Win Or Lost🧚‍♀🍀
7K subscribers
4.54K photos
3.11K videos
5 files
23 links
Bütün insanlar hiç kimseye göstermedikleri bir acıyı taşır. Ve kimse bir insanın içindeki o acıyı bilmez'🫀

ᥫ᭡. YouTube Kanalımız: https://youtube.com/channel/UCVrMPNzjhPH85dTQnJtbwfQ

ᥫ᭡. Reklam və əlaqə: @Solittaa
Download Telegram
Bunları beyninizə qeyd edin 🫶🏻 @winorlost
❤8🔥1
Bəlkə də tükənmişəmdir.
Bir şeylər eləyəcək, bir şeylər üçün çalışacaq çabanı özümdə tapa bilmirəm.
Mənim də əmək vermədən gözəl gedən şeylərə ehtiyacım vardır🌾
@winorlost
❤9💔6👍1
Qatil gülləsinə qurban gedirkən
Gözünü sabaha dikdi şəhidlər
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər

Zalım öyünməsin zülümləriylə
Min bir böhtanıyla, min bir şəriylə
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər

O şənbə gecəsi, o qətl günü
Mümkünə döndərdik çox namümkünü
Xalqın qəlbindəki qorxu mülkünü
O gecə dağıdıb sökdü şəhidlər

Tarixi yaşadıb diləyimizdə
Bir yumruğa döndük o gecə biz də
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər

Onlar susdurulan haqqı dindirər
Qaraca torpağı qiymətləndirər
Donan vicdanları qeyrətləndirər
Axı el qeyrəti çəkdi şəhidlər

Dözdü hər zillətə, dözdü hər şeyə
"Dünyada mənim də haqqım var" - deyə,
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər

İnsan insan olur öz hünəriylə
Millət millət olur xeyri, şəriylə
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər

Bəxtiyar Vahabzadə 🧚‍♀ @winorlost
👍11