Vüsət Əzizov
10.3K subscribers
17.6K photos
79 videos
172 files
7.16K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994777645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
BANM tələbələri magistratura imtahanlarında ölkə birincisi oldular!

BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Zahid Abdullayev 91 bal toplayıblar.

Elvina Əliyeva BANM-ə 689,6 bal toplayaraq qəbul olub, Prezident təqaüdünə layiq görülüb, Zahid Abdullayev isə 671,2 balla BANM-ə daxil olub.

Qürur duyuruq!

BANM- nin rektoru Elmar Qasımov
👍7
“Abituriyent” verilişinin növbəti qonağı Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova-Didavaridir. O, ali təhsil müəssisələrinə və kolleclərə sənəd qəbulu ilə bağlı Mərkəzə daxil olan suallara aydınlıq gətirəcək. Sizi maraqlandıran sualları şərhdə yaza bilərsiniz. Daxil olan suallar ümumiləşdiriləcək və verilişdə cavablandırılacaq. Veriliş fevralın 19-da DİM-in “YouTube” kanalı və sosial şəbəkə hesablarına yerləşdiriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbulu fevralın 18-dən martın 5-dək aparılacaq.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #bakalavriat #kollec #qeydiyyat #abituriyentverilişi
👍1
Yaxın saatlarda sistem aktiv ediləcək,səbrli olub gözləmək lazımdır.
Hər birinizə uğurlar arzu edirəm!
👏4
⚡️Müəllim və şagirdlər "İdrak"ı tərk edir?

"İdrak" Liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentlə bağlı müxtəlif iddialar yayılıb. Hadisədən sonra bəzi valideynlərin övladlarını liseydən çıxardığı barədə məlumatlar dolaşmaqdadır.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, liseydə iki müəllim də işdən çıxıb.

Liseyin təsisçisi Mönsüm Alışovla əlaqə saxlamağa çalışdıq. Bir neçə dəfə edilən cəhd və zənglərdən sonra onunla danışmaq mümkün olub.

Mönsüm Alışov səsləndirilən iddiaları təkzib edib və suallara geniş cavab verməkdən yayınıb.

“Valideynlər də gəldilər, hadisədir olub, heç bir problem yoxdur”, – deyə o bildirib.
Ətraflı:

https://modern.az/az/tehsil/569797/muellimin-sehhetiyle-men-yox-rehberlik-elaqe-saxlayib/
❤1👍1
Şəxsi kabinet yaratmaq üçün təlimat videosu (2026):
https://youtu.be/KWtT_FvqIgk?si=bHefTXhtApbJqJFv

Hər birinizə uğurlar arzu edirəm!
Sual: “Mən indi 11-də oxuyuram,amma 9-da oxuyanda dim.gov.az saytında şəxsi kabinet yaratmışdım. İndi yeni kabinet yarada bilərəm?”

Cavab: Xeyr. dim.gov.az saytında şəxsi kabinet bir dəfə yaradılır və Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi bütün imtahanlara bu kabinet ilə qeydiyyatdan keçmək olur.
Ətraflı:

https://www.instagram.com/reel/DU5KJmoDG-3/?igsh=MWRobnJsZmNsbmg5
Qeydiyyat martın 5-dək davam edəcək.

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/gcBxj linkinə daxil ola bilərsiniz.
Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18‑dən martın 5-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

Ətraflı: https://shorturl.at/uj3Jz
Abituriyentlərin nəzərinə!

DİM balı, SAT nəticəsi, beynəlxalq kurrikulum göstəriciləri, olimpiada qalibi statusu və ya ADA Məktəbinin orta balı ilə ADA Universitetinə müraciət etməyi planlaşdıran namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq qeydiyyatdan keçməlidirlər.

Müraciətinizi 5 mart tarixinədək düzgün şəkildə tamamladığınızdan əmin olun.

#adauniversiteti #qəbul
ℹ️ Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

📢 25 fevral saat 15:00-dan etibarən Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada 2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, 1-10-cu sinifləri əhatə edəcək.

✅ ️Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

🔗 Qeyd edək ki, 25 fevral 2026-ci il tarixindən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi 5 mart 2026-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

#NaxçıvanMRTəhsilNazirliyi
#MÜTDA #EduAz #ElektronYerdəyişmə #ŞagirdYerdəyişməsi
❤1