ADPU
4.39K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
ADPU-nun tələbə təşkilatlarının rəhbərləri XI Azərbaycan Gənclər Forumunda iştirak ediblər

Ətraflı: https://shorturl.at/hXS6C

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #GənclərForumu
11 Fevral - Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günüdür.

Elmi uğurları ilə inkişafı sürətləndirən qadın və qızların intellekti və əzmkarlığı sabahın daha güclü təməllər üzərində qurulmasına xidmət edir.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #11Fevral #QadınlarvəQızlarElmdə
❤7
“Təhsildə menecment və yeni təlim texnologiyaları” magistrantların IX Respublika elmi konfransına tezislərin qəbuluna başlanılır

07-08 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” magistrantların IX Respublika elmi konfransı keçiriləcək. Konfransın elmi bölmələri aşağıdakılardır:

• Təhsildə strateji idarəetmə

• İnnovasiyalar və təhsilin keyfiyyəti

• Tədrisin müasir problemləri

• Təhsildə sosial-psixoloji xidmət

Tezislərin mətni konfransın müvafiq bölməsinin mövzusuna uyğun olmalıdır.

Ətraflı məlumat: https://shorturl.at/Q0Gzx

Son müraciət tarixi: 16 mart 2026-cı il

Ünvan: Azərbaycan, Bakı AZ-1110, akad. Həsən Əliyev küçəsi 104

Azərbaycan Dövlət Pedaqoji Universiteti, 2 saylı tədris binası, Magistratura və doktorantura şöbəsi, 3-cü mərtəbə, otaq 306

Əlaqə : (+99412) 493-05-85, (+99412) 465-81-53

İmeyl: magistratura.doktorantura@adpu.edu.az

Web: http://www.adpu.edu.az

Təşkilat Komitəsi
❤1
❤1
"ADPU təkcə müəllim hazırlamır, həm də cəmiyyətin gələcəyini formalaşdıran insanları yetişdirir" - II yazı

Rektor prof. Cəfər CƏFƏROV "Azərbaycan müəllimi"ndə “XXI əsr təhsilinin çağırışları - Keyfiyyətli müəllim hazırlığı”ndan yazır - II yazı

№ 05 (9160), 07 fevral 2026-ci il, səh. 5

Ətraflı: https://shorturl.at/ga43k

#adpu #edugovaz #eduaz #eatda #təhsil #məqalə #keyfiyyət
❤4
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom magistr proqrmına qəbul elan edir

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universiteti (CVU) arasında həyata keçirilən magistratura səviyyəsi üzrə ikili diplom proqramına 2026-2027-ci tədris ili üçün qəbul elan olunur.

Proqrama təhsil ixtisasları, humanitar və sosial ixtisaslar, iqtisadiyyat və idarəetmə ixtisasları və təbiət ixtisasları üzrə bakalavr təhsili almış şəxslər müraciət edə bilərlər.

Namizədlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən magistratura səviyyəsinə qəbul imtahanlarında minimal keçid balını toplamaq və beynəlxalq ingilis dili sertifikatı (IELTS minimum 7.0, TOEFL minimum 100 və ya Duolingo minimum 120) təqdim etmək tələb olunur.

İki illik proqramının məzunlarına Corc Vaşinqton Universiteti tərəfindən “Təhsil və insan inkişafı”, ADPU tərəfindən isə “Təhsil menecmenti” ixtisasları üzrə diplom təqdim ediləcək.

Proqrama sənəd qəbulunun son tarixi 30 mart 2026-cı ildir.

Sənədlərini təqdim etmiş namizədlər arasından akademik göstəricilərə əsasən ilk 75 nəfər növbəti mərhələyə buraxılacaq.

Qəbul şərtləri və tələblər və müraciət qaydası barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz:
https://adpu.edu.az/index.php/az/x%C9%99b%C9%99rl%C9%99r/2864-adpu-cvu

#adpu #PedaqojiUniversitet #edu #ElmvəTəhsilNazirliyi #eduaz #eatda #ikilidiplom #corcvaşinqtonuniversiteti #magistratura #təhsilmenecmenti #təhsilvəinsankapitalı
❤1
14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günüdür.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #KitabBağışlamaGünü
❤6
❤8🥰2
2025-2026-cı tədris ilinin yaz semestri üzrə üst və alt həftələr

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda
❤8👏1
2025-2026-cı tədris ilinin yaz semestrində tələbələrimizə uğurlar arzulayırıq!

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #student #eatda
❤17🥰1
“Moodle LMS” təliminə qəbul elan edilir

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–tədris mərkəzi “Moodle LMS” təliminə qəbul elan edir.

Təlimdə elektron tədris resurslarından istifadə qaydalarının tətbiq olunma mexanizmi,
tələbə və müəllimlərin bu resurslardan istifadə etməklə təhsil fəaliyyətini asanlaşdırması haqqında geniş məlumat veriləcək.

Təlimçi: ADPU-nun İKT mərkəzinin baş mütəxəssisi Elnarə Allahverdiyeva

Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.

Qeydiyyat:
https://docs.google.com/forms/d/1zxRnIYseForNSN3dEbt8bgTt6yV3yvtO25UAiSkJS_U/edit