SeyyidSistani
2.74K subscribers
2.15K photos
1 video
362 files
624 links
📚 Ayətullah Seyyid Əli Sistaninin "şəriət məsələləri"

ℹƏlaqə üçün
🔘 @ali_necefi_14
Download Telegram
❤47👍2
❤46👍1
❤51
📜 Ayətullah Seyyid Əli Sistani (h)

Sual:
Oğlan və qız uşağında həddi-buluğ əlaməti nədir?

Cavab:
1) QIZ uşağı hilali təqvimlə 9 yaşı tamam olduqda həddi buluğ olur. Miladi təqvimlə isə təq. 8 yaş 8 ay 20 günə bərabərdir.

2) OĞLAN uşağında isə aşağıdakı 4 haldan biri baş verməklə (həddi buluğ) olur:
1. Qarın ilə övrət arasında qalın tüklərin çıxması.
2. Məninin (spermanın) xaric olması.
3. Üzdə və bığda qalın tüklərin çıxması.
4. Hilali təqvimlə 15 yaşı tamam olması. Miladi təqvimlə təq. 14 yaş 6 ay 15 günə bərabərdir.

Amma sinədə və qoltuq altında tüklərin bitməsi, həmçinin səsin qalın olması və bunu kimi hallar həddi buluğun əlaməti sayılmır.

https://telegram.me/SeyyidSistani
❤33
❤54
❤47👍1
❤38
❤34👏2👍1
❤30
❤35
❤37🙏3👍1
📜Ayətullah Seyyid Sistani (h) ağanın nəzərinə əsasən, hicabın vacibliyinə dəlalət edən ayələr hansılardır?
Anonymous Quiz
14%
Bəqərə 183 və Maidə 3
68%
Əhzab 59 və Nur 31
18%
Nisa 14 və Fussilat 34
👍13❤6
❤26👍5
❤30
📜 Ayətullah Seyyid Sistaninin (h) nəzərinə əsasən Xanım Zəhranın (s.ə) zikrini demək nə zaman müstəhəbdir?
Anonymous Quiz
11%
Ancaq namazdan sonra
17%
Namazdan sonra və yatmaq istədikdə
72%
Hər zaman
❤18
👍14❤13
📜 Qeyd: Xanım Zəhranın (s.ə) zikrini demək hər zaman müstəhəbdir. Lakin namazdan sonra və yatmazdan əvvəl demək isə təkid olunmuş müstəhəbdir.
❤27
❤24
إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ

[Həqiqətən, biz Allaha məxsusuq və Ona tərəf qayıdacağıq.] (Bəqərə, 156)

▪️ Əhli-beyt (ə) məktəbinin böyük alim və fəqihi, şiə məzhəbinə və elmi hövzəyə böyük xidmətləri olan rəbbani alim, böyük mərceyi-təqlid Ayətullah Şeyx Vəhid Xorasani (Allah ona rəhmət etsin) dünyasını dəyişdi.

▪️ Uca Allahdan diləyirik ki, onu Öz geniş rəhmətinə qərq etsin, Peyğəmbər (s) və onun pak Əhli-beyti (ə) ilə birlikdə məhşur etsin.

▪️ Bu münasibətlə İmam Zamana (ə.f) və bütün möminlərə başsağlığı veririk.
❤21🙏17
📜Ayətullah Seyyid Əli Sistaninin (h) Ayətullah Şeyx Vəhid Xorasaniyə (r) vəfatı münasibətilə başsağlığı

Bismilləhir-Rahmənir-Rahim

«Həqiqətən, biz Allaha məxsusuq və Ona tərəf qayıdacağıq».

Qum elmi hövzəsinin böyük ustadı, ilahi alim və böyük mərcə Ayətullah Hacı Şeyx Hüseyn Vəhid Xorasaninin (Allah ona rəhmət etsin) vəfat xəbərini dərin hüzn və təəssüf hissi ilə aldım.

Mərhumun imamətin, məsum və pak Əhli-beytin (ə) vilayətinin müdafiəsində tutduğu yüksək məqam hamıya məlumdur. Onun tədris, tərbiyə, moizə və irşad kürsüsündə göstərdiyi misli az tapılan səyləri daim yaddaşlarda qalacaqdır.

Allah-taala onu elmə və elm əhlinə göstərdiyi xidmətlərə görə ən gözəl şəkildə mükafatlandırsın, cənnətdəki dərəcəsini ucaltsın və onu Özünün seçilmiş bəndələri – Muhəmməd və onun pak Əhli-beyti (ə) ilə birlikdə məhşur etsin.

Bu böyük müsibət münasibətilə başsağlığımı ilk növbədə Mövlamız Sahibəz-Zamana (Allah ruhlarımızı ona fəda etsin), elmi hövzələrə, mərhumun ailəsinə və sevənlərinə, xüsusilə də əziz və möhtərəm övladlarına, eləcə də bütün möminlərə bildirirəm.

Uca Allahdan diləyirəm ki, bu böyük itkini və ağrılı müsibəti Öz lütfü ilə əvəz etsin. Həmçinin bu müsibətdən qəlbi yaralanan hər kəsə gözəl səbir və bol mükafat əta etsin.

Güc və qüvvət yalnız Uca və Əzəmətli Allahdandır.

6 Cəmadiüs-sani 1448-ci il

Əli əl-Hüseyni əs-Sistani
🙏14❤9