ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
📢 PEDAQOJİ UNİVERSİTETƏ QƏBUL OLUNAN TƏLƏBƏLƏRİN ONLAYN QEYDİYYATI ⬇️

🖥️ ADPU-nun bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatı yalnız elektron qaydada aparılır.

🔰28 avqust tarixində ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Abituriyentlər https://portal.edu.az/ platformasında şəxsi hesab açaraq, “Xidmətlər” bölməsində “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə qeydiyyat üçün müraciət etməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

⏰Elektron sistem üzrə qeydiyyat 08 sentyabr 2025-ci il saat 18:00-da başa çatacaq. Bu vaxt ərzində qeydiyyatdan keçməyən abituriyentlər ali təhsil müəssisəsinə qəbul olunmaqdan imtina etmiş hesab olunur.
🔴Qeydiyyat zamanı tələb olunan sənədlərlə posterlərdə ➡️ tanış ola bilərsiniz.

Tələb olunan sənədləri yükləyib ilkin müraciət edildikdən sonra 2 iş günü ərzində universitet tərəfindən müraciətə baxılır və hansısa düzəliş yoxdursa, ödəniş statusu təyin olunur. Ödənişi birbaşa https://portal.edu.az/ üzərindən şəxsi səhifənizdə 💳bank kartları vasitəsilə, 📱"Birbank" tətbiqi, 🏧"Emanat" və "Eksprespay" ödəniş aparatları ilə FİN kod vasitəsilə (bu hallarda ödəniş portalda avtomatik qaydada əks olunacaq).
🏦 Banklarda isə invoys kodla (invoys kod ödəniş hissəsində sizə veriləcək) ödəyə bilərsiniz (bu halda ödəniş qəbzini sistemə yükləməlisiniz).

‼️ Təhsil haqqının minimum 50%-i qeydiyyat zamanı ödənilməlidir. Digər hissəsi isə dekabrın sonunadək ödənilməlidir.

🔴Təhsil Tələbə Krediti Fonduna (TTKF) müraciət edəcək tələbələr elektron qeydiyyat zamanı müvafiq bəndi işarələməlidirlər.

❗ Ödənişli əsaslarla qəbul olunub təhsil haqqından azad olunan, yaxud təhsil haqqına güzəşt hüququ olan tələbələr elektron qeydiyyat zamanı müvafiq bəndi seçərək aid olduqları kateqoriyanı seçməli və tələb olunan sənədlərin elektron variantını sistemə yükləməlidirlər.

📃Dərslər başladıqda isə tələbələr bəzi zəruri sənədləri əyani qaydada universitetə təqdim etməlidirlər (posterlərdə əks olunur).

Əlaqə:
📍 Bakı ş., Üzeyir Hacıbəyli 68
📞+994124987801
📧 office@adpu.edu.az
tedris.informasiya@adpu.edu.az
❤6
Pedaqoji Universitetdə 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub


2025/2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun filiallarında 13 ixtisasda dövlət sifarişi üzrə keçid balı 500-dən yüksək olub.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında dövlət sifarişli yerlər üzrə formalaşmış minimal keçid balı həm ADPU-da, həm də bütün filiallarda 500-dən yuxarı olub.
❤3
Pedaqoji ixtisasların plan yerlərinin 36 faizi ADPU-nun payına düşür

Ölkə üzrə pedaqoji ixtisaslara ayırılan plan yerlərinin 36 faizi Azərbaycan Dövlət Pedaqoji Universiteti və filiallarının payına düşür.

#adpu #edu #ElmvəTəhsilNazirliyi #eduaz #ixtisas #plan #PedaqojiUniversitet #pedaqoji #müəllim
❤2
👏2
Yüksək balla ADPU-nu seçən tələbələrin sayı artır
2025/2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticəllərinə əsasən Pedaqoji Universitetə 82,31 %-i (2219 nəfər) 300-dən, 54,49 %-i (1469 nəfər) 400-dən, 14,05 %-i (380 nəfər) 500-dən yuxarı bal toplayanlardır. Qəbul olunanlar arasından 5 nəfəri 600 baldan yuxarı nəticə göstərib. 5 nəfər isə beynəlxalq uğurlarına görə müsabiqədənkənar qaydada ADPU-ya qəbul olunub.
👍4❤2👏1
💔12❤7
Təəssüf hissi ilə bildiririk ki, İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi Nəzərova Səmayyə Xeyrulla qızı dünyasını dəyişib.
Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
💔28😢16❤1
Onlar 600-dən yüksək balla ADPU-nu seçdilər

Son dövrlərdə təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlar və müəllimlik peşəsinin artan nüfuzu abituriyentlərin seçimlərinə də təsir göstərir. Belə ki, qəbul imtahanlarında yüksək bal əldə edən gənclər arasında müəllimlik ixtisasına maraq durmadan artır.
Müəllim hazırlığı üzrə ixtisaslaşmış əsas ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dərs prosesinin məzmununun zənginləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, tələbələrin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarla yetişdirilməsi istiqamətində görülən məqsədli işlər nəticəsində gələcək pedaqoqlar seçim zamanı ənənəvi müəllimlik məktəbi sayılan bu universitetə üz tuturlar. Artıq bir neçə ildir ki, qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin ixtisas seçərkən ADPU-ya üstünlük verməsi adi hala çevrilib.
2025/2026-cı tədris ili üçün bakalavriat pilləsinə qəbul göstəricilərinə əsasən, 600-dən yuxarı bal toplamış 5 nəfər abituriyent ADPU-da təhsil almağı seçib. Onlardan 4 nəfəri universitetin fakültələrində, 1 nəfəri isə Şəki filialında ali təhsil alacaq.

Gəlin həmin tələbələrlə tanış olaq:

Nuray Cavid qızı Mehtizadə Bakı şəhəri S. Abbasov adına 117 nömrəli tam orta məktəbin məzunudur. Orta məktəbi fərqlənmə attestatı ilə başa vurub. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 619 bal toplayaraq ADPU-nun Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasına qəbul olunub.
Aysun Elman qızı Əhmədli Bakı şəhəri F. Bayramov adına 22 nömrəli tam orta məktəbin məzunudur. Orta təhsilini fərqlənmə attestatı ilə başa vurub və qəbul imtahanlarında 607.7 bal toplayaraq ADPU-nun Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasını seçib.
Mehti Ramil oğlu Şahbazov Masallı rayonu M.Qarayev adına Sığınacaq kənd tam orta məktəbinin məzunudur. Qəbul imtahanlarında 604.4 bal toplayan Mehtinin seçimi ADPU-nun Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası olub.
Aytən Fariz qızı Əsədzadə İmişli rayonu A. Eminov adına 7 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Qəbul imtahanlarında 601.5 bal toplayan Aytən təhsilini ADPU-nun Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi ixtisasında davam etdirəcək.
Aytac Sahib qızı Abdullayeva Şəki şəhər 18 saylı tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında 623.4 bal toplayan Aytac elə Şəki filialında, Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasında təhsil alacaq.
❤3
👍8❤5👏2
👍6❤5🥰1👏1
Üst və alt həftələr

Əziz tələbələr,
Bildiyiniz kimi, ADPU-da dərs cədvəlləri üst/alt həftə prinsipi ilə təşkil olunur. Bəzi fənnlər üst həftədə, digərləri isə alt həftədə tədris oluna bilər. Belə fənnlər dərs cədvəlində yarımxanalarda göstərilir. Yuxarı yarımxanada olan fənnlər üst həftədə, aşağıda olanlar isə alt həftədə tədris olunur.
Bir qayda olaraq semestrin ilk həftəsi üst həftə hesab olunur.

2025/2026-cı tədris ilinin payız semestri üçün üst/alt həftə bölgüsü ilə paylaşımdan tanış ola bilərsiniz.

#adpu #PedaqojiUniversitet #tədris #dərs #semestr #althəftə #üsthəftə
❤11