ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
❤1
Birləşmiş Krallıqda “Wellcome Career Development Awards” proqramı üzrə müraciətlər açıq elan edilir

“Wellcome Career Development Awards” beynəlxalq elmi mühitdə müstəqil tədqiqat istiqamətinə malik, karyerasının başlanğıc və inkişaf mərhələsində olan alimlər üçün geniş imkanlar təqdim edir. Proqramın məqsədi müxtəlif sahələr üzrə yüksək potensiala malik tədqiqatçıların elmi fəaliyyətini dəstəkləmək və onların qlobal elmi əməkdaşlıqlara inteqrasiyasına şərait yaratmaqdır.

Proqram molekulyar mexanizmlər, patogen biologiyası, hüceyrə biologiyası, immunologiya, ictimai səhiyyə, neyroelm, genetika, sosial və humanitar elmlər, data elmləri və digər əlaqəli sahələr üzrə müraciətləri qəbul edir.

Uğurlu namizədlər tədqiqat proqramının məzmunu və həcminə uyğun olaraq illik təxminən £250,000 (təqr. 560,000 AZN) məbləğində maliyyə dəstəyi əldə edə bilərlər.

Müraciət üçün son tarix: 26 mart 2026, saat 19:00.

Ətraflı məlumat üçün:
https://wellcome.org/research-funding/schemes/wellcome-career-development-awards#scheme-at-a-glance

#EATDA #WellcomeCareerDevelopmentAwards
❤1
“Akademik tədqiqatların süni intellektlə transformasiyası” vebinarı

Dekabrın 3-də “Akademik tədqiqatların süni intellektlə transformasiyası” mövzusunda vebinar keçiriləcək. Vebinarda akademik araşdırma və elmi məqalə hazırlığı proseslərinin süni intellekt əsaslı alətlər vasitəsilə yenidən formalaşdırılması müzakirə olunacaq.

Sessiya çərçivəsində məzmunun inkişafı, akademik üslubun təkmilləşdirilməsi, istinadların idarə edilməsi, orijinallıq analizi və süni intellektdən etik istifadə kimi tədqiqat fəaliyyətinin kritik mərhələlərində tətbiq olunan yeni nəsil həllərin tədqiqatçılara təqdim etdiyi üstünlüklər araşdırılacaq.

Bununla yanaşı, süni intellekt yazı asistentlərinin tədqiqatçıların məhsuldarlığının artırılmasında, keyfiyyət standartlarının qorunmasında və etik öhdəliklərin təmin olunmasında rolu təqdim ediləcək.

Təlimçilər:
Sadi Özgür – “Aicoor Bilgi Teknolojileri”, təsisçi və rəhbər
Gültəkin Gürdal – İzmir Texnologiya İnstitutu, kitabxana direktoru

Moderator:
Aysel Qəribli – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi

Tarix:
3 dekabr 2025-ci il, saat 15:00

Qeydiyyat linki:
https://events.teams.microsoft.com/event/4d7dae5e-94ad-4c33-8bc7-3c02e15da65a@553a0232-9d9c-42d8-9a4a-671a0c11b5a0

#EATDA #Vebinar
❤2
Tütorluq təlimləri başlayır

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyyət göstərən Təlim-Tədris Mərkəzi tütorlar ücün təlim təşkil edir.

Ödənişli olan təlimin son qeydiyyatı 02.12.2025-cü il tarixinədəkdir.
Göstərilən tarix bitdikdən sonra qeydiyyatdan keçənlər üçün təlimin başlanma tarixi elan ediləcək.

Qeydiyyat : https://forms.gle/Ft1Xbk4bXU8iz2rV7
Beynəlxalq Bakalavriat (İB) proqramına qeydiyyat başlandı

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–Tədris Mərkəzi və Avropa Azərbaycan Məktəbi (AAM) arasında Avropa Azərbaycan Məktəbi Beynəlxalq Bakalavriat (İB) proqramı əsasında ingilis dilində keçirilən təlimə qəbul elan edir.

Təlimin əsas məqsədi:
Əməkdaşlıq çərçivəsində ADPU-nun 4-cü kurs tələbələrinə və magistrantlara İB proqramı və kurrikulumu, öyrənmə strategiyası, qabiliyyət əsaslı yanaşma, fərqləndirmə, şagirdlərin dərsə cəlb olunması və qiymətləndirilməsi kimi mövzularda AAM-nin direktoru Françesko Bankini tərəfindən təlim keçirmək təklif edirik. Bu təlimlər vasitəsilə tələbələr İB proqramı və kurrikulumu, beynəlxalq məktəblərdə təlim-tədris prosesinin təşkil olunması mövzuları üzrə bilik və bacarıqlara yiyələnəcək, İB kurrikulumu barədə məlumatlı olacaq və beynəlxaq özəl təhsil müəssəsində işlə təmin olunmaq üçün real namizəd olmaq şansı əldə edəcəklər.

Təlimdə tələb olunan əsas şərtlər:
1. ADPU-nun ixtisasdan asılı olmayaraq bütün 4-cü kurs tələbələri və magistrantları iştirak edə bilər.
2. Mütləq şəkildə ingilis dilindən bilik səviyyəsi minimum B2 olmalıdır.

Təlim ödənişsizdir.

Qeydiyyat:
https://forms.gle/L5Hxc7EcGaEf432C6