ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
❤2
Elm və təhsil jurnalistikası və kommunikasiyası üzrə ixtisaslaşmaq istəyən tələbə və məzunları yeni peşəkar inkişaf proqramına qeydiyyatdan keçməyə dəvət edirik.

“OpenScience Media Lab” və “Science & education media"-nın birgə təşəbbüsü ilə həyata keçirilən peşəkar inkişaf proqramı iştirakçılara elm və təhsil mövzularının effektiv şəkildə ictimaiyyətə çatdırılması, bu istiqamət üzrə keyfiyyətli jurnalist materiallarının hazırlanması və sahə üzrə praktik təcrübə qazanmaq imkanı təqdim edir.

Proqram çərçivəsində iştirakçılar nəzəri və praktiki təlimlərlə bərabər, həmçinin mentor dəstəyi və “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzeti və muallim.edu.az portalında real təcrübə imkanı qazanacaqlar.

Bu sahəni gələcək karyera istiqaməti kimi görən və bu sahədə ixtisaslaşmaq istəyən jurnalistika, beynəlxalq jurnalistika, media və kommunikasiya, dövlət və ictimai münasibətlər, təhsil idarəetməsi və pedaqoji yönümlü ixtisaslar üzrə təhsil alan III–IV kurs bakalavr tələbələri, eləcə də magistrlar və məzunlar proqrama müraciət edə bilərlər.

Məqsədimiz cəmiyyətin inkişafının təməli olan təhsil sahəsi üzrə gələcək kommunikasiya mütəxəssislərini hazırlamaqdır. İştirak tam ödənişsizdir.

Qeydiyyat üçün son tarix: 31 may

Ətraflı məlumat və qeydiyyat üçün keçid: https://forms.gle/YnZaUaR1LXh4md2o7
*“mygov” üzərindən təqdim olunacaq yeni təhsil xidmətləri*

• Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı

• Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə bakalavrların qeydiyyatı

• Ali təhsil müəssisələrinin rezidentura səviyyəsinə bakalavrların qeydiyyatı

• Ümumi orta və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı

• Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu

Qeyd edək ki, sözügedən xidmətlər “mygov” platformasında vətəndaşlar və təhsilalanlar tərəfindən növbəti tədris ilinə qəbul və qeydiyyat məqsədilə istifadə ediləcək.

Sözügedən xidmətlər my.gov.az portalı üzərindən əlçatandır. Vətəndaşlar platformanın “Xidmətlər” bölməsində “Qurumlar” kateqoriyasından “Elm və Təhsil Nazirliyi” və ya “Sahələr” kateqoriyasından “Təhsil” seçimini edərək müvafiq xidmətlərə keçid edə bilərlər. Yenilik təhsilalanlara və valideynlərə prosesləri daha sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradacaq.

Yeni xidmətlərin istifadəyə verilməsi “mygov” platformasının vətəndaşlara təqdim etdiyi rəqəmsal imkanların daha da genişləndirilməsi və dövlət xidmətlərinin vahid platformada əlçatanlığının təmin olunması istiqamətində atılan növbəti addım hesab olunur.
❤3
PEDAQOJİ UNİVERSİTET fəlsəfə doktoru hazırlığı proqramı üzrə DOKTORANTURAYA QƏBUL ELAN EDİR

Doktoranturaya sənəd qəbulu elektron qaydada 19 may 2026-cı il - 9 iyun 2026-cı il tarixləri aralığında həyata keçirilir.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az vahid portalına daxil olmalı və qeydiyyatdan keçməlidirlər.

Fəlsəfə fənni üzrə imtahanların 1-3 sentyabr 2026-cı il , ixtisas imtahanlarının 8-10 sentyabr 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur.

Qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- Rektorun adına ərizə;

- Kadrların şəxsi qeydiyyat vərəqi;

- Tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 ölçüdə);

- İş yerindən xasiyyətnamə;

- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- Elmi rəhbərin razılıq məktubu;

- Çap olunmuş elmi əsərlərin siyahısı (və ya fəlsəfə doktoru proqramı üzrə seçilmiş ixtisas üzrə referat və referata rəy);

- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (bakalavriat və magistratura təhsil səviyyələri üzrə diplomların surətləri və diplomlara əlavə) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti;

QEYD:

Xarici dildən imtahanın 25 iyun 2026-cı il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulmuşdur.

Qəbul komissiyası tərəfindən doktoranturaya qəbul olunmaq istəyən şəxslərin sənədləri yoxlanılır və ixtisas uyğunluğu müəyyən edilir. Doktoranturaya qəbul olunmaq istəyən şəxslər tələb olunan sənədləri portala yüklədikdən sonra, sənədlərini kağız daşıyıcılarda ADPU-nun Magistratura və doktorantura şöbəsinə təqdim etməlidirlər.

Qəbulla bağlı ətraflı məlumat və ixtisaslarla tanış olmaq üçün posterin üzərindəki QR kodu oxudun.

Əlaqə

Tel.: (+99412) 493-05-85, (+99412) 465-81-53

Ünvan: Bakı şəhəri, AZ1072, Akademik Həsən Əliyev küçəsi, 104

http://adpu.edu.az/

#adpu #PedaqojiUniversiret #eduaz #edugovaz #eatda #phd #doktorantura #qəbul
❤2
🎙️PUdcastın növbəti buraxılışı ADPU TV-nin efirində yayımdadır.

🎞️Qonaqlarımız universitetimizdə təhsil alan əcnəbi tələbələr - Əsmanur və Rzadır.

Bu buraxılışda:

🟢Əcnəbi tələbələrin universitetimizdə akademik həyatı
🟢Ölkələr arasında fərqli cəhətlər
🟢Bakı və Azərbaycanın sevilən cəhətləri

🗣️Və başqa mövzularda maraqlı müzakirələr sizi gözləyir.

📺İzləməyi unutmayın!

https://youtu.be/0QDhgQtGfQ0?si=0DNdl9HaqZNO-q4i

#adpu #adputv #ElmvəTəhsilNazirliyi #studentlife #podcasting
🔥1
Əziz tələbələr!
May ayının təqaüdləri hesablara yükləndi. Gün ərzində karta mədaxil olacaq.
Xeyirlə xərcləyin!
❤42
ADPU-nun rektoru professor Cəfər Cəfərovun 28 May – Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə TƏBRİKİ

Ətraflı: https://adpu.edu.az/index.php/az/x%C9%99b%C9%99rl%C9%99r/3090-28mayqurbanbayram%C4%B1tebri%CC%87k

#adpu #PedaqojiUniversitet #edu #ElmvəTəhsilNazirliyi #eduaz #eatda
❤8
❤16
28 May - Müstəqillik Günü

Bir kərə yüksələn bayraq qürurla dalğalanır

#adpu #ElmvəTəhsilNazirliyi #eduaz #28May #MüstəqillikGünü
❤10
📺✨ ADPU TV-də "Uşaqdan soruş" yayımdadır! ✨📺

🎈 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş xüsusi buraxılışımızı qaçırmayın!

🎙️Bu dəfə mikrofonu balaca dostlarımıza uzatdıq və onlara maraqlı suallar verdik. Onların səmimi, düşündürücü və bir o qədər də gülməli cavabları üzünüzdə təbəssüm yaradacaq😊💙

🎞️Bütün bunları "Uşaqdan soruş" verilişinin xüsusi buraxılışında izləyə bilərsiniz!

https://youtu.be/Hq0z8wLCrMQ?si=Xgbq_Hodx9QZIEC1