Sələfin Fəhmi
861 subscribers
497 photos
5 videos
1 file
499 links
Allah rəsulu ﷺ buyurur : “Mən sənin üçün necə də gözəl sələfəm”. “Muslim” 2450.
Dəyərli qrup üzvləri, qrupda paylaşılan məqalələr barəsində təklif və iradlarınızı aşağıdakı adresə bildirə bilərsiniz.
@Sarhad_Alizada
Download Telegram
Şəvval orucunu tutmağın ən üstün yolu nədir?

Şeyx Useymin (rahiməhullah) demişdir:

"Onu tutmağın ən üstün yolu bayramdan sonra birbaşa və ard-arda tutmaqdır".

"Əl-Fətəva", 15/390.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Şəvval orucunun tutulma qaydası

Şeyx İbn Baz (rahiməhullah) demişdir:

"Mömin Şəvval orucunu ay ərzində özü istədiyi kimi seçə bilər. İstəsə, əvvəlində, istəsə, ortasında və ya sonunda tuta bilər. Həmçinin istəsə, fərqli günlərdə və ya dalbadal tuta bilər".

"Əl-Fətəva", 15/390.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
http://T.me/Selefin_Fehmi
Bir il Şəvval orucu tutana hər il onu tutması vacib olurmu?

Şeyx Useymin (rahiməhullah) demişdir:

"Şəvval orucunu bəzi illər tutub bəzi illər tərk etməkdə heç bir qəbahət yoxdur, çünki o, fərz deyil, nafilə orucdur".

"Əl-Fətəva", 20/21.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Şəvval orucunun bidət olduğunu deyən olubmu?

Şeyx İbn Bəz (rahiməhullah) deyir:

"Bu söz batildir".

"Əl-Fətəva", 16/389.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Şəvval orucuna axşamdan niyyət etmək vacibdirmi?

Şeyx Useymin (rahiməhullah) demişdir:

"Şəvval orucunu tutan şəxs fəcrdən (sübh namazından) əvvəl niyyət etməlidir ki, bütöv günün savabını əldə etsin".

"Əl-Fətəva", 20/21.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Şəvval orucunu kəffarə orucundan əvvəl tutmaq icazəlidirmi?

İbn Bəz (rahiməhullah) demişdir:

"Vacib olan (məsələ) kəffarə orucuna cəld davranmaqdır. Şəvvalın altı gün orucunu kəffarə orucundan əvvəl tutmaq icazəli deyil, çünki Şəvval orucu nafilə, kəffarə orucu isə fərzdir. Onu da dərhal yerinə yetirmək vacibdir".

"Əl-Fətəva", 15/394.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Ramazandan qalan qəza oruclarını Şəvval orucu ilə birləşdirib (yəni dalbadal, arada məsafə buraxmadan) tutmaq olarmı?

İbn Bəz (rahiməhullah) demişdir:

"Doğru olan odur ki, bunda bir qəbahət yoxdur".

"Əl-Fətəva", 15/396.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Bu ayəyə görə dünya düzdürmü?

"Yerin necə döşədildiyini görmürlər?" (Əl-Ğaşiyə surəsi, 20)

Şeyx Sədi رحمه الله demişdir:

"Bil ki, dünyanın döşənməsi heç də onun dairəvi (kürə formasında) olması ilə ziddiyyət təşkil etmir. Onun ətrafını hər tərəfdən səma cisimləri əhatə etmişdir. Necə ki, buna nəql (Quran və sünnə), ağıl, hiss və müşahidə dəlalət edir. Xüsusən də, günümüzdə bu, əksər insanlar tərəfindən bilinən bir şeydir.

Hansı ki, insanlar (göyün ətrafını) Allahın onlara bəxş etdiyi uzaqda olan şeyləri yaxınlaşdırıcı cihazlar (teleskop və s.)  vasitəsilə bilirlər.

Bir yeri döşəmək olduqca kiçik bir şeyin kürə şəklində olması ilə ziddiyyət təşkil edər, hansı ki, həmin kiçik şey döşənsə, barəsində danışılası yumru bir tərəfi qalmaz.

Amma həddən artıq böyük və geniş olan dünya isə döşənmiş kürəşəkillidir. Və bu iki şey (döşənmək və kürəşəkilli olmaq) ekspertlər tərəfindən bilindiyi kimi bir-biri ilə ziddiyyət təşkil etmir".

"Təfsir surati əl-Ğaşiyə".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Ramazan orucundan qəzası qalan kimsə Şəvval orucunu tutarsa, ona savab varmı?

Şeyx ibn Useymin (rahiməhullah) demişdir:

"Şəvval ayının altı gün orucu yalnız Ramazan ayının orucunu tam şəkildə tutan insana savab qazandırır".

"Əl-Fətəva", 18/20.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Ramazan orucundan qəzası qalan kimsə Şəvval orucunu tutarsa, ona savab varmı?

Şeyx İbn Bəz (rahiməhullah) demişdir:

"Bu mövzuda zikr olunan hədisə əsasən vacib olan, Şəvvalın altı gün orucunu qaçırtsa belə, birinci olaraq qəza oruclarını tutmağa başlamaqdır, çünki fərz nafilədən öncə gəlir".

"Əl-Fətəva", 15/393.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
İbn Qeyyim (rahiməhullah) demişdir:

"Allahın qula olan razılığı cənnətdən daha böyükdür. Çünki razılıq Allahın sifəti, cənnət isə onun məxluqudur".

"Mədəricus Səlikin", 2/208.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Muvəzənət (tarazlıq) qaydası

Əbu Zərr رضي الله عنه Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir:

"Məndən sonra ümmətimdən bir toplum insanlar olacaq ki, onlar Quran oxuyacaqlar, amma oxuduqları Quran boğazlarından aşağı keçməyəcək. Onlar ox hədəfi dəlib keçdiyi kimi (sürətlə) dindən çıxacaq və (ox yayına geri qayıtmadığı kimi) dinə geri qayıtmayacaqlar. Onlar məxluqatın ən şərliləridirlər.
"Muslim", 1067.

Əlinin رضي الله عنه rəvayətində gələn hədisdə isə: "Sizin Quran oxumağınız, namaz qılmağınız, oruc tutmağınız onlara nisbətdə heç nədir. (Yəni o qədər çox Quran oxuyar, namaz qılar və oruc tutardılar).

Onlar Quran oxuyacaqlar və Quranın onların lehinə olduğunu düşünəcəklər, amma həqiqətdə Quran (Allah qatında) onların əleyhinədir. Quran onların boğazlarından aşağı keçməyəcək (yəni savab və mükafat əldə etməyəcəklər).

Ox hədəfi dəlib keçdiyi kimi dindən çıxacaqlar. Onlarla döyüşəcək olan ordu Peyğəmbərlərinin onlar barədə (onlarla vuruşmağın və onları öldürməyin savabı və mükafatı barədə) nə dediyini bilsəydilər, onlarla döyüşməkdən bir an belə yorulmazdılar".
"Muslim", 1066.

Şeyx Rabi Əl-Mədxəli حفظه الله buyurur:

"Allahım, nəfsimizin istəklərinə tabe olmaqdan və zəlalətə düşməkdən sənə sığınırıq! Bəlkə də, ola bilsin, həmin qullar Quran qiraətlərində, namazlarında, oruclarında ixlaslı qullar idilər, hansı ki, Allah rəsulunun səhabələri onlara bu ibadətlərdə çatmamışdılar (onlar qədər çox ibadət etmirdilər). Nəticədə isə onların bu ibadətləri qınaq obyektinə çevrildi. Zələlət üzərində olmaqlarının əlaməti isə o qədər ibadət etməklərinə baxmayaraq, onlar Allah və rəsulunun qatında səfeh kimsələrdir.

Onları taqətsiz, səhərə qədər yuxusuz qoyan, istidə susuzluğa dözərək, yuxusuzluğa tab gətirərək, Allahdan qorxaraq etdikləri bütün bu yorucu ibadətlər onlara Allah qatında şəfaətçi olmadı. Buna baxmayaraq, onlar məxluqatın ən şərliləri idilər. Oxun hədəfi dəlib keçdiyi kimi (sürətlə) dindən çıxdılar. Allah rəsulu ﷺ onlara yetişsə idi, onları Ad və Səmud qövmü kimi (əzab verərək) öldürəcəyini buyurmuşdu.

Haradadır bəlkə də bunlardan daha da azğın olan bidət əhlini müdafiə edənlər?!

Haradadır bu (haqq olan) qərib mənhəcin kölgəsində (gizlənərək) Allah və rəsulunun yoluna müxalif olanları müdafiə edənlər?!

Haradadır rafiziləri, quburiləri, sufiləri, əşariləri və hizbiləri müdafiə edənlər?!"

"Mənhəcu əhli-sünnəti vəl-cəmaə fi nəqdir-ricəl vəl-kutub vəl-tavaif", səh. 33, 34.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Racə ibn Həyvə رحمه الله dedi:

"Yalnız həsəd etməyi və (etdiyi xeyir əmələ görə) fərəhlənməyi tərk edən qul ölümü daha çox xatırlayar".


"Hilyətul Əvliyə", 5/173.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
İbn Qeyyim رحمه الله demişdir:

Allah ﷻ qullarından şükür edənlərin az olduğunu zikr etmişdir.

Uca Allah buyurur:

"Qullarımdan şükür edən azdır". (Səbə, 13).

İmam Əhməd rəvayət edir ki, Ömər ibn Xattab (Allah ondan razı olsun) bir kişinin “Allahım, bizi az olan kəslərdən elə”, - dediyini eşidir və soruşur: "Bu nə deməkdir?"

Həmin kişi belə cavab verir: "Ey möminlərin əmiri, Uca Allah belə buyurur:

"Lakin, onunla birlikdə az adam iman gətirmişdi". (Hud, 40).

"Qullarımdan şükür edən azdır". (Səbə, 13).

"Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar". (Sad, 24).


Ömər رضي الله عنه belə dedi: "Doğru söylədin".

"İddətus Sabirin", 124.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Şeyx ibn Useymin رحمه الله demişdir:

"Şəkk yoxdur ki, alimlər xəta da edə bilər, haqqa da isabət edə bilərlər. Onların heç biri məsum deyillər. Onların xətalarını götürərək hörmətlərini aşağı salmaq üçün istifadə etmək bizə nəinki yaraşmaz, hətta bu əməli etmək icazəli belə deyildir, çünki bu, bəşəriyyətin xarakterindəndir ki, onların hər biri doğru olanı başa düşmədikdə xəta edirlər".

"Kitabul Elm", səh. 215.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Şeyx İbn Useymin رحمه الله demişdir:

"Alimlər həsədin təfsiri barədə ixtilaf ediblər. Bəziləri həsədin "başqasında olan nemətin ondan getməsini arzulamaq" olduğunu demiş, bəziləri isə "Allahın ondan başqasına verdiyi nemətə nifrət hissi keçirmək, xoşu gəlməmək" olduğunu demişdir.

Bu da şeyxülislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) seçimidir ki, bu barədə belə demişdir:

"Əgər insan Allahın ondan başqasına verdiyi nemətə qarşı nifrət hissi keçirərsə, hətta o nemətin həmin şəxsdən getməsini arzulamasa belə, artıq o, həsəd etmişdir".

"Şərh Ərbəin Ən-Nəvəvi".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Güclü mömin və zəif mömin.

Şeyx İbn Useymin رحمه الله demişdir:

"Peyğəmbərin ﷺ "Allah qatında güclü mömin zəif mömindən daha sevimli və daha xeyirlidir" sözündə qəsd olunan əzələlər deyildir. Burada qəsd olunan cismində deyil, imanında güclü olandır. Neçə-neçə bədəni güclü insanlar vardır ki, onlarda heç bir xeyir yoxdur. Həmçinin də əksi (neçə-neçə bədəni zəif insanlar vardır ki, onlarda çoxlu xeyir var).

Əgər sən bu münasibətlə "Allah qatında güclü mömin zəif mömindən daha sevimli və daha xeyirlidir" cümləsini idman mərkəzinin girişinə böyük bir lövhədə yazıb assan, burada "güclü mömin" dedikdə qəsd olunan əzələləri güclü olacaqdır. Ona görə də bunu etməyin icazəli deyildir".

"Şərh Ərbəin Ən-Nəvəvi", səh. 100.

▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi
Sünnəyə tabeçilik

Şeyx ibn Useymin رحمه الله demişdir:

"Bil ki, (sünnəyə) tabeçilik yalnız əməllər bu altı şeydə şəriətə müvafiq olarsa, gerçəkləşər:

Əməlin (ibadətin) səbəbi, cinsi, miqdarı, keyfiyyəti, zamanı və məkanı".

(Yəni ibadətlər bu altı şeydə şəriətə müvafiq olarsa, o ibadət sünnəyə tabe ibadət olar)

"Şərh Ərbəin Ən-Nəvəvi", səh. 124.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 

http://T.me/Selefin_Fehmi