Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar I kurs kursantlarının “Polis Andı”nı qəbul etmələri münasibətilə təntənəli mərasim keçirilib.
#Andİçirik #DİN #PolisAkademiyası #PolisAzərbaycan

👍2❤1
İncəsənət universitetinin yuxarı kurs tələbələri I kurs tələbələrinə qarşı aşağılayıcı ifadələr işlədərək onları hədələyiblər.
ətraflı:
https://www.facebook.com/share/r/1CJwLx8uCz/?mibextid=wwXIfr

👍1
⚡️⚡️ Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı polis hansı tədbirləri gördü?
➡️ https://oxu.az/cemiyyet/mektebde-elektron-siqaret-ceken-sagirdlerle-bagli-polis-hansi-tedbirleri-gordu
#məktəbli #DİN #oxuaz

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub.
“TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələri ilə bağlı aşağılayıcı ifadələr işlədiblər.
Onlar universitetə yeni qədəm qoyan gəncləri hədələyərək, tələbələrə fiziki xəsarətlər yetirəcəklərini bildiriblər. Hətta bundan əvvəlki illərdə xəsarət yetirdikləri olduğunu xatırladıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, polis məsələdən məlumatlıdır, hazırda araşdırma aparılır.

👍4🍓1
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) sifarişi əsasında ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyəsini müvəffəqiyyətlə bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddəti ali təhsilin göstərilən səviyyələrinin hər biri üzrə bir dəfə olmaqla bir il azaldılacaq.
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 32-ci maddəsinə əlavə edilən yeni müddəada əksini tapıb.
Ətraflı: https://muallim.edu.az/magistratura-ve-doktoranturani-bitirmis-zabitlerin-herbi-rutbede-olma-muddeti-azaldilacaq

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib.
Sözügedən videoda yer alan şəxslər bacı və qardaşdır. Bildiririk ki, videoda görünən qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı isə - Kənan Zindadil universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.
“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları”nın 5.4. bəndini (a) Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə), əsas götürərərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edib. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.
Qeyd edək ki, "TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələri ilə bağlı aşağılayıcı ifadələr işlədiblər.

👍4
Son illər Azərbaycan İdman Akademiyasında (ASA) həyata keçirilən islahatlar, beynəlxalq əməkdaşlıqlar və yeni təhsil imkanları Akademiyanın nüfuzunu daha da artırır.
Akademiyadan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, bu inkişafın nəticəsi olaraq 2026/2027-ci tədris ili üzrə yüksək nəticə göstərən Məcid Məmmədəliyev 602,4 balla “Fizioterapiya” ixtisasına qəbul olunub.

👍2
📚 Yeni tədris ili başladı, bəs hansı problemlərlə?
2026/2027-ci tədris ilinin başlaması ilə məktəblərdə yeni mərhələyə start verilib. Yeni tədris ili ilə yanaşı, təhsil sistemində illərdir müzakirə olunan bəzi problemlər də yenidən gündəmə gəlib.
AzEdu.az yeni tədris ilinə hansı ciddi problemlərlə qədəm qoyduğumuzu öyrənmək üçün təhsil məsələləri üzrə mütəxəssislər arasında sorğu keçirib.
Ekspertlər repetitorluq, dərslik çatışmazlıqları, müəllimlərin peşəkar inkişafı, məktəblər arasındakı resurs fərqləri, şagirdlərin fundamental bacarıqları, kolleclərdə təhsilin keyfiyyəti, demoqrafik dəyişikliklər və nəqliyyat problemini diqqət çəkən məsələlər sırasında qeyd ediblər.
Bəs ekspertlər bu problemlərlə bağlı daha hansı məqamları vurğulayıblar?
📌 Ətraflı:
https://azedu.az/az/news/110675/yeni-tehsil-ilinin-en-ciddi-problemleri-keskin-naraziliqlar-sorgu

“Qlobal Koreya” təqaüd proqramı ilə Koreyada təhsil imkanı
Koreya Respublikası 2027-ci il üzrə bakalavriat səviyyəsində təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün “Qlobal Koreya” (Global Korea Scholarship – GKS) təqaüd proqramını elan edir.
Proqrama müraciətlər 30 sentyabr 2026-cı il tarixinədək www.studyinkorea.go.kr səhifəsi vasitəsilə qəbul edilir.
Səfirliyin birinci seçim mərhələsindən keçən namizədlər onlayn ərizə formalarının imzalanmış çap variantlarını və tələb olunan təsdiqedici sənədləri Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.
Proqramda iştirak şərtləri, tələb olunan sənədlər və müraciət qaydası barədə ətraflı məlumat üçün elan mətninə keçid: https://htp.edu.az/uploads/fileuploads/2026/09/d303de6bfb8b493a9e1f008dc8d97afe.pdf
#EATDA #TəqaüdProqramı

🎓Universitetə qəbul sevinci ilə yanaşı, bəzi tələbələr üçün yeni bir sual da başlayır: “Bakıya gəldim, bəs harada qalacağam?”
Xüsusilə regionlardan paytaxta təhsil almağa gələn minlərlə gənc universitet yataqxanalarının məhdudluğu səbəbindən yüksək kirayə qiymətləri ilə üzləşir.
Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirir ki, yataqxana imkanlarının azlığı tələbələrin gündəlik həyatını çətinləşdirən əsas məsələlərdəndir.
Bir neçə tələbənin eyni evdə qalmaq məcburiyyətində olması, yüksək kirayə xərcləri və əlverişsiz məişət şəraiti gənclərin enerjisini və diqqətini dərsdən yayındıra bilər.
Ətraflı:
https://azedu.az/az/news/110663/boyuk-fursetler-real-cetinlikler-azerbaycanda-telebe-olmaq-ne-qazandirir-neyi-alir

🔺Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı AR və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib.
🔹Bildirilib ki, həmin tədbirlər çərçivəsində əvvəllər “Sumqayıt camaatı” adlı terror qruplaşmasının tərkibində cinayət əməllərinin törədilməsinə görə məhkum olunmuş Vüqar Abdullayevin AR vətəndaşları Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə və qeyriləri ilə AR-də ictimai və dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi təsbit edilib, onların bu məqsədlə keçirdikləri gizli görüşlər, telefon danışıqları qeydə alınaraq müvafiq qaydada sənədləşdirilib.
Ətraflı:
https://www.facebook.com/share/v/1BzPQhbfoG/?mibextid=wwXIfr

🚇 Dərsə gecikən tələbələrə güzəşt edilməməlidir.
Yeni tədris ilinin başlaması ilə tıxac və metroda təmir işləri tələbələrin universitetə vaxtında çatmasını çətinləşdirir.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri hesab edir ki, nəqliyyat səbəbilə 15-20 dəqiqə gecikmənin üzrlü sayılması düzgün deyil. Onların sözlərinə görə, tələbələr yolda yaranacaq sıxlığı nəzərə alaraq universitetə daha tez yola düşməlidirlər.
Təhsil jurnalisti Məzahir Məmmədli isə universitetlərin muxtariyyətindən istifadə edərək dərs qrafiklərində müəyyən dəyişikliklər etməsini təklif edib.

💩4👎3
18 sentyabr Milli Musiqi Günüdür.
Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur.
Milli musiqimizi tanımaq, yaşatmaq və gələcək nəsillərə ötürmək milli-mədəni irsimizə bağlılığımızın ifadəsidir.
Milli Musiqi Günümüz mübarək! 🎶