Məfatihul-cinan
417 subscribers
278 photos
46 videos
12 files
547 links
Kanal barədə sual, təklif və iradlarınızı bizə yaza bilərsiz.

Əlaqə üçün
@Ya_sahibul_esr
@Rahi_9
Download Telegram
𝕽ə𝖇𝖇𝖎𝖓 𝕯ə𝖗𝖌𝖆𝖍ı𝖓𝖉𝖆
🔸️Kanalımızda "İslam Dininə" aid paylaşımlar edəcəyik.
🌹Kanalımız yenidir inşəAllah kanalımıza qoşulub bizə dəstək ola bilərsiniz.
⬇️Kanalımızda paylaşımlar edir:
🤵Admin: @rahi_9
🧕🏻Adminka:🌹
https://t.me/rebbin_dergahinda
📜imam Museyi Kazım (ə)
səhər çağları belə münacat edərdi:

İlahi, Sən öz endirdiyin kitabda buyurmusan: (Behişt əhli)
Həmişə gecənin az bir HİSSƏsini yatardılar və səhər çağları isiğfar edərdilər. And olsun Allaha, mənim yuxum azdır, səhər vaxtıdır və mən günahlarımdan ötrü istiğfar etməyə qalxmışam. Bir kəsin istiğfarı ki, nə özünün xeyr və ziyanına malikdir, nə də ölümü və həyatı öz ixtiyarındadır. (Sonra imam (ə) səcdəyə gedərdi.)

📚Bihar. c. 87, s. 351

@Cennetin_Acarlari
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Forwarded from 𝕽ə𝖇𝖇𝖎𝖓 𝕯ə𝖗𝖌𝖆𝖍ı𝖓𝖉𝖆
🌹 بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ 🌹


📜Hәzrәt Әli (ә) buyurdu:

“Хalq qurban kәsmәyin dәyәrini bilsәydi, borc edib
qurban kәsәrdi.”

📚"İləlüş-şərayi’, c 2, s 440

🐑Qurban bayramınız mübarək!

@rebbin_dergahinda
📜Hәzrәt Әlinin (ә) qurban
bayrаmı xütbәlәrindә söylәdiyi faydalı sözlәrdә biri
budur:

“Kәsdiyiniz qurbanlığın әtindәn yeyin,
qohumlarınıza da pay verib, o günә görә Аllaha şükr
edin.

📚"Vəsilüş-şiə", c 10, s 147, hədis 23.

@Cennetin_Acarlari
📜Həzrət Peyğəmbər (s):

“Allah insanda üç xüsusiyyəti sevir: az danışmaq, az yatmaq, az yemək.”

📚 “Əl-вaizul-ədədiyyə,” s. 147.

@Cennetin_Acarlari
İmam Zeynal-abidin (ə) (Səccad):


🔹“Qeybətdən çəkinin, çünki qeybət xalqın ətini yeyənlərin xuruşudur.”

📚“Müstədrəkul-вəsail”, c. 9, s. 113.

🔹“Allahın verdiyi ruziyə qənaət edən xalqın ən ehtiyacsızı olar.”

📚“Tuhəful-uqul”, s. 285.


@Cennetin_Acarlari
🥀Zəhra__kənizi🥀
Əlaqə üçün:👇
@zehranin_gulu

•------------••🍃🌺🍃••-----------•
Anam deyərdi:
"Aşiqlik bir gecədir, peşmanlıqsa min gecə."

Min gecədir peşmanam ki, niyə bir gecə aşiqlik etmədim.
•------------••🍃🍃••-----------•
https://t.me/zehra_1kenizi
Kamil adam olmaq üçün 7 vəzifəni yerinə yetirmək vacibdir:

1. İnsan pis əməldən qaçmalıdır.
2. İnsan hər zaman yaxşılıq etməyə çalışmalıdır.
3. İnsan zülmü dəf etməyə çalışmalıdır.
4. İnsan öz həmcinsləri ilə cəmiyyətdə müttəfiq yaşamalıdır.
5. İnsan elm ardınca getməlidir.
6. İnsan hər yerdə elm nuru yaymağa səy etməlidir.
7. İnsan öz qüvvəsi və imkanları daxilində özünə müttəfiq olan cəmiyyət, öz həmvətənləri və həməqidələri içərisində qayda və qanunları mühafizə etmək uğrunda mübarizə aparmalıdır.

@Cennetin_acarlari
🐑Qurban kəsməyin qaydaları

Həcc ziyarəti edən hər bir müsəlmana ehtiyat vacib odur ki, bayram günü (zil-həccənin 10-u) Minada qurban kəssin.

Qurban üçün nəzərdə tutulan heyvan–dəvə, öküz və ya qoyun ola bilər. Fəqət qurbanlıq üçün ayrılan bu heyvan halal, həm də kök və sağlam, yəni heç bir xəstəlik və şikəstlik onda olmamalıdır.

Qurban kəsən adam heyvanı üzü qibləyə yerə uzatmalı, özü də heyvanın sağında dayanmalıdır. Qurban kəsmək üçün hazırladığı bıçaq iti və həm də dəmir (poladdan) olmalıdır.
Zibh (yəni Minada qurban kəsmək) əfzəl ibadətlərdən sayılır. Ona görə də zibh edərkən xalis qəlblə niyyət etmək lazımdır və ehtiyat vacib odur ki, Cəməreyi-əqəbəyə daş atandan sonra qurban kəsilsin.
Qurban kəsən adam aşağıdakı duanı oxumalıdır:

"Vəccəhtu vəchiyə lilləzi fətərəssəmavati vəl ərzə, hənifən müslimən və ma ənə minəl-müşrikin. İnnə səlati və nusuki və məhyayə və məmati lillahi Rəbbil-aləmin. La şərikə ləhu və bizalikə umirtu və ənə minəl-müslimin.
Allahummə minkə və ləkə bismilahi və billahi vallahu əkbər”
deyərək öz qurbanını kəssin. Yox, əgər qeyrisi kəsirsə onda sağ əlini o adamın sağ əlinin üstünə qoyaraq belə desin:

"Allahummə təqəbbəl minni, kəma təqəbbəltə min İbrahimə Xəlilikə və Musa kəlimikə və Mühəmmədin həbibikə, səlləllahu ələyhi və alihi və səlləm. ”

Minanın müstəhəb əməllərindən biri də odur ki, qurban günü, günorta namazından əvvəl bu təkbirləri oxusun:

"Allahu əkbər, Allahu əkbər, la ilahə illəllahu vəllahu əkbər, Allahu əkbər, Allahu əkbər və lillahil həmd.
Allahu Əkbəru, əla ma hədana, Allahu əkbəru, əla ma rəzəqəna min bəhimətil ənam. Vəl-həmdu lillahi əla ma əblana.”

📚Kitabın adı: Məkkeyi-mükərrəmə, Mədineyi-münəvvərə və həcc ziyarəti

🐑Qurban bayramınız mübarək!🌺

╔═──═ঊ🕋ঊ═──═╗ @Cennetin_acarlari
╚═──═ঊ🕋ঊ═──═╝

https://telegram.me/Cennetin_acarlari
Mömün kimdir⁉️

Mömün - Allaha, mələklərə, kitablara, elçilərə, axirət gününə iman bəsləyən və saleh əməl edən şəxsdir. İnsanlar öz canları və mallarına görə ondan amandadırlar. Mömün çox zikr edən, çox düşünən nemətlərə şükür edən, bəlalar qarşısında səbirli olan şəxsdir. Mömün gizlində şükr edər, bəlalarda səbir göstərər və firavan vaxtındada Allahdan qorxar.

@Cennetin_Acarlari

📚İslamda əxlaq və ədəb qaydaları
Ya Allah, əziz qardaş və bacılar. Müəyyən səbəblərdən kanalımızın fəaliyyətini dayandırmışdıq. Allahın lütfü ilə bu gündən bu müqəddəs işə start veririk. Sizdən xahişimiz budur ki, Allahdan bizə müvəffəqiyyətlik arzu edəsiniz.🤲
Şərik ibn Ə'vər Müaviyə ibn Əbu Süfyanın yanına gəldi, Şərik eybəcər görkəmli şəxs idi. Müaviyə ona dedi: " Sən eybəcərsən, gözəl eybəcərdən daha yaxşıdır. Sənin adın Şərikdir, halbuki Allahın şəriki yoxdur. Sənin atanın gözü əyridir, düzgün gözlər əyridən daha yaxşıdır. Qəbilən səni özünə necə başçı seçib?"

Şərik bu sözlərin müqabilində Müaviyəyə dedi: "Sən müaviyəsən, Müaviyə hürməyə deyilir. Səndə it kimi hürürdün. Sən Səxrin (daş qayanın) oğlusan, halbuki, düzənlik yer daşlıqdan daha yaxşıdır. Sən Hərbin oğlusan, halbuki, sülh müharibədən daha yaxşıdır. Sən Üməyyənin oğlusan, Üməyyə isə əmə (kəniz) kəlməsinin kiçildilmiş şəkilidir. Bəs, necə oldu ki, sən mömünlərin əmiri oldun.? 😉

📚Mənbə "Rəbiul-əbrar"
@Cennetin_Acarlari
Sual : Ruzinin Allahdan gəlməsinə inanmaq işi kənara qoymaq demək deyil⁉️

Allahın qismətinə, xüsusilə də maddi mənafe zəminində tabe və razı olmaq, insana arxayınlıq versə də, insanı tamahkarçasına mal-dövlət müsabiqəsinə və növbənöv haram işlərə batmaqdan xilas edib, kin və paxıllıq hisslərinin qarşısını alır. Lakin mümkünsüz deyil ki, cidd-cəhd ruhiyyəsini söndürmək kimi qələmə verilsin. Yəni, demək olar ki, maddi ruzi ilə bağlı belə bir qismətə etiqad bəsləmək insanlarda səy və çalışqanlıq ruhiyyəsini söndürə bilər. Belə bir halda hər kəs "bizim ruzimiz əvvəlcədən bölünüb və dəyişməz" bəhanəsi ilə artıq əmək və fəaliyyətlərdən əl çəkər. Bu da, iqtisadi, maddi inkişafdan geri qalmaq və insanı yoxsulluqla mübarizdən saxlamaqla nəticələnə bilər.
Lakin iki məsələyə diqqət etməklə bu etiraza cavab vermək mümkündür.
1) İslam dininin bu kimi təlim və əxlaqi tövsiyələri insanların maddi istəklərə doğru sürətlə irəliləməsinin qarşısında bir əyləcdir. Başqa sözlə desək insan vücudunun dərinliyində, onu mal-dövlətə, iqtisadiyyatını genişləndirməyə tərəf aparacaq çox sayda stimul var. Müəyyən amillər onları nəzarətdə saxlamasa, bütün etik və əxlaqi hüdudları adlayıb tamaha doğru yönələcək, mal-dövlət uğrunda yarışa atılacaq.
Əli ibn Hüseyn (əleyhis-salam) dəqiqliklə bu məsələyə toxunur:
مَعاشِرَ أَصْحابی! أُوصیکُمْ بِالاْخِرَةِ وَ لَسْتُ أُوْصَیْکُمْ بِالدُّنْیا! فَإِنَّکُمْ بِها مُستَوصُونَ وَ عَلَیْها حَریْصُونُ وَ بِها مُتَمَسِّکُونْ
“Mənim dostlarım! Sizə axirət dünyası ilə bağlı tövsiyələrim var. Dünya barəsində isə təklif etmirəm. Çünki sizə onunla bağlı təklif olunub, ona qarşı hərissiniz, ondan möhkəm yapışmısınız.” (1)
Digər tərəfdən İslam dininin təlimləri ilə bağlı tam nəticə almaq üçün müxtəlif ayə və hədisləri müqayisə etmək lazımdır. Çünki köklü məsələlər barəsində bir hədis və yaxud bir ayə ilə mühakimə yürütmək olmaz. Bir qisim hədislərdə, daha çox ruzi əldə etmək üçün cəhd etməkdən, digər qisim hədislərdə isə ilahi müqəddəratla razılaşmaq və tabe olmaqdan söz açılır. Digər tərəfdən də səy və çalışmaqla bağlı ayə və hədislərin məcmusundan başa düşmək olur ki, bu yolda nə süstlük - tənbəllik, nə də İlahi müqəddərata göz yumub, Onun Pak Zatına təvəkkül etmədən günah dolu tamahkarlıq doğru deyil.
Bir sözlə ruzi Allah tərəfindən bölünsə də onun müəyyən şərtləri var. Şərtləri təqva, etik normalar və mətanətlə bərabər səy və çalışqanlıqdır. Şair deyir:
Ruzi güman olunmayan yerdən gəlsə də,
Onun üçün qapıları döymək ağılın şərtidir.
Hər kəsin bir əcəli varsa da,
Özünü əjdahanın ağzına atma
Bu sətirləri peyğəmbərin (səlləllahu əleyhi və alih) “razılıq və təslim” məqamının əhəmiyyəti ilə əlaqədar sözləri ilə bitiririk. Həzrət buyurdu:
"Qiyamət günü Allah-taala mənim ümmətimdən bir dəstəsinə qanad verəcək. Onlar məzarlarından cənnətə doğru qanad çalacaq və cənnətin fəzasında azad olacaqlar. Cənnətin bütün nemətlərindən istədikləri kimi istifadə edəcəklər. Mələklər onlardan:
– Siz Allahın hesab çəkməsini gördünüzmü? – deyə soruşarlar.
Onlar:
– Görmədik, – deyə cavab verərlər.
– Sirat körpüsünü gördünüzmü?
– Sirat körpüsünü də görmədik.
Onlardan təkrar soruşular:
– Cəhənnəmi gördünüzmü?
Onlar cavab verər:
– Heç nə görmədik, – deyə cavab verərlər.
Soruşarlar:
– Siz hansı ümmətdənsiniz?
Onlar cavab verər:
– Məhəmməd s.ə.s ümmətindənik.
Mələklər soruşar:
– Sizi Allaha and veririk! Deyin görək sizin dünyadakı əməlləriniz nə olmuşdur (ki, belə bir məqama çatmısınız)?
Onlar cavab verər:
– Bizdə iki xüsusiyyət olduğu üçün Allah-taala öz fəzl və rəhməti ilə bizi bu dərəcəyə çatdırdı. Mələklər soruşar:
– O iki xüsusiyyət hansılardır?
Onlar deyərlər:
کُنّا إِذا خَلَوْنا نَسْتَحی أنْ نَعْصیه وَ نَرْضى بِالْیَسیرِ مِمّا قُسِّمَ لَنا
– Biz gizlində də günah etməkdən xəcalət çəkərdik və bizə qismət olan az (miqdar) ilə də razı idik.
Mələklər deyər:
حَقُّ لَکُمْ هذا
– Bu yüksək dərəcə sizin haqqınızdır. (3) (4)

📚: 1. "Biharul-ənvar" cild 75, səh. 147.
2. "Gülüstane Sədi", üçüncü bab, qənaətin fəziləti.
3. "Məskənul-fuad", "Biharul-ənvar"dan nəqlən, cild 100, səh. 25.
3. "Pəyami İmam Əli (ə)", cild 2, səh. 48.

@Cennetin_Acarlari
Təkəbbürün əlamətləri

Təkəbbür qadağan olunmuş çirkin bir xüsusiyyətdir ki, insanın özünü başqalarından üstün tutması nəticəsində yaranır. Belə düşüncə insanda davamlı şəkil aldıqda və bir həyat tərzinə çevirildikdə təkəbbür yaranır. Bu elə bir ruhi xəstəlikdir ki, özünün hamıdan ağıllı olduğunu insana təlqin edir. Belə bir adam həyatda yalnız öz prizmasından baxır. Ona nə qədər dəlil və həqiqət göstərsəndə, o qəbul etmir. Çünki inandığı "həqiqət" meyarı özünün ən üstün təfəkkür sahibi olması fikridir. Məhs bu xüsusiyyət sayəsində də insan bir çox günahlara mübtəla olur. Təkəbbürlü insan başqalarının haqqını tanımır, onların hüquqlarını tapdalayır, həqiqi mənada özündən başqa heç kimi sevmir, zülmkar olur - bir sözlə, İlahi həqiqətləri və hökmləri öz mənafeyinə uyğunlaşdırmağa çalışır, alınmayanda isə inkar edir. Bu xüsusiyyət özü ilə bərabər insanı inadkar, asi, dikbaş, böyük günahlar törətməyə vadar edən ən pis xüsusiyyətdir. Bu xüsusiyyətlər vaxtilə mələklərin bir çoxuna rəhbərlik etmiş və Allaha 6 min il ibadət etmiş, İblisin ilahi rəhmətdən kənar düşməsinə və əbədi lənətlənməsinə səbəb olub. Digər günahlardan fərqli olaraq təkəbbür insanı pis ilə yaxşını ayırd etməyə, əməlindən peşman olmağa və Allahdan əfv diləməyə, tövbə etməyə qoymur. Tövbə etməyən insanın isə günahları bağışlanmır. Məs bu səbəbdən təkəbbür özü ilə bərabər bir çox böyük günahların törədilməsinə səbəb olan, bununla yanaşı insanı daim haqlı çıxarmağa təhrik edən ən pis və təhlükəli xüsusiyyətdir.

@Cennetin_Acarlari