ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
Ötən semestrin ən yaxşıları - Məktəbəqədər təhsil fakültəsi

Məktəbəqədər təhsil fakültəsi üzrə 2025/2026-cı tədris ilinin payız imtahan sessiyasında ən yüksək ÜOMG-yə sahib olan 10 tələbə ilə tanış olun.

#adpu #edu #ElmvəTəhsilNazirliyi #eduaz #uomg
❤3
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi “Elmi Məqalələrin Hazırlanmasında Generatorların Effektiv və Etik Tətbiqi: Mənbə Axtarışı, İstinad Vermə və Akademik Yazı Bacarıqları” mövzusunda təlim təşkil edir.

Təlimin məzmunu:

Təlimdə elmi tədqiqat prosesində generatorlardan effektiv və etik istifadə üsulları təqdim olunacaq və praktik nümunələrlə iştirakçılara izah ediləcək. İştirakçılar elmi mənbələrin düzgün axtarışı və seçilməsi, etibarlı məlumatların filtrasiya edilməsi, eləcə də beynəlxalq standartlara uyğun sitatlandırma qaydaları ilə tanış olacaqlar. Bundan əlavə, akademik yazı bacarıqlarının inkişafı, məqalə strukturunun qurulması, parafraz və anti-plagiat yanaşmaları əhatəli şəkildə izah olunacaq. Təlim həm yeni başlayanlar, həm də tədqiqat təcrübəsini artırmaq istəyənlər üçün faydalıdır.

Təlimçilər:

• Ruslan Rəhimli: Fəlsəfə doktoru, dosent, AMEA Arxeologiya və Antropologiya İnstitutu Antropologiya Mərkəzinin aparıcı elmi işçisi

• Sevinc Ədilova:

• Müddət: 2 gün (onlayn)

Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun: https://docs.google.com/forms/d/1C5FH1Jzb8fL6sB2fmS_mTJw5G7pwKocKRr_aqEbcm60/edit Əlavə məlumat: tlc@adpu.edu.az

Tarix: 8-9 İyun 2026
❤1