ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–Tədris Mərkəzi tərəfindən “Dərs planlaşdırılması və öyrənmə nəticələrinin ölçülməsi” mövzusunda təlim təşkil edilir.

Təlimin məqsədi :

Təlimin əsas məqsədi müəllimlərin effektiv dərs planlaşdırma və qiymətləndirmə bacarıqlarını inkişaf etdirməkdir. Təlim iştirakçıları müasir pedaqoji yanaşmalar əsasında dərs məqsədlərinin düzgün müəyyənləşdirilməsi, uyğun təlim strategiyalarının seçilməsi və öyrənmə nəticələrinin ölçülməsi yolları ilə tanış olacaqlar.Təlim çərçivəsində iştirakçılar dərs planının əsas komponentlərini (məqsəd, fəaliyyət, qiymətləndirmə), Bloom taksonomiyasına uyğun öyrənmə nəticələrinin yazılması prinsiplərini və formativ və summativ qiymətləndirmə üsullarını praktik şəkildə öyrənəcəklər. Həmçinin, müxtəlif qiymətləndirmə alətlərinin hazırlanması və tətbiqi üzrə tapşırıqlar yerinə yetiriləcəkdir.İki gün ərzində nəzəri biliklərlə yanaşı, interaktiv fəaliyyətlər, qrup işləri və real dərs nümunələri üzərində təhlillər aparılacaqdır. Təlimin sonunda iştirakçılar öz dərs planlarını hazırlaya və öyrənmə nəticələrini effektiv şəkildə ölçmək üçün uyğun qiymətləndirmə üsullarını tətbiq edə biləcəklər.

Təlim formatı:

Müddət: 2 günlük (1.5 -2 saat)

Tarix: 20-21 may 2026-cı il

Təlimçi: Sahil Nağızadə

Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.
Qeydiyyat:

https://docs.google.com/forms/d/1GbuZDF7FqqQbdpW2yzCobX25jJBrEiqYzjyyO3-JqLA/edit
Ötən semestrin ən yaxşıları - Filologiya fakültəsi
Filologiya fakültəsi üzrə 2025/2026-cı tədris ilinin payız imtahan sessiyasında ən yüksək ÜOMG-yə sahib olan 10 tələbə ilə tanış olun.

#adpu #edu #ElmvəTəhsilNazirliyi #eduaz #uomg
❤4👏3
Ötən semestrin ən yaxşıları - Riyaziyyat fakültəsi


Riyaziyyat fakültəsi üzrə 2025/2026-cı tədris ilinin payız imtahan sessiyasında ən yüksək ÜOMG-yə sahib olan tələbələrlə tanış olun.

#adpu #edu #ElmvəTəhsilNazirliyi #eduaz #uomg
❤3👏2