ADPU
4.39K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
“Psixologiya fikrinin formalaşmasında gənclərin rolu” adlı infosessiya keçiriləcək
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində Təlim-Tədris Mərkəzi tərəfindən 25 Fevral 14:00-da ADPU əsas tədris binasının kiçik zalında “Psixologiya fikrinin formalaşmasında gənclərin rolu” adlı infosessiya keçiriləcək.
Təlimçi: Ramidə Oktayqızı – Psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının idarə heyətinin üzvü və Azərbaycan Skautlar Assosiasiyasının ETİKA Komitəsinin sədri.
Təlimdə gənclərin psixoloji düşüncə tərzinin inkişafı, cəmiyyətin formalaşmasında onların rolu, sağlam psixoloji yanaşmanın əhəmiyyəti və müasir dövrdə psixoloji biliklərin tətbiqi kimi vacib mövzular geniş şəkildə müzakirə olunacaq. Tədbir iştirakçılara həm nəzəri biliklər qazandırmaq, həm də gündəlik həyatda psixoloji yanaşmaları düzgün tətbiq etmək bacarığını inkişaf etdirmək imkanı yaradacaq.
Təlim çərçivəsində:
✔️ Gənclərin psixoloji inkişaf mərhələləri
✔️ Sağlam düşüncə və davranış modelləri
✔️ Cəmiyyətdə psixoloji maarifləndirmənin rolu
✔️ Suallar və interaktiv müzakirələr
Psixologiya sahəsinə maraq göstərən hər kəsi, xüsusilə gəncləri və şəxsi inkişafına önəm verənləri bu dəyərli görüşə qatılmağa dəvət edirik.
Real sinif mühitinə hazırsınız?
Siz son kurs tələbəsi, magistr tələbəsi və ya müəllimlik karyerasını düşünən gənc pedaqoqsunuz?
Müəllim Hazırlığı Proqramının Məlumat Sessiyasına qoşulun!
Bakıdakı ilk beynəlxalq məktəblərdən biri olan Baku-Oxford School tələbələri 12 həftəlik intensiv, ingilis dilində keçirilən müəllim hazırlığı proqramı haqqında məlumat sessiyasına dəvət edir. Bu proqram gənc pedaqoqlara akademik təhsildən inamlı sinif təcrübəsinə keçidi dəstəkləmək məqsədi daşıyır.
Sessiya Baku-Oxford School-un İbtidai Bölmə rəhbəri tərəfindən təqdim olunacaq və proqramın necə işlədiyi, iştirakçıların hansı təcrübələri qazanacağı, eləcə də real sinif praktikası və peşəkar mentorluq vasitəsilə gələcək müəllimlərin necə dəstəkləndiyi barədə aydın məlumat veriləcək.
Sessiyada öyrənəcəksiniz:
12 həftəlik proqramın məqsədi və strukturu
Proqramın kimlər üçün nəzərdə tutulduğu
İştirakçıların əldə edəcəyi təcrübələr: mentorluq, sinif müşahidəsi, nəzarətli dərs təcrübəsi və peşəkar rəy
Qəbul prosesi və müraciət edənlərin hazırlamalı olduqları sənədlər
Sertifikat məlumatları və müraciət üçün növbəti addımlar.
Görüş: 2 Mart.
Qeydiyyat : https://forms.gle/ohb85kKGECEHceDh8
👍1
Scopus bazasında nəşr üçün uyğun jurnalların seçilməsi mövzusunda təlim təşkil olunacaq

Tədqiqatçılar üçün “Scopus bazasında nəşr üçün uyğun jurnalların seçilməsi” mövzusunda onlayn təlim keçiriləcək. Təlimin məqsədi tədqiqatçıların beynəlxalq elmi nəşr imkanlarını genişləndirmək və nəşr strategiyalarını daha effektiv şəkildə qurmağa dəstək olmaqdır.

Təlim çərçivəsində iştirakçılara tədqiqat mövzusu, keyfiyyət göstəriciləri və elmi təsir meyarlarına uyğun indekslənən jurnalların müəyyənləşdirilməsi üzrə praktiki yanaşmalar təqdim olunacaq. Eyni zamanda bazanın alətlərindən səmərəli istifadə, jurnal metriklərinin düzgün qiymətləndirilməsi, “yırtıcı” (elmi dürüstlük və şəffaflıq prinsiplərinə riayət etməyən jurnallar) jurnalların tanınması və onlardan yayınma üsulları, eləcə də məqalələrin nəşrə qəbul olunma imkanlarının artırılması yolları müzakirə ediləcək.

Təlimçi: Saide Sak - müştəri məmnuniyyəti üzrə menecer, Elsevier
Tarix: 25 fevral 2026-cı il, saat 15:00
Dil: Türk dili

Qeydiyyat linki: https://elsevier.zoom.us/webinar/register/WN_EIQcXbCYTQ6SZ7qLHX0U7A

#EATDA #Elsevier #Scopus #Təlim
👍1
Baharın ilk müjdəçisi - Su çərşənbəniz mübarək!🌊

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #suçərşənbəsi #novruz
❤11🥰1👏1
❤3👍1