Vüsət Əzizov
10.3K subscribers
17.6K photos
79 videos
172 files
7.16K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994777645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib.

İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunub.

İmtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək üçün 22780 bakalavr ərizə təqdim edib. İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub. Müvafiq hal protokollaşdırılaraq həmin şəxs imtahandan xaric olunub. Hazırda qeyd olunan qayda pozuntusu ilə bağlı araşdırma aparılır. Bir daha imtahan iştirakçılarını bu cür hərəkətlərdən çəkinməyə çağırır və bu hərəkətlərə yol vermiş şəxslər, onları bu işə təhrik edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini nəzərinizə çatdırırıq.
Ətraflı:

https://www.facebook.com/share/p/1CUHt6cNEG/?mibextid=wwXIfr
❤2
Məlum olduğu kimi, 15 fevral tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən magistraturaya qəbul imtahanı keçiriləcək. İmtahandan sonra saat 15:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Bakalavrlar suallarını canlı yayım zamanı müvafiq postun altına yaza bilərlər.

https://www.youtube.com/stateexamcenter
Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisi yeni semestrdə də davam etdirilir. Azərbaycan dilini tələbələrə Misirdə Azərbaycan diasporunun və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Qeyd edək ki, ana dilimiz 10 ildir bu təhsil ocağında tədris olunur.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/qahire-universitetinde-azerbaycan-dilinin-tedrisi-davam-etdirilir-6664

#AzDiaspora
#DiasporKomitəsi

#Azərbaycan #Azerbaijan #Misir
👏1
Günəşli Bakı səhərindən salam!

2001-ci ildə Bakı abituriyentləri...
Ətraflı:

https://www.facebook.com/share/17EE7pAJqL/?mibextid=wwXIfr
2025-2026-cı tədris ilinin yaz semestri üzrə üst və alt həftələr

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda
❤3
19 may 1999-cu ildə, səhər saat 9:30 radələrində məktəbin 11 “b” sinfində ibtidai hərbi təlim dərsi zamanı ehtiyatsızlıq üzündən əl qumbarası partlamışdır. Nəticədə 17 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almış, 6 nəfər – o cümlədən 5 nəfər şagird və müəllim Vilyam Məmmədov həlak olmuşdur.
Ətraflı:

https://www.instagram.com/p/DTzr5_nDCW1/?igsh=d2gzOWJmeGwwamto
😢3🤣1
‼️Magistratura imtahanı: "İlk dəfəydi ki, belə tərzdə suallarla qarşılaşırdım"

Ətraflı:

https://teleqraf.az/news/elm_ve_tehsil/528423.html
😁2
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirilib.

“Bakues.az” xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Qeyd edilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunub.

İmtahanda iştirak üçün 22780 bakalavr ərizə təqdim edib.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub. Müvafiq hal protokollaşdırılaraq həmin şəxs imtahandan xaric olunub. Hazırda qeyd olunan qayda pozuntusu ilə bağlı araşdırma aparılır.
😁3👍2❤1
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü F.Həsənova, 2006-cı il təvəllüdü İ.Mollayeva və 2005-ci il təvəllüdlü N.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər üç şəxs Zaqatala rayon sakinidir, onların tələbə olduqları bildirilir.
Tələbələr yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
😁1🤔1🤣1
Bu gün Qobu qəsəbə 1 nömrəli tam orta məktəbdə IX sinifdə təhsil alan iki şagird arasında baş vermiş mübahisə zamanı biri digərinə xəsarət yetirib.

Xəsarət alan şagirdə təhsil müəssisəsində ilkin yardım göstərilib, daha sonra xəstəxanaya yönləndirilib. Şagird həkim müayinəsindən sonra ambulator müalicə üçün evə göndərilib:

“Hadisə məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qurumlara məlumat verilib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”

// Azərbaycan müəllimi
😢3❤1
"Bu gün Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss edib".

Bu barədə "Azərbaycan müəllimi"nə məktəbdən məlumat verilib.

Bildirilib ki, dərhal şagirdlər xəstəxanaya çatdırılıblar.

Ətraflı: https://muallim.edu.az/goygol-mektebinin-10-sagirdi-xestexanaya-yerlesdirilib-aciqlama

#AzərbaycanMüəllimi #Açıqlama
İmtinaya səbəb nə ola bilər?