“ADPU-2030”-un tətbiqi - nəticəyönümlü idarəetmə modeli
2026/2027-ci tədris ilindən etibarən iş planlarının “ADPU-2030” Strateji İnkişaf Planına uyğunlaşdırılması məqsədilə Pedaqoji Universitetin struktur vahidlərinin iş planlarında hər fəaliyyət strateji hədəf, ilkin və gözlənilən göstərici, icra müddəti, məsul tərəf və sübut mənbəyi ilə əlaqələndirilir. Beləliklə, universitet idarəçiliyində əsas sual “nə etdik?” deyil, “nəyi dəyişdik?” olur.
#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #ADPU2030

❤1
ADPU-da rəqəmsallaşma yeni idarəetmə və təhsil mədəniyyətidir
Pedaqoji Universitetdə tam rəqəmsallaşmaya dorğu sürətli addımlar atılır. Elektron sənəd dövriyyəsi, “MyADPU” e-universitet sistemi, “Moodle” elektron tədris platforması və elektron kitabxana vahid elektron universitet modelinin əsasını yaradır.
#ADPU #PedaqojiUniversitet #reqemsallasma #MyADPU #euniversitet

ADPU-da Müstəqilliyin Bərpası Günü qeyd edilib
Ətraflı: https://adpu.edu.az/xeberler/adpu-musteqilliyin-berpasi-gunu
#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #18Oktyabr #MüstəqilliyinBərpasıGünü

ADPU əməkdaşı YAP Gənclər Birliyinin İdarə Heyətinə üzv seçilib
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn məsələlərin müzakirəsi və gənclər siyasətinin strateji hədəflərinin müəyyənləşdirilməsi məqsədilə YAP Mərkəzi Aparatında toplantı keçirilib. Toplantı çərçivəsində YAP Gənclər Birliyinin yeni İdarə Heyətinin formalaşdırılması ilə bağlı seçkilər keçirilib. İdarə Heyətinin üzvləri arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşı Tərlan Ağayev də yer alıb.
Tərlan Ağayev ADPU-nun Heydər Əliyev Mərkəzinin mütəxəssisi, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin tədbirlərin təşkili üzrə koordinatorudur, həmçinin Dövlət İmtahan Mərkəzində imtahan rəhbəri kimi fəaliyyət göstərir.O, tələbəlik illərindən etibarən tələbə təşkilatlarında və müxtəlif ictimai birliklərdə fəaliyyət göstərib, gənclərlə iş və təhsil liderliyi proqramlarında iştirak edib.
Tərlan Ağayev Azərbaycan Universitetində müəllim kimi fəaliyyət göstərir, əvvəllər Xəzər Universitetində də pedaqoji fəaliyyətlə məşğul olub. Bakalavr və magistratura təhsilini fərqlənmə diplomları ilə başa vuran T. Ağayev hazırda tarix sahəsi üzrə doktorantura təhsili alır. O, bir metodik vəsaitin, iki dərs proqramının və beş elmi məqalənin müəllifidir.

18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür!
Bu gün milli kimliyimizin, azadlıq ideyalarının və dövlətçilik iradəsinin bayramıdır. Müstəqilliyimiz əbədi, dövlətçiliyimiz sarsılmaz olsun!