ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
Böyük təəssüf hissi ilə bildiririk ki, 2006-2019-cu illərdə ADPU-nun mətbuat katibi olmuş Mənsur İbrahimli dünyasını dəyişib.

Pedaqoji Universitetin rəhbərliyi və kollektivi Mənsur müəllimin yaxınlarına və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.

Allah Rəhmət Eləsin!
😢6❤2
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun doğum günüdür.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti və çoxminlik tələbə kollektivi adından rektorumuzu səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı və peşəkar müəllim kadrlarının hazırlanması yolunda apardığı vacib islahatlarda davamlı uğurlar arzu edirik.
Doğum gününüz mübarək, cənab rektor!
❤6👏1
“Uyğunlaşma və dəyişikliklərin idarə edilməsi” adlı təlimə qeydiyyat başlanır

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi “Uyğunlaşma və dəyişikliklərin idarə edilməsi” adlı təlim təşkil edir.

Təlimin məqsədi iştirakçılara dəyişikliklərin effektiv idarə olunması sahəsində zəruri bilik və bacarıqların qazandırılmasıdır. Təlim çərçivəsində dəyişiklik strategiyasının hazırlanması, dəyişiklik üçün dəstəyin formalaşdırılması mərhələlərinin müəyyən edilməsi, dəyişikliklərin idarə olunması və kommunikasiya planlarının hazırlanması mövzuları əhatə olunur.

Bununla yanaşı, iştirakçılar məlumatların toplanması, mövcud narahatlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması, alternativlərin dəyərləndirilməsi və dəyişiklik istiqamətinin uyğunlaşdırılması üçün effektiv strategiyaların tətbiqi üzrə praktiki yanaşmalarla tanış olacaqlar. Təlimdə həmçinin insanların dəyişiklikləri dəstəkləməyə təşviq edilməsi, inandırma metodları və dəyişikliklərin idarə olunmasına dair müasir texnologiyalar təqdim ediləcəkdir.

Təlim I dərəcəli dövlət qulluqçusu dosent Afaq Hüseyn tərəfindən aparılacaq. Təlim canlı formada müəllim və tələbə heyəti üçün nəzərdə tutulmuşdur. Təlimin sonunda iştirak edənlər sertifikatla təmin olunacaq.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun: https://forms.gle/xLZWbhF1ixy7b6vm7
❤1
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi “Microsoft Office proqramları təminatı” təliminə elan qəbul edir.

Müasir iş mühitində rəqəmsal bacarıqların rolu nəzərə alınaraq təşkil olunan bu təlim proqramının əsas məqsədi iştirakçıların Microsoft Office proqramları üzrə bilik və bacarıqlarının artırılmasıdır. Təlim çərçivəsində iştirakçılar Word, Excel və PowerPoint proqramlarının əsas funksiyaları ilə ətraflı şəkildə tanış olacaq, bu proqramlardan effektiv istifadə üzrə praktiki vərdişlər əldə edəcəklər.

Proqram müddətində real iş mühitinə uyğun tapşırıqlar vasitəsilə iştirakçıların biliklərinin tətbiqi təmin ediləcək, sənədlərin hazırlanması, məlumatların işlənməsi və təqdimatların qurulması sahəsində bacarıqları inkişaf etdiriləcəkdir.

Təlimin sonunda iştirakçıların rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, iş proseslərinin daha səmərəli təşkili və gündəlik fəaliyyətlərdə Office proqramlarından optimal istifadə bacarıqlarının formalaşdırılması hədəflənir.

Təlimçi: ADPU-nun İKT mərkəzinin baş mütəxəssisi Elnarə Allahverdiyeva

Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun. https://docs.google.com/forms/d/1nJwWGUXhfKOeKsQY18YCeMKpWcvWQpBn-EcVuQ3T4pw/edit

Əlavə məlumat: tlc@adpu.edu.az
❤1
“Moodle LMS” təliminə qeydiyyat başlandı

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi “Moodle LMS” təliminə elan qəbul edir.

“ Moodle LSM ” adlı təlimin əsas istiqamətləri aşağıdakılardır:

Təlimdə elektron tədris resurslarından istifadə qaydalarının tətbiq olunma mexanizmi, tələbə və müəllimlərin bu resurslardan istifadə etməklə təhsil fəaliyyətini asanlaşdırması haqqında geniş məlumat veriləcək.

Təlimçi: ADPU-nun İKT mərkəzinin baş mütəxəssisi Elnarə Allahverdiyeva

Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun: https://docs.google.com/forms/d/1lTovvgIPyqDbEOYehGPmXW3I4IV4t1Jcgqp97sbcMOA/edit