ADPU
4.39K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
İmtahanlarınız necə keçir?

🎤 ADPU TV bunu tələbələrimizin özündən soruşdu!

🎞️ İmtahan təəssüratları ilə bağlı videoreportajımız artıq yayımdadır.

📺İzləməyi və öz fikrinizi ⌨️ şərh bölməsində bölüşməyi unutmayın!

https://youtu.be/8G8XErnoxgs?si=yjxjKGWVpZViNf-_
❤1
ADPU Avropa üzrə QS Dünya Universitetləri Reytinqində yer alıb


Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilk dəfə olaraq “QS Dünya Universitetləri Reytinqi Avropa 2026” reytinqində yer alıb. Universitet sözügedən reytinqdə 601-650-ci yerlər intervalında qərarlaşıb. QS Avropa Reytinqi universitetlərin akademik reputasiyası, elmi-tədqiqat fəaliyyəti, tədris resursları, beynəlxalq göstəriciləri, tələbə və müəllim mobilliyi, eləcə də sosial və ekoloji təsirləri üzrə məlumatlara əsaslanır. Reytinq nəticələri Avropa üzrə ali təhsil müəssisələrinin mövcud göstəricilərinin müqayisəli təqdimatı xarakteri daşıyır.

Qeyd edilən qiymətləndirmələrdə Avropanın 42 ölkəsindən ümumilikdə 958 ali təhsil müəssisəsi qiymətləndirməyə cəlb olunub. Reytinq Avropa üzrə universitetləri müqayisəli şəkildə təhlil edən regional beynəlxalq reytinq mexanizmidir. QS metodologiyasına əsasən reytinq universitetləri 12 göstərici üzrə qiymətləndirir. Bu meyarlara akademik reputasiya, işəgötürənlər arasında reputasiya, məzunların məşğulluq nəticələri, fakültə-tələbə nisbəti, fakültə üzrə elmi məqalələr, hər məqaləyə düşən istinadlar, beynəlxalq tədqiqat şəbəkəsi, beynəlxalq müəllim nisbəti, beynəlxalq tələbə müxtəlifliyi, daxil olan və xaricə gedən mübadilə tələbələri, eləcə də davamlılıq göstəricisi daxildir. Qiymətləndirmədə Azərbaycandan ADPU da daxil olmaqla 15 ali təhsil müəssisəsi iştirak edib.

Pedaqoji Universitet Azərbaycan universitetləri arasında fakültə üzrə elmi məqalələrin sayına görə 1-ci yer, hər məqaləyə düşən istinadlar üzrə 2-ci yer, beynəlxalq tədqiqat şəbəkəsi üzrə 2-ci yer, fakültə-tələbə nisbəti üzrə 2-ci yer, məzunların məşğulluq nəticələri üzrə 4-cü yerdə qərarlaşıb. Daxil olan mübadilə tələbələri göstəricisi üzrə ADPU 1-ci yerdə, xaricə gedən mübadilə tələbələri göstəricisi üzrə isə 12-ci yerdə qərarlaşıb. Universitet akademik reputasiya göstəricisi üzrə 9-cu yer, işəgötürənlər arasında reputasiya üzrə 6-cı yer, beynəlxalq müəllim nisbəti üzrə 9-cu yer, beynəlxalq tələbə müxtəlifliyi üzrə 6-cı yer, davamlılıq göstəricisi üzrə isə 6-cı yer tutub.

Bunlarla yanaşı reytinqdə Pedaqoji Universitet Avopra üzrə fakültə-tələbə nisbətinə görə 57-ci, akademik nüfuz və işəgötürən nüfuzu üzrə 301+, məşğulluq nəticələrinə görə isə 380-ci yerdə qərarlaşıb.

#adpu #edu #ElmvəTəhsilNazirliyi #eduaz #QS #QSEurope
❤7👍1
"Təşkilatların nəşr göstəricilərinin təhlili" təlimi

Scopus platforması üzrə "Təşkilatların nəşr göstəricilərinin təhlili" mövzusunda onlayn təlim təşkil olunacaq. Təlimdə Scopus-da yer alan “Təşkilat Profilləri”nin idarə edilməsi və təşkilatların elmi nəşr fəaliyyətinin təhlili imkanları ətraflı formada təqdim ediləcək. İştirakçılara Scopus vasitəsilə təşkilatın elmi fəaliyyətinin qiymətləndirilməsi üzrə əsas göstəricilərin yoxlanılması üsulları izah olunacaq.

Təlimdə təhlil olunacaq mövzular aşağıdakılardır.

• Nəşr və istinad trendləri;
• Open Access (açıq əlyetərli) nəşrlərin göstəriciləri;
• Dayanıqlı İnkişaf Məqsədləri (SDG) ilə uyğunluq;
• Müəllif profillərinin idarəolunması;
• Kollaborativ məqalə nəşri üzrə əməkdaşlıq;
• Ən çox nəşr olunan jurnallar;
• Təşkilat adlarının yenilənməsi və fərqli ad variantlarının birləşdirilməsi.

Təlimçi: Saide Sak – Müştəri Uğuru üzrə Menecer, Elsevier
Tarix: 29 yanvar 2026-cı il saat 14:00
Dil: Türk dili
Təlimdə iştirak üçün qeydiyyat linki:
https://elsevier.zoom.us/webinar/register/WN_jAh0j5m0T7KqmM2K-0ruGw

#EATDA #Scopus #Təlim
❤2
Hər 2 müəllimimizdən 1-i ADPU-nun öz yetirməsidir


Belə ki, Pedaqoji Universitetdə çalışan professor-müəllim heyətinin 49.2 %-i ADPU-nun öz məzunlarıdır.
Ümumilikdə universitetdə 775 nəfər professor-müəllim heyəti fəaliyyət göstərir. Bununla yanaşı 104 nəfər isə universitetdə inzibati vəzifə daşımaqla yanaşı həm də pedaqoji fəaliyyətlə məşğul olur.


#adpu #PedaqojiUniversitet #edugovaz #eatda
❤8
ADPU-nun TGT sədri “İlin TGT sədri” seçilib

Ətraflı: https://shorturl.at/JecTe

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi
❤7