🧷“Bizim işimiz ölümün, təhdidin, təhlükənin üstünə getməkdir”.
44 günlük müharibədə həkim kimi döyüş meydanında yaralı əsgərlərə ilk yardım göstərdi, onları mərmi atəşi altında təhlükəsiz əraziyə çıxardı, şəhidlərin döyüş meydanından götürülməsində iştirak etdi.
Müharibədən sonra isə yolu yenidən Qarabağa düşdü. 44 gününü keçirdiyi Ağdam onun üçün ikinci vətənə çevrildi.
⚡️Bu gün Rəşad Sultan Qarabağ Universitetində gələcəyin həkimlərini yetişdirir. Onun üçün bu, sadəcə müəllimlik deyil, müharibədə başladığı xidmətin başqa formada davamıdır.
Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsinin müəllimi, ginekoloq, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan tibb xidməti kapitanı Rəşad Sultanla həmsöhbət olduq.
📌Ətraflı:
https://azedu.az/az/news/111049/sengerde-heyat-xilas-etdi-hemin-torpaga-hekim-yetisdirmeye-qayitdi-muellimle-musahibe

❤2
Bakı Ali Neft Məktəbinin məzunu İnsafəli Səmədov Qarabağ Universitetində vəzifəyə təyin olunub.
Məzunumuz rektor Şahin Bayramovun müvafiq əmri ilə Qarabağ Universitetinin "Beynəlxalq əməkdaşlıq və layihələrlə iş" şöbəsinə müdir təyin edilib.
İnsafəli 2012-ci ildə 619 balla Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına daxil olub.
Məzun olduqdan sonra təhsil idarəçiliyi, biznes təlimçiliyi, beynəlxalq layihələr, konsaltinq və digər sahələrdə müxtəlif rəhbər vəzifələrdə çalışıb, 4-cü “Yüksəliş” müsabiqəsinin qalibidir.
Mentorları elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov və Milli Məclisin deputatı Şahin Seyidzadədir.
Təbrik edir, uğurlar arzulayıram!
BANM- nin rektoru Elmar Qasımov

❤2👍1
Ya məğlub olsaydıq?..
Millətin 30 ildir bükülən belini bir daha dirçəltmək olmayacaqdı.
2020-ci ildə doğulan uşaqlar yenə məktəblərdə "Qan yaddaşı"nı əzbərləyərək böyüyəcəkdi, bəlkə də gələcəkdə şəhid olacaqdı, şairlər yenə Qarabağ həsrətinə şeirlər qoşacaqdı, yenə illərdir televizya kanalarında "Dünya birliyi hələ də bu ədalətsizliyə dözür" cümləsini səsləndiriləcəkdi, hava proqnozlarında Şuşadakı günəşli havaya, Kəlbəcərdəki qara həsrətlə baxacaqdıq, başqa bir ölkəyə gedəndə yenə boynubükük qalacaqdıq, Qarabağda anadan olan insanlar bir-bir dünyadan yurd həsrəti ilə köçəcəkdi - ölkədə Qarabağda doğulan bir nəfər belə qalmayacaqdı.
Və beləcə, Qarabağ problemi bizdən sonrakı nəsilə, bəlkə də o nəsildən sonrakına ötürüləcəkdi.
Əsəd Həsənovdan, Cəbrayıldan, Şahindən, Təbrizdən, Polad Həşimovdan, ondan əvvəl də Əliyar Əliyevdən, Fred Asifdən, Allahverdi Bağırovdan, Ramiz Qəmbərovdan və neçə-neçə şəhidimizdən utanacaqdıq, başıaşağı olacaqdıq...
Məğlub olsaydıq, paradı ancaq Silahlı Qüvvələr Günündə izləyəcəkdik, Qənimətlər Parkının yeri Bulvar ərazisi olaraq qalacaqdı, bəlkə də yerində obyektlər tikiləcəkdi və ən əsası Şəhidlər Xiyabanına bəlkə də, daha bir əsrin yarısı qədər başıaşağı gedib-gələcəkdik.
Məğlub olsaydıq, Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Nilayın üzünə baxa bilməyəcəkdik...
Və uduzsaydıq, ardıcıl ikinci məğlubiyyətdən sonra qalibiyyətə bir daha heç kim inanmayacaqdı...
Doğrudan e, ya məğlub olsaydıq?..
Emin Səfərov

❤4
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini təqdim edib.
“Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı və ixtisaslar üzrə minimal keçid balları dərc edilib.
Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

👍1
Sosial şəbəkələrdə magistratura imtahanlarının 2028-ci ildən etibarən elektron formada keçiriləcəyi ilə bağlı məlumat yayılıb.
Məlumatda qeyd olunur ki, magistratura imtahanlarının elektron formada təşkili ilə bağlı texniki, təşkilati və məzmun hazırlığı işlərinin növbəti ilin sonuna kimi tamamlanacağı bildirilir.
Mövzu ilə bağlı azedu.azDövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
DİM-dən bildirilib ki, magistratura imtahanlarının elektron formada keçirilməsi ilə bağlı ümumi hazırlıq işləri davam etdirilsə də, imtahanların məhz 2028-ci ildən elektron formada təşkil olunacağı barədə təsdiqlənmiş məlumat yoxdur:
“Bizdə ümumi belə bir yanaşma var ki, texniki, təşkilati və digər işlər başa çatdıqdan sonra magistratura imtahanlarını nə vaxtsa elektron formada keçirəcəyik. Bunu dəfələrlə əvvəllər də demişik. Amma 2028-ci ildən tədbiqi doğru məlumat deyil. Biz belə bir məlumat verməmişik. Növbəti ilin sonuna kimi bütün işlərin tamamlanacağı ilə bağlı da tərəfimizdən hər hansı məlumat verilməyib".

ADPU dünyanın ilk 1000 universiteti sırasına daxil olmağı hədəfləyir
2025-ci ildə qəbul olunan “ADPU–2030” Strateji İnkişaf Planı ümumi niyyətlər deyil, ölçüləbilən nəticələr üzərində qurulub. Strategiya 6 strateji məqsədi və 34 konkret hədəfi birləşdirir. Başlıca istiqamət 2030-cu ilədək sosial elmlər sahəsində dünyanın ilk 1 000 universiteti sırasına daxil olmaq və dördüncü nəsil universitet modelinə keçməkdir.
#adpu #PedaqojiUniversitet #edu #ElmvəTəhsilNazirliyi #eduaz #eatda

🎓 ADA Universitetində Teaching Assistant Olmaq
Bu videoda ADA Universitetinin tələbəsi Aydan tələbə ola-ola necə Teaching Assistant (TA) olmaq, ADA professorları ilə işləmək, bu təcrübə vasitəsilə referans əldə etmək və ödəniş qazanmaq haqqında danışacaq 📚✨
🎓 Əgər siz də tələbəlik dövründə həm təcrübə qazanmaq, həm professorlarla işləmək, həm də əlavə gəlir əldə etmək istəyirsinizsə, bu video sizin üçün faydalı olacaq! 💚
📌 Videoda:
• Teaching Assistant necə olmaq olar?
• TA olmaq üçün hansı imkanlar var?
• Professorlarla işləmək və referans əldə etmək
• TA olaraq ödəniş qazanmaq
• Tələbəlik və TA işini balanslaşdırmaq
Qeyd edək ki, tələbəmiz Aydan 2022-ci ildə 657 bal toplayaraq ADA Universiteti Riyaziyyat ixtisasına tam güzəştli təhsil haqqı qazanmışdır. 🎓
Youtube link :https://youtu.be/py5L5eG4WWA?si=LBrykWvQNUuShJlt

⚡️Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...
Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi təhsil sistemində və cəmiyyətdə geniş müzakirə olunan mühüm mözulardandır. Bir çox beynəlxalq təcrübələrdə bu addım müəllim peşəsinin nüfuzunu artırmaq, sosial təminatları gücləndirmək məqsədi daşıyır. Belə bir mexanizmin ölkəmizdə də reallaşması müəllimlik peşəsinin statusuna necə təsir edərdi?
Ətraflı:
https://modern.az/az/olke/816186/muellimlere-yeni-status-menzil-pensiya-ve-diger-guzestler/

🎓 Dünyada təhsil nazirləri hansı ixtisasları bitirib?
Təhsil sisteminə rəhbərlik edən şəxslərin bəziləri pedaqoji təhsil alıblar. Onların arasında hüquqşünas, həkim, mühəndis, tarixçi və hətta memar da var.
🇦🇿 Emin Əmrullayev - dövlət idarəçiliyi
🇹🇷 Yusuf Tekin - dövlət idarəçiliyi
🇵🇰 Xalid Məqbul Siddiqi - tibb
🇺🇸 Linda Makmen - fransız dili
🇬🇧 Lusi Pauell - kimya
🇮🇹 Cüzeppe Valditara - hüquq
🇨🇳 Huay Czinpen - mühəndislik və kompüter elmləri
📌 Bəs digər ölkələrin təhsil nazirləri hansı ixtisasları bitirib?
Ətraflı:
https://azedu.az/az/news/111119/dunyada-tehsil-nazirleri-hansi-universitetleri-bitirib-arasdirma

❤1
‼️Sabiq maliyyə naziri, professor Saleh Məmmədovdan təhsillə bağlı diqqətçəkən FİKİRLƏR
“Süni intellektdən istifadə edən birinci sinif şagirdi kompüter bilməyən professordan üstündür”.
"Auditoriya molla kursu deyil, tələbəyə sərbəstlik vermək lazımdır".
“Süni intellektdən istifadə etməyən tələbənin işini yüksək qiymətləndirmirəm".
“Elmi düşüncəni məktəbə gətirmək uşağa alim titulu vermək deyil".
📌 Sabiq maliyyə naziri, professor Saleh Məmmədovla “Təhsil Resepti” rubrikasında
ətrfalı:
https://azedu.az/az/news/111105/komputerden-istifade-ede-bilmeyen-muellim-mektebe-buraxilmamalidir-sabiq-nazirle-musahibe

👍2
Parlament Ombudsmanın aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, ombudsmanın aylıq vəzifə maaşı 3060 manatdan 12 000 manata qaldırılıb.
Qanun qüvvəyə minənədək ombudsmana ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər yeni müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.

📍Uğursuz təhsil layihələri - Kurikulum da onlardan biri idi?
Azərbaycanda illər ərzində müxtəlif təhsil layihələri həyata keçirilib. Bəs başlanğıcda böyük ümidlər yaradan, lakin sonradan gözləntiləri tam doğrultmayan layihələr hansılardır?
Təhsil mütəxəssisləri arasında keçirdiyimiz sorğuda kurikulum, “1 şagird - 1 kompüter”, “Məktəblinin dostu”, “Rəqəmsal bacarıqlar”, “Sabahın alimləri” və digər layihələr barədə fərqli fikirlər səsləndirilib.
Bəzi ekspertlər problemin layihələrin özündə deyil, tətbiq, müəllim hazırlığı, davamlılıq və nəticələrin ölçülməsində olduğunu bildiriblər.
Ətraflı:
https://azedu.az/az/news/111152/gozlentileri-dogrultmayan-tehsil-layiheleri-gozlenilen-neticeni-gore-bilmedik

👍4
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. Zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yolxucu Xəstəliklər Şöbəsinə çatdırılıb.
🔸İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D. Əliyeva, N. Quliyeva şirniyyatdan zəhərləniblər.
Şirniyyat isə təhsil ocağının bufetindən alınıb.
‼️Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbdə dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib: “Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır”.

🔖Səhər tezdən əsl #AbraKadabra😊
⚡️Ötən il 606 balla missiyası yarımçıq qalan #Fatimə Şəfiyeva bu il 678 balla arzuladığı tibb tələbəsi oldu.
Əhsən!
Azərbaycan Universitetləri

❤5
🚨 Şəmkirdə məktəb direktoru işdən azad edildi
Qazax-Tovuz Regional Təhsil İdarəsinin keçirdiyi monitorinq zamanı Şəmkir rayonu Kür qəsəbə tam orta məktəbində ciddi hüquqi və inzibati nöqsanlar aşkarlanıb.
📌 Nəticədə məktəbin direktoru Ruhiyyə Rəfiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd olunub ki, təhsil müəssisələrində nəzarət tədbirləri davam etdiriləcək.

❤3