ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
❤2
Elm və təhsil jurnalistikası və kommunikasiyası üzrə ixtisaslaşmaq istəyən tələbə və məzunları yeni peşəkar inkişaf proqramına qeydiyyatdan keçməyə dəvət edirik.

“OpenScience Media Lab” və “Science & education media"-nın birgə təşəbbüsü ilə həyata keçirilən peşəkar inkişaf proqramı iştirakçılara elm və təhsil mövzularının effektiv şəkildə ictimaiyyətə çatdırılması, bu istiqamət üzrə keyfiyyətli jurnalist materiallarının hazırlanması və sahə üzrə praktik təcrübə qazanmaq imkanı təqdim edir.

Proqram çərçivəsində iştirakçılar nəzəri və praktiki təlimlərlə bərabər, həmçinin mentor dəstəyi və “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzeti və muallim.edu.az portalında real təcrübə imkanı qazanacaqlar.

Bu sahəni gələcək karyera istiqaməti kimi görən və bu sahədə ixtisaslaşmaq istəyən jurnalistika, beynəlxalq jurnalistika, media və kommunikasiya, dövlət və ictimai münasibətlər, təhsil idarəetməsi və pedaqoji yönümlü ixtisaslar üzrə təhsil alan III–IV kurs bakalavr tələbələri, eləcə də magistrlar və məzunlar proqrama müraciət edə bilərlər.

Məqsədimiz cəmiyyətin inkişafının təməli olan təhsil sahəsi üzrə gələcək kommunikasiya mütəxəssislərini hazırlamaqdır. İştirak tam ödənişsizdir.

Qeydiyyat üçün son tarix: 31 may

Ətraflı məlumat və qeydiyyat üçün keçid: https://forms.gle/YnZaUaR1LXh4md2o7
*“mygov” üzərindən təqdim olunacaq yeni təhsil xidmətləri*

• Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı

• Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə bakalavrların qeydiyyatı

• Ali təhsil müəssisələrinin rezidentura səviyyəsinə bakalavrların qeydiyyatı

• Ümumi orta və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı

• Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu

Qeyd edək ki, sözügedən xidmətlər “mygov” platformasında vətəndaşlar və təhsilalanlar tərəfindən növbəti tədris ilinə qəbul və qeydiyyat məqsədilə istifadə ediləcək.

Sözügedən xidmətlər my.gov.az portalı üzərindən əlçatandır. Vətəndaşlar platformanın “Xidmətlər” bölməsində “Qurumlar” kateqoriyasından “Elm və Təhsil Nazirliyi” və ya “Sahələr” kateqoriyasından “Təhsil” seçimini edərək müvafiq xidmətlərə keçid edə bilərlər. Yenilik təhsilalanlara və valideynlərə prosesləri daha sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradacaq.

Yeni xidmətlərin istifadəyə verilməsi “mygov” platformasının vətəndaşlara təqdim etdiyi rəqəmsal imkanların daha da genişləndirilməsi və dövlət xidmətlərinin vahid platformada əlçatanlığının təmin olunması istiqamətində atılan növbəti addım hesab olunur.
❤3