Vüsət Əzizov
10.3K subscribers
17.6K photos
79 videos
172 files
7.16K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994777645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
Sual: “Cari ilin məzunları” dedikdə kimlər nəzərdə tutulur? (tam orta (11 illik) təhsil bazası üzrə)

Cavab:
✅ Hal-hazırda 11-ci sinifdə təhsil alan, 2026-cı il 9 mart və ya 15 mart tarixində Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 11-ci siniflərin buraxılış imtahanında iştirak edəcək məktəblilər nəzərdə tutulur.
⚡️Şagird müəllimini qısqandığı üçün güllələyib

“İdrak” liseyində baş verən silahlı insidentlə bağlı yeni iddia ortaya çıxıb. 10-cu sinif şagirdi Ə.Ş. riyaziyyat müəllimi Şəhla Kamilovanı qısqanclıq zəminində güllələyib.

Şagird hadisəni atasına məxsus ov silahı ilə törədib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir

Azedu

Mənbə:
https://www.facebook.com/share/p/18Ao8abjAP/?mibextid=wwXIfr
Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.

Fevralın 20-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “Peşə seçimi” testi keçiriləcək. Xatırladaq ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Siz bu testlərdən keçməklə gələcək ixtisasınızı müəyyən edə bilərsiniz.

Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:

1. Təfəkkür növləri üzrə test

2. Şəxsi xüsusiyyətlər testi

3. Peşə maraqları testi

Bu testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Testdə iştirak etmək üçün qeydiyyat 19 fevral saat 15:00-dək davam edəcək.

Gələcəyinizi qurmaq və doğru peşə yolunu seçmək üçün ilk addımı bizim alətlə birlikdə atın!
“Direktorların işə qəbulu üçün müsahibə mərhələsi artıq başa çatıb”.

Bunu MÜTDA-nın şöbə müdiri Nurlan İsmayılbəyli Təhsil TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda həm Bakı şəhərində, həm də regionlarda fəaliyyət göstərən təhsil müəssisələri üzrə müsahibədən uğurla keçmiş namizədlərin vakant vəzifələrə yerləşdirilməsi istiqamətində işlər davam etdirilir. İlkin nəticələrə əsasən, yüzə yaxın namizədin vakant vəzifələrə yerləşdirilməsi təmin olunacaq.

Ətraflı: https://muallim.edu.az/70-den-cox-mektebe-yeni-direktor-teyin-edilecek

#AzərbaycanMüəllimi #MÜTDA #Direktor #İşəQəbul
❌Daxili İşlər Nazirliyi xaricdə iş və təhsil adı altında saxta elanlarla bağlı vətəndaşlara müraciət edib.

‼️Saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər:

Ətraflı: https://muallim.edu.az/din-xaricde-is-ve-tehsille-bagli-saxta-elanlara-gore-xeberdarliq-etdi
🇦🇿Komitə sədri 20 Yanvar şəhidinin oğludur

Azər Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Yeni sədrin atası İsmayıl Mursaqulov 1990-cı ildə 20 Yanvar hadisələri zamanı şəhid olub.

Ətraflı:

https://modern.az/az/aktual/566878/atasi/
❤1
2026/2027-ci tədris ili üçün DİN-in Polis Akademiyasında “hüquqşünaslıq” və “informasiya təhlükəsizliyi” ixtisasları üzrə əyani təhsilə kursantların qəbuluna dair sənədlərin qəbulu 2025-ci il dekabr ayının 15-dən 2026-cı il fevral ayının 22-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək namizədin daimi yaşadığı inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcəkdir. 
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: 8880 qaynar xətti, (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47.
 
Ətraflı: https://pa.edu.az/?/az/announces/view/57/
Polis olmaq arzusunda olan hər bir abituriyentə uğurlar arzu edirəm!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri təyin edilmiş Rəşad Sahil oğlu İsmayılov Bakı Dövlət Universitetinin (BDU) məzunudur.

Rəşad İsmayılov 2001-ci ildə BDU-nun Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2005-2008-ci illərdə isə “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə magistr təhsili alıb.

Məzunumuzu yüksək vəzifəyə təyinatı münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

Məzunlarımızla fəxr edirik!

#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Məzun
👍1
Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Tədqiqat Mərkəzinin elmi işçisi Əsmət Əzizovanın həmmüəllifi olduğu elmi məqalə nüfuzlu Journal of Molecular Structure-də dərc edilib. Q1 kateqoriyalı beynəlxalq jurnal Scopus bazasında indekslənir.
 
“Hydrogen-bonded supramolecular networks in hydrated nicotinoyl-hydrazones-based derivatives with partial covalent character of O–H···N and O–H···O hydrogen bonds: Insights from X-ray and computational studies” adlı məqalədə hidratlaşmış nikotinoil-hidrazon törəmələrinin quruluşu və hidrogen rabitələrinin xüsusiyyətləri  eksperimental və nəzəri üsullarla araşdırılıb.
 
Tədqiqat nəticəsində müəyyən edilib ki, hidratlaşma və izomerlik molekullararası hidrogen rabitələrinin xarakterinə və maddələrin stabilliyinə birbaşa təsir göstərir.
 
Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: 
 
https://www.scopus.com/pages/publications/105028579355?origin=resultslist
⚡️Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə:

“İmtahanlarda qayda pozuntusu halları yəqin ki, həmişə olacaq. Bu vəziyyət virus–antivirus modelinə bənzəyir. Yeni virus yaranan kimi ona qarşı antivirus proqramı hazırlanır, virus yayılarsa, peyvənd tapılır. Amma biz bu istiqamətdə bir addım qabaqdayıq. Bu il də imtahanlarda təhlükəsizliyi təmin etmək üçün yeni addımlar atılacaq.

İmtahanın bünövrəsini qoyanda əsas prinsip nəticələrin intellektual səviyyədə müdafiə olunmasıdır. Statistik təhlillər zamanı imtahanın təşkili prosesində, istərsə də köçürmə hallarının aşkarlanması ilə bağlı kimin harada və hansı səhvi etdiyini görürük. İmtahanlarda köçürmə etmək istəyən şəxs heç zaman imtahanda uğur qazana bilməyəcək”.

©️AZƏRTAC
👍1
Müəllim cəmiyyətin intellektual və mənəvi inkişafında xüsusi rol oynayan əsas fiqurlardan biridir. Tarixən müəllimlik peşəsi yalnız bilik ötürülməsi ilə deyil, eyni zamanda tərbiyə, əxlaq və vətəndaş məsuliyyəti ilə assosiasiya olunub və ən vacibi, müəllim adı cəmiyyətdə hörmət və etimad mənbəyi kimi qəbul edilmişdir. Bu baxımdan müəllim anlayışı uzun illər boyu müəyyən mənada müqəddəs dəyər statusu daşımışdır.
Ətraflı:

https://tezadlar.az/muellim-muqeddesliyi-kecmisin-hormeti-ve-muasir-dovrun-sinaqlari/

Ramil Mərzili,

AYB üzvü,
Prezident təqaüdçüsü
❤1
‼️ Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Səbuhi Qurbanova Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru vəzifəsinin icrası həvalə olunub.

◾Səbuhi Qurbanov ötən il Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
❤1
2025-ci il dövlət büdcəsinin sosial sahələr üzrə illik icrası
#MaliyyəNazirliyi #büdcə2025
❤1
Bu gün elmdə uğur qazanan, araşdıran və yeniliklərə imza atan bütün qadın və qızların günüdür. Onların bilik və əzmi gələcəyin qurulmasında əhəmiyyətli rola malikdir.

#ElmVəTəhsilNazirliyi #EduGovAz #11Fevral #QadınlarvəQızlarElmdə #WomenInScience #Science
❤7
⚡️Azərbaycanda qızların təhsilinə dəstək verən bir sıra layihələr həyata keçirilir.

🎓 Təhsilin İnkişafı Fondunun icra etdiyi həmin layihələr çərçivəsində yüzlərlə qız təhsildə əlavə imkanlar əldə edib.

Ətraflı: https://muallim.edu.az/tehsilin-inkisafi-fondu-500-den-cox-qizin-tehsiline-destek-olub

#AzərbaycanMüəllimi #TİF #QızlarınTəhsilinəDəstək
❤4
⚡️ Sosial şəbəkələrdə universitetlərdə də tələbələr üçün valideyn iclaslarının təşkil olunması ilə bağlı təkliflər irəli sürülür. Qeyd olunur ki, ali təhsil müəssisələrində açıq qapı günləri keçirilsə də, bu görüşlər daha çox valideynlərin tələb və təkliflərinin dinlənilməsi ilə həyata keçirilir. Məktəblərdə olduğu kimi mütəmadi valideyn iclaslarının təşkil olunacağı təqdirdə isə müəllimlər valideynlərə övladlarının dərslərə münasibəti, məsuliyyəti və davranışları barədə ətraflı məlumat verə bilərlər.

Məhz bu səbəbdən universitetlərdə də valideyn iclaslarının keçirilməsi təklif edilir. Bildirilir ki, bu təklif reallaşarsa, tələbələr dərslərə daha məsuliyyətlə yanaşar və onların akademik göstəriciləri yüksələr. "Çünki bir çox hallarda tələbələr evdən “dərsə gedirəm” adı ilə çıxsa da, faktiki olaraq dərslərə qatılmırlar",- deyə qeyd olunur.

Ətraflı:

https://azedu.az/az/universitetler/102573/universitetlerde-valideyin-iclasi-kecirilecek-aciqlama/
👎2