Win Or Lost🧚‍♀🍀
6.82K subscribers
4.53K photos
3.11K videos
5 files
21 links
Bütün insanlar hiç kimseye göstermedikleri bir acıyı taşır. Ve kimse bir insanın içindeki o acıyı bilmez'🫀

ᥫ᭡. YouTube Kanalımız: https://youtube.com/channel/UCVrMPNzjhPH85dTQnJtbwfQ

ᥫ᭡. Reklam və əlaqə: @Solittaa
Download Telegram
Özünlə aparmısan,
Günlərimin rəngini.
Kədər mənə bənzəyir,
Qəm kövrəlir sən kimi.
İndi başa düşmüşəm,
Sənsiz hər şeyim hədər;
Səndən sonra heç kəsi,
Sevmədim sənin qədər.
 
Sevgi dolu baxışlar,
Şəklindən baxır mənə.
Dönəcəksən bilirəm,
Sən əvvəl-axır mənə.
Mən elə bilirdim ki,
Hər şey soyuyub gedər;
Səndən sonra heç kəsi,
Sevmədim sənin qədər.
 
İçimdə tufan kimi,
Çağlayır xatirələr.
Göz yaşlarım qurumur,
Ağlayır xatirələr.
Mən kədərdən doymuşam,
Məndən doymayır kədər;
Səndən sonra heç kəsi,
Sevmədim sənin qədər.
 
O qədər yaxın ikən,
Bu qədər uzaq olduq.
Yorulduqmu sevgidən,
Biz yarı yolda qaldıq...
Mən əzablar içində,
Sən özün məndən betər;
Səndən sonra heç kəsi,
Sevmədim sənin qədər.

Nüsrət Kəsəmənli🧚🏻‍♀ @winorlost
Mir Cəlal - Heç kimin ölkəsi✨
#Ədəbiyyat @winorlost
Çarəsiz olduğunu bilən insan ömür boyu bunun əksini kiməsə sübut etmək istəyir🌊
@winorlost
❤1