin stabilliyinə birbaşa təsir göstərir.
Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.scopus.com/pages/publications/105028579355?origin=resultslist

⚡️Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə:
“İmtahanlarda qayda pozuntusu halları yəqin ki, həmişə olacaq. Bu vəziyyət virus–antivirus modelinə bənzəyir. Yeni virus yaranan kimi ona qarşı antivirus proqramı hazırlanır, virus yayılarsa, peyvənd tapılır. Amma biz bu istiqamətdə bir addım qabaqdayıq. Bu il də imtahanlarda təhlükəsizliyi təmin etmək üçün yeni addımlar atılacaq.
İmtahanın bünövrəsini qoyanda əsas prinsip nəticələrin intellektual səviyyədə müdafiə olunmasıdır. Statistik təhlillər zamanı imtahanın təşkili prosesində, istərsə də köçürmə hallarının aşkarlanması ilə bağlı kimin harada və hansı səhvi etdiyini görürük. İmtahanlarda köçürmə etmək istəyən şəxs heç zaman imtahanda uğur qazana bilməyəcək”.
©️AZƏRTAC