Win Or Lost🧚‍♀🍀
6.98K subscribers
4.54K photos
3.11K videos
5 files
22 links
Bütün insanlar hiç kimseye göstermedikleri bir acıyı taşır. Ve kimse bir insanın içindeki o acıyı bilmez'🫀

ᥫ᭡. YouTube Kanalımız: https://youtube.com/channel/UCVrMPNzjhPH85dTQnJtbwfQ

ᥫ᭡. Reklam və əlaqə: @Solittaa
Download Telegram
İzləyicilərim pis olanda mənə yazırlar, bəs mən kimə yazım?
💔6
Qaranlıq işığın yoxluğundan, kölgə işığın çoxluğundan törəyir 🖤🌷
@winorlost
❤7👍1
Canan, nə etmişəm, belə biganəyəm sənə?
Məcnun olan da mən evi viranəyəm sənə!

Yüzlərlə nazlı yar ola, könlüm səninlədir,
Olsan nə yerdə, mən yenə həmxanəyəm sənə.

Canan da böylə cövr edər öz mübtəlasına?
Sən zülmkarsan, demə, cananəyəm sənə.

Şövqi-ləbinlə eyləyəli badə tərkini,
Səməst gözlərin kimi məstanəyəm sənə.

Ancaq kəməndi-eşqə giriftar olan bilir,
Zülfün qəmində mən necə divanəyəm sənə!

Göstərmə gül camalını, yandırma könlümü,
Qoy bilməsinlər, eşqdə pərvanəyəm sənə.

Eşq aləmində mən də sədaqətli Vahidəm,
Hər bir işimdə doğru və mərdanəyəm sənə.
  
Əliağa Vahid 🧚‍♀ @winorlost
🔥3