ADPU
4.39K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
❤1👍1
Əziz tələbələr!
Yanvar ayının təqaüdləri hesablara yükləndi. Gün ərzində kartınıza mədaxil olacaq.
Xeyirlə xərcləyin!
❤54👏3🔥2👍1
“Tədrisdə Süni İntellektdən səmərəli istifadə” mövzusunda təlim keçiriləcək

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi “Tədrisdə Süni İntellektdən səmərəli istifadə” mövzusunda təlim təşkil edir.
Müasir təhsilin əsas prioritetlərindən biri müəllimlərin rəqəmsal bacarıqlarının və innovativ düşünmə qabiliyyətlərinin inkişaf etdirilməsidir. Bu məqsədlə ADPU-nun müəllim heyəti üçün Süni İntellekt üzrə təlim proqramına start verilir.
Təlim proqramı ali təhsil müəssisələrində çalışan müəllimlərin dərs planlaşdırılması, qiymətləndirmə, elmi-tədqiqat fəaliyyəti və tələbə mərkəzli tədris proseslərində süni intellektdən etik, məqsədyönlü və praktik istifadə bacarıqlarını formalaşdırmağı hədəfləyir. Proqram layihə menecmenti yanaşması əsasında hazırlanmış, hər gün üçün aydın məqsədlər, ölçülə bilən nəticələr və real tətbiqlərlə zənginləşdirilmişdir. Təlim zamanı yalnız pulsuz və əlçatan süni intellekt və rəqəmsal alətlərdən istifadə olunacaq ki, bu da əldə olunan biliklərin təlimdən sonra da davamlı tətbiqini təmin edəcək.

Təlim çərçivəsində iştirakçılar:
• Süni intellektin təhsildə rolu və imkanları ilə tanış olacaq
• Sİ alətləri ilə dərs planları, tapşırıqlar və qiymətləndirmə meyarları hazırlayacaq
• Elmi məqalə və tədqiqat prosesində Sİ-dən düzgün istifadə bacarığı qazanacaq
• Tələbə aktivliyini artıran interaktiv tədris modelləri ilə işləyəcək
• Şəxsi “AI müəllim köməkçisi” iş modelini formalaşdıracaqlar

Təlim proqramı təhsildə innovasiya, akademik dürüstlük və müəllim peşəkarlığının gücləndirilməsi prinsiplərinə əsaslanır və iştirakçılara yalnız alətləri deyil, düşünmə tərzini dəyişməyi hədəfləyir.

Təlim müddəti: 6 gün (3 gün onlayn, 3 gün əyani)
Təlimçi:Aygün Cəfərova – Təhsildə İnnovativ Texnologiyalar (İTE) Əlavə Təhsil Mərkəzinin təlimçisi

Qeydiyyat: https://docs.google.com/forms/d/1tIwtL7NGepNkmzfKFy5tQ-58PG3dKphOuHPnWEg2D1c/edit

Əlavə məlumat: tlc@adpu.edu.az
❤1
“XXI əsr təhsilinin çağırışları - Keyfiyyətli müəllim hazırlığı”

Rektor prof. Cəfər CƏFƏROVUN məqaləsi



"ADPU təkcə müəllim hazırlamır, həm də cəmiyyətin gələcəyini formalaşdıran insanları yetişdirir"

- "Azərbaycan müəllimi", 31 yanvar 2026-ci il, № 04 (9159), səh. 7

Ətraflı: https://adpu.edu.az/index.php/az/x%C9%99b%C9%99rl%C9%99r/2854-xxi-%C9%99sr-t%C9%99hsili

#adpu #PedaqojiUniversitet#edugovaz #eduaz #eatda #təhsil #məqalə #keyfiyyət
❤2
ADPU-nun tələbə təşkilatlarının rəhbərləri XI Azərbaycan Gənclər Forumunda iştirak ediblər

Ətraflı: https://shorturl.at/hXS6C

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #GənclərForumu