74 əcnəbi Pedaqoji Universitetdə təhsil almaq üçün müraciət edib
2025/2026-cı tədris ilində ADPU-da təhsil almaq üçün portal.edu.az üzərindən 74 əcnəbi vətəndaş müraciət edib. Onlar Türkiyə, Pakistan, Gürcüstan, Rusiya, İran və digər ölkələrin vətəndaşlarıdırlar.
#adpu #eduaz #edugovaz #qəbul #PedaqojiUniversitet

"ProQuest Central" akademik bazasına giriş imkanı - tələbə və əməkdaşların nəzərinə!
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və "Clarivate" şirəktinin əməkdaşlığı sayəsində "ProQuest Central" akademik informasiya bazası Azərbaycan universitetləri və elmi-tədqiqat institutları üçün milli səviyyədə istifadəyə verilib.
Artıq uversitetimizin elektron Kitabxanası üzərindən artıq "ProQuest Central" akademik informasiya bazasına çıxış mümkündür.
🔹 "ProQuest Central" dünyanın ən geniş çoxsahəli elmi platformalarından biridir və oxuculara aşağıdakı imkanları təqdim edir:
• 43.000-dən çox tam mətnli jurnal
• 3,5 milyon ön çap məqaləsi
• Təxminən 400.000 dissertasiya (o cümlədən bəzi Azərbaycan dissertasiyaları)
• Qlobal xəbər arxivi, bazar və sənaye hesabatları
• Konfrans materialları və digər resurslar
Bu imkanlar sayəsində ADPU-nun tələbə və əməkdaşları elmi tədqiqatlarını beynəlxalq səviyyədə aparmaq və etibarlı mənbələrə çıxış əldə etmək imkanı qazanırlar.
📚 "ProQuest Central"a keçid etmək üçün ADPU-nun elektron kitabxanasına daxil olun və sistemdə A-Z informasiya kataloqu vasitəsilə "ProQuest Central"ı seçin.
"ProQuest Central" haqqında ətraflı: https://about.proquest.com/en/products-services/pqcentral/

Proquest
ProQuest Central
ProQuest Central brings bridges some of our most used databases to create the most comprehensive, diverse, and relevant multidisciplinary research database
“ADPU-da elmi-tədqiqat prosesində süni intellekt texnologiyalarından istifadəyə dair Qaydalar” qəbul olunub
Bu qaydaların məqsədi Pedaqoji Universitetdə süni intellekt (Sİ) texnologiyalarının tədris və elmi-tədqiqat proseslərində istifadəsini tənzimləmək və bunun etik, hüquqi və akademik dürüstlük prinsiplərinə uyğunluğunu təmin etməkdir.
“Azərbaycan Respublikasının 2025 - 2028-ci illər üçün süni intellekt Strategiyası”na əsaslanaraq müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırlanan qaydalar ADPU-nun bütün strukturları, akademik heyət, inzibati idarəçilər, tədqiqatçılar, və bütün səviyyələrdə təhsilalanlarına şamil olunur.
Qaydalar görə universitetdə süni intellekt tədris və qiymətləndirmənin avtomatlaşdırılması, fərdi tədris planlarının hazırlanması, tədqiqat məlumatlarının təhlili və vizualizasiyası, elmi məqalə və hesabatların hazırlanması, plagiatın aşkarlanması və istinadların avtomatik tərtibatı kimi müxtəlif sahələrdə tətbiq oluna bilər.
Qeyd edək ki, qaydalara əsasən Sİ-nin tətbiqi ilə yaradılan nəticələr də müəllifin əqli mülkiyyəti sayılacaq, amma insan tədqiqatçının nəzarəti və təsdiqi ilə qəbul olunacaq. Müəlliflər tədqiqatdakı Sİ məhsulları haqqında açıq məlumat verməlidirlər və onlar ADPU-nun antiplagiat qaydalarına əsasən yoxlanılacaq.
Universitetin elmi tədqiqat fonduna təqdim olunan Sİ əsaslı işlərdə müəlliflik hüququ məsələlərinə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında ayrıca baxılacaq.
Həmçinin, tədqiqat məqsəsilə olsa belə, Sİ platformalarına şəxsi və korporativ, həssas və ya məxfi məlumatların daxil edilməsi qadağandır.

❤1
“ADPU-da akademik mikrokreditləşmə Qaydası” qəbul olunub
Pedaqoji sahədə innovativ yanaşmaların tətbiqini qarşıya məqsəd qoyan ADPU-da bu qaydaların qəbulunda əsas məqsəd Pedaqoji Universitetdə mikrokreditləşmə modelinin təşkili və tətbiqinə dair əsas prinsipləri və prosedurları müəyyən etməkdir.
Beynəlxalq təcrübənin təhlili ilə müvafiq qanunvericilik aktları və ADPU-nun nizamnaməsi əsasında hazırlanan qaydalar müasir təhsil tendensiyalarına uyğun olaraq informal təhsilin kreditlər halında rəsmiləşməsini hədəfləyir və universitetdə akademik mikrokreditləşmə ali təhsilin keyfiyyətinin artırılması, tələbəyönümlü təhsil mühitinin formalaşdırılması, çevik öyrənmə imkanlarının genişləndirilməsi məqsədilə tətbiq olunur.
Qeyd edək ki, akademik mikrokredit müəyyən bir fənn və ya modul çərçivəsində tədris olunan, müstəqil öyrənmə nəticələri ilə müşayiət olunan və ayrı-ayrılıqda qiymətləndirilən qısa müddətli öyrənmə vahidi (kurs, seminar, təlim və seçilmiş fənn və/və ya fənnlər) olub rəsmi sənədlə təsdiq olunur.
Bu model vətəndaşlara nəticəyönümlü fərdi öyrənmə xəritələrinin qurulması, qiymətləndirmənin çevikliyi və mərhələliliyi, tanınma və akkumulyasiya imkanları yaradır.

“ADPU-da professor-müəllim heyətinin tədris yükünün azaldılması Qaydası” təsdiq olunub
Qəbul olunan qaydalar ADPU-da professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətlərini dəstəkləmək və stimullaşdırmaq məqsədi daşıyır.
Qaydalarda elmi uğurları və tədqiqat səriştəsi əsas alınaraq professor-müəllim heyətinin illik tədris yükünün 40%-dək azaldılması meyarları əks olunur. Qaydalara uyğun olaraq, müəyyən olunmuş 9 meyardan ən az 4-nə cavab verən tədqiqatçı müəllimlərin müraciətləri əsasında onların dərs yükü azaldılacaq.
Lakin bu qaydadan yararlanan tədqiqatçıların sayı ADPU-nun tam ştatda olan professor-müəllim heyətinin 5 faizindən çox olmamalıdır.
Qaydaların tətbiqinin əsas məqsədi akademik heyətin elmi-tədqiqat nəticələrini stimullaşdıraraq onları daha da yüksəltmək və nəticədə universitetin akademik nüfuzunu artırmaqdır.

❤1👍1
ADPU MEH ədəbi dərnəyinin yeni rəhbəri Firuz Yusibov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən MEH ədəbi dərnəyinin yeni rəhbəri Firuz Yusibovdur.
Firuz Yusibov 2005-ci ildə Gədəbəy rayonun anadan olub. 2023-cü ildə orta təhsilini başa vuraraq, ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub. Hazırda III tədris ili tələbəsidir.
Tələbəlik dövrünün ilk günlərindən gənclərin inkişafına yönəlmiş müxtəlif təlim və proqramlarda fəal iştirak edib. MEH ədəbi dərnəyinin təşkil etdiyi layihə və tədbirlərdə fəallığı ilə fərqlənib. O, bir çox layihə və tədbirlərdə aktiv iştirak edib, fəaliyyəti sertifikat, fəxri fərman və təşəkkürnamələrlə dəyərləndirilib.
O, 2 Fevral-Azərbaycan Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən aktivliyinə görə təltif edilib, özəl təhsil müəssisələri tərəfindən təşkil edilən təlimçilər üçün təlim proqramını uğurla tamamlayıb. COP29 çərçivəsində aktiv könüllülük fəaliyyəti göstərib.

❤7👍1
Əziz tələbələr,
Yuxarı kurs tələbələrinin iyul, avqust və sentyabr aylarının təqaüdləri ödənildi.Xeyirlə xərcləyin!
Qeyd: Birinci tədris ilinin tələbələrinin təqaüdləri ayrıca ödəniləcək.

❤66💔12👏6🔥1
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki
Ətraflı: https://bit.ly/48fAmBe
#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #5Oktyabr #müəllimlərgünü

❤22👏2🥰1
Gələcəyin qurucularının peşə bayramıdır.
Əziz müəllimlər ailəmiz,
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günümüz mübarək olsun!
#adpu #edu #ElmvəTəhsilNazirliyi #eduaz #PedaqojiUniversitet #5Oktyabr #MüəllimlərGünü #GələcəyinQurucuları

❤45🥰3🔥1
ADPU tələbəsi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində
Ətraflı: http://bit.ly/46JD2pu
#adpu #eduaz #ElmvəTəhsilNazirliyi
Ətraflı: http://bit.ly/46JD2pu
#adpu #eduaz #ElmvəTəhsilNazirliyi
👏3🥰1