ADPU
4.39K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
“Psixologiya fikrinin formalaşmasında gənclərin rolu” adlı infosessiya keçiriləcək
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində Təlim-Tədris Mərkəzi tərəfindən 25 Fevral 14:00-da ADPU əsas tədris binasının kiçik zalında “Psixologiya fikrinin formalaşmasında gənclərin rolu” adlı infosessiya keçiriləcək.
Təlimçi: Ramidə Oktayqızı – Psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının idarə heyətinin üzvü və Azərbaycan Skautlar Assosiasiyasının ETİKA Komitəsinin sədri.
Təlimdə gənclərin psixoloji düşüncə tərzinin inkişafı, cəmiyyətin formalaşmasında onların rolu, sağlam psixoloji yanaşmanın əhəmiyyəti və müasir dövrdə psixoloji biliklərin tətbiqi kimi vacib mövzular geniş şəkildə müzakirə olunacaq. Tədbir iştirakçılara həm nəzəri biliklər qazandırmaq, həm də gündəlik həyatda psixoloji yanaşmaları düzgün tətbiq etmək bacarığını inkişaf etdirmək imkanı yaradacaq.
Təlim çərçivəsində:
✔️ Gənclərin psixoloji inkişaf mərhələləri
✔️ Sağlam düşüncə və davranış modelləri
✔️ Cəmiyyətdə psixoloji maarifləndirmənin rolu
✔️ Suallar və interaktiv müzakirələr
Psixologiya sahəsinə maraq göstərən hər kəsi, xüsusilə gəncləri və şəxsi inkişafına önəm verənləri bu dəyərli görüşə qatılmağa dəvət edirik.