ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
Yeni qəbul olunan tələbələrin ilk gün universitetə gəlmə saatları

Qeyd: Təhsil menecmenti, MBA (Ümumi idarəetmə), MBA (Marketinq), Təlim və tədrisin təşkili ixtisaslaşmalarına qəbul olunanlar 15 sentyabr tarixində universitetə gəlməyəcəklər.

İxtisasların yeləşdiyi tədris binları əvvəlcədən səhifəmizdə paylaşılıb.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #qəbul #qəbul2026
❤1
Üst və alt həftələr

Əziz tələbələr,
Bildiyiniz kimi, ADPU-da dərs cədvəlləri üst/alt həftə prinsipi ilə təşkil olunur. Bəzi fənnlər üst həftədə, digərləri isə alt həftədə tədris oluna bilər. Belə fənnlər dərs cədvəlində yarımxanalarda göstərilir. Yuxarı yarımxanada olan fənnlər üst həftədə, aşağıda olanlar isə alt həftədə tədris olunur.
Bir qayda olaraq semestrin ilk həftəsi üst həftə hesab olunur.

2026/2027-ci tədris ilinin payız semestri üçün üst/alt həftə bölgüsü ilə paylaşımdan tanış ola bilərsiniz.

#adpu #PedaqojiUniversitet #tədris #dərs #semestr
ADPU-da qəbul dövrünün media statistikası: 8,5 milyondan çox baxış, 17 minədək müraciət

Ətraflı: https://adpu.edu.az/xeberler/adpu-da-qebul-dovrunun-media-statistikasi-2026

#adpu #PedaqojiUniversitet #edu #ElmvəTəhsilNazirliyi #eduaz #eatda
Yeni tədris ilində Pedaqoji Universitet ailəsinə uğurlar arzu edirik!

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #15Sentyabr #BilikGünü
❤8
Hər 100 tələbədən 6-sı ADPU-da təhsil alır

ADPU-nun ölkənin ümumi bakalavriat qəbulundakı payı kifayət qədər böyükdür. 2026/2027-ci tədris ilində ölkənin mülki ali təhsil müəssisələrinə I–V ixtisas qrupları üzrə ümumilikdə 61516 plan yeri ayrılıb. Bunun 2570-i ADPU-nun payına düşür. Bu, ölkə üzrə ümumi qəbul planının 4,18 faizidir. Beş filial da nəzərə alındıqda ADPU şəbəkəsinin 3605 yerlik qəbul planı ümumi planın 5,86 faizini təşkil edir. Başqa sözlə, Azərbaycan ali təhsilində hər 100 plan yerindən təxminən 6-sı ADPU şəbəkəsinin payına düşür.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #PedaqojiUniversitet
ADPU-nun MİQ imtahanı verən cari il məzunlarından 89 %-i uğurlu nəticə göstərib

2026-cı ildə ADPU-nun bakalavriat səviyyəsini normativ təhsil müddətində başa vuran 2278 nəfərdən 1163 nəfəri məzun əmək bazarına daxil olub ki, onların 901 nəfər MİQ imtahanlarında iştirak edib və 805 nəfər, yəni 89 faizi keçid balını toplayaraq seçim etmək hüququ qazanıb.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #MİQ
ADPU-nun cari il məzunlarının 49 %-dən çoxu magistraturaya qəbul olunub

2026-cı ildə ADPU-nun bakalavriat səviyyəsini normativ təhsil müddətində 2278 nəfər başa vurub. Onlardan 1040 nəfəri Azərbaycanda, 78 nəfəri xaricdə magistraturaya qəbul olunub. Beləliklə, ötən tədris ilində ADPU-dan məzun olan tələbələrin 1118 nəfəri və ya 49 faizdən çoxu təhsillərini magistratura səviyyəsində davam etdirəcək.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #məzun
18 Sentyabr - Milli Musiqi Günüdür

Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Maraqlı fakt 1 - ADPU-nun əsas binası Üzeyir Hacıbəyov küçəsində yerləşir.
Maraqlı fakt 2 - ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsində semestr birincisinə "Üzeyir Hacıbəyli adına adlı təqaüd" verilir.

#adpu #eduaz #musiqigünü #uzeyirhacibeyov #eatda #PedaqojiUniversitet
❤1
ADPU-ya 500-dən yüksək balla qəbul olunanların 81 faizi dövlət sifarişi ilə təhsil alacaq

2026/2027-ci tədris ilində ADPU-ya qəbul olunan tələbələrin 288 nəfəri 500-dən yüksək bal toplayıb ki, onların da 232 nəfəri dövlət sifarişi əsasında qəbul olunub. Bu da 500 baldan yüksək nəticə ilə qəbul olunanların 81 faizə qədərinin dövlət sifarişi ilə təhsil alacağı deməkdir.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #qəbul
❤1
ADPU-da “Language Lab” danışıq klubu fəaliyyətə başlayıb

2026–2027-ci tədris ilində “Fulbright English Teaching Assistant (ETA)” proqramı çərçivəsində Sarah Eltayeb Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərmək üçün dəvət olunub.

Sarah Eltayeb universitetdə fəaliyyət göstərəcək “Language Lab” danışıq klubunda tələbələrə ingilis dilində ünsiyyət və danışıq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində dəstək göstərəcək.

ADPU-nun bütün ixtisasları üzrə təhsil alan tələbələr “Language Lab” danışıq klubuna qoşula bilərlər. Danışıq klubu görüşləri hər həftənin I və V günləri, saat 13:00–14:00 aralığında Filologiya fakültəsində keçiriləcək.

İştirak üçün müraciət etmək istəyən tələbələr ADPU-nun əsas tədris binasında yerləşən Xarici dillərin tədrisi kafedrasına (232-ci otaq) yaxınlaşa bilərlər.

Qeyd edək ki, Sarah Eltayeb məktəbəqədər hazırlıq qruplarında aparıcı müəllim və təhsil proqramları üzrə koordinator kimi fəaliyyət göstərib, müxtəlif tələbə qrupları ilə iş təcrübəsinə malikdir. O, Amerika Birləşmiş Ştatlarında yerləşən Meri Vaşinqton Universitetinin məzunudur və Yaxın Şərq araşdırmaları üzrə ixtisaslaşıb. Sarah Eltayeb həmçinin Vaşinqton şəhərində fəaliyyət göstərən Sultan Qabus Mədəniyyət Mərkəzində çalışıb və burada genişmiqyaslı mədəni mübadilə tədbirlərinin təşkilinə və həyata keçirilməsinə töhfə verib. İngilis və ərəb dillərində sərbəst danışan Sarah Eltayeb erkən yaş dövründə uşaqların təhsili, əməkdaşların təlimi və mentorluğu, eləcə də ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi sahələrində təcrübəyə malikdir.

“Language Lab” – ingilis dilində danışıq bacarıqlarını inkişaf etdirmək, yeni insanlarla ünsiyyət qurmaq və dil mühitində praktika qazanmaq üçün yeni imkan!
👍3
20 Sentyabr-Dövlət Suverenliyi Günüdür!

Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi sonluğu olan və şanlı tariximizə qızıl hərflərlə yazılan bu gün nəticəsində üçrəngli Azərbaycan bayrağı bütün respublika ərazisində qürurla dalğalanır.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #20Sentyabr #DövlətSuverenliyiGünü
ADPU tələbələrinin 68 faizi ödənişsiz təhsil alacaq

Tələbələrə sosial dəstək dövlətimizin prioritetlərindəndir. ADPU-ya qəbul olunan tələbələrdən 141 nəfəri güzəştli şərtlərlə qəbul olunub. Bu da ümumi qəbul sayının 5,79 faizini təşkil edir. Digər yandan ümumi qəbul olunanların 62,10 faizi dövlət sifarişi əsasında təhsil alacaq.
Yəni cari ildə də ADPU-ya qəbul olunan tələbələrin 68 faizə qədəri dövlət hesabına təhsil alacaq.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #tələbə #qəbul
❤2🔥1
ADPU-nun yeni proqramları yüksək cəlbediciliyə malikdir

ADPU-da cari tədris ilində ilk dəfə qəbul aparılan yeni proqramlar əmək bazarının tələbinə uyğun seçilib və ilk qəbuldan özünü doğruldub. Əsas kampusda açılan riyaziyyat və fizika müəllimliyi proqramının 15 plan yerinin hamısı dolub, ən yüksək qəbul balı 637,1 olub. Magistratura səviyyəsində ilk dəfə təklif edilən “Azərbaycan dilinin xarici dil kimi tədrisi”, “Fəlsəfə tarixi” və “Əhalinin müxtəlif qrupları ilə sosial iş” proqramları üzrə də ayrılmış bütün yerlər tutulub.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #tələbə #qəbul2026
❤2
ADPU-da bu həftə tədris distant təşkil olunacaq

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb.

Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetində (bütün tədris binaları üzrə) tədris distant (məsafədən) formada təşkil olunacaq.

Bu həftə ərzində müəllim və tələbələrimiz tədrisə distant formada davam edəcəklər.
ADPU-nun tədqiqat universiteti hədəfi – ölkədə ilk 5-lik, 5 faizlik büdcə gəliri

Universitetdə elmi fəaliyyətin həm kəmiyyət, həm də keyfiyyət göstəricilərində ciddi irəliləyiş var. 2024-cü ildə ADPU-nun 197 müəllifi “Scopus” bazasında indekslənən nəşrlərdə 408 elmi məqalə dərc etdirib. 2026-cı ilin ilk yarısında isə Q1 və Q2 kateqoriyalı nüfuzlu jurnallarda təxminən 20 məqalə çap olunub.
Növbəti mərhələnin məqsədi isə elmi nəticələri institusional nüfuza və dayanıqlı tədqiqat imkanlarına çevirməkdir. ADPU beynəlxalq elmi bazalardakı göstəricilərinə görə ölkənin ilk beş universiteti sırasında yer almağı, ən azı bir elmi jurnalını müvafiq beynəlxalq indeksə daxil etməyi, qrant və sifarişli tədqiqatlardan əldə olunan gəliri büdcənin 5 faizinə çatdırmağı hədəfləyir.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #PedaqojiUniversitet
❤3👍2
Pedaqoji Universitet qeyri-pedaqoji ixtisasların payını 30 faizə çatdıracaq

İxtisas portfelinin şaxələndirilməsi universitetin pedaqoji missiyasını zəiflətmir, onun təsir dairəsini genişləndirir. Hazırda ADPU şəbəkəsinin bakalavriat üzrə 3605 plan yerinin 530-u, yaxud 14,7 faizi qeyri-pedaqoji, 3 075-i, yaxud 85,3 faizi pedaqoji proqramlara aiddir. 2030-cu ilədək yaxınprofilli qeyri-pedaqoji proqramlar üzrə qəbulun payının 30 faizə çatdırılması nəzərdə tutulur.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #tələbə