ADPU
4.39K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
Əziz yuxarı kurs tələbələri!

İyul, avqust və sentyabr aylarının təqaüdü hesablara yükləndi. Gün ərzində karta mədaxil olacaq.
Xeyirlə xərcləyin!
❤27🥰5🔥2👏1
Tələbə rəyi ADPU-da əsas keyfiyyət alətlərindən birinə çevrilir

Pedaqoji Universitetdə 2025-ci ildə keçirilmiş meqasorğuda 5137 tələbə iştirak edib. Respondentlərin 81 faizi müəllimlərin tədris bacarıqlarından tam razı qaldığını, 73 faizi isə proqramların zəruri mütəxəssis bacarıqları qazandırdığını bildirib. Sorğu çərçivəsində 9 000-dən çox açıq rəy toplanıb.
Qeyd edək ki, hər il keçirilən bu kimi sorğuların nəticələri tədris keyfiyyətinin yüksəldilməsi ilə bağlı qəbul olunan qərarlarda nəzərə alınır.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #tələbə
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 %-dən çox artıb

Son illərdə Pedaqoji Universitetin magistratura üzrə plan yerlərinin sayı artaraq 2021/2022-ci tədris ilindəki 372-dən 2026/2027-ci tədris ilində 637-yə yüksəlib ki, bu da son 5 ildə ADPU-nun magistratura qəbul planında 71,24 faiz artım deməkdir.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #qəbul #tələbə
ADPU-nun rektoru professor Cəfər Cəfərovun 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki

Ətraflı: https://adpu.edu.az/xeberler/adpu-rektoru-beynelxalq-muellimler-gunu-tebriki

#adpu #PedaqojiUniversitet #edu #ElmvəTəhsilNazirliyi #eduaz #eatda
❤1
Pedaqoji Universitet magistratura səviyyəsində 40 ixtisaslaşma üzrə yeni təhsil proqramları hazırlayıb

Yeni tədris ili ərəfəsində Pedaqoji Universitetin müvafiq işçi qrupunda magistratura səviyyəsində 40 ixtisaslaşma üzrə təhsil proqramları hazırlanaraq təsdiqə təqdim edilib.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #edu #yeniproqram
Pedaqoji Universitet məktəblərlə tədqiqat tərəfdaşlığı quracaq

Məktəblə əməkdaşlıq gələcək müəllim hazırlığının əsas xəttinə çevrilir. Mentor institutunun yaradılması, baza məktəblərinin sayının artırılması, əmək bazarı nümayəndələrinin proqramların hazırlanmasına cəlb edilməsi və pedaqoji təcrübənin bütün hazırlıq dövrünə yayılması bu yanaşmanın başlıca istiqamətləridir. Məktəb artıq yalnız təcrübə yeri deyil, universitetin tədqiqat tərəfdaşı kimi nəzərdən keçirilir.
Universitet tədqiqatı məktəbin gündəlik ehtiyaclarına yaxınlaşdırmağı qarşıya məqsəd qoyur. Oxu savadlılığı, STEAM, inklüziv sinif, formativ qiymətləndirmə, müəllim rifahı, regionlarda pedaqoji kadrların saxlanılması və süni intellekt dövründə akademik dürüstlük əsas tədqiqat istiqamətləri kimi müəyyənləşdirilir. Bu yanaşma elmi biliklərin məktəb mühitinə uyğunlaşdırılmasını və tədqiqatçı ilə müəllim arasında bilik vasitəçiliyinin qurulmasını önə çəkən OECD yanaşması ilə səsləşir.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #PedaqojiUniversitet
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü!

"Müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətlidir.”


Ümummilli Lider Heydər Əliyev,
ADPU-nun 60 illik yubileyindəki nitqindən


#adpu #eduaz #5Oktyabr #MüəllimlərGünü
#müəllimlərinmüəllimi
❤2
ADPU tələbələri üçün Litvanın Vytautas Magnus Universitetində təhsil almaq imkanı: mübadilə proqramına qəbul elan olunur!!

Hörmətli tələbələr!
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Litvanın Vytautas Magnus Universiteti (VMU) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində tələbələrimizə 2026/2027-ci tədris ilinin yaz semestri üzrə mübadilə proqramında təhsil almaq imkanı yaranır.
Proqram çərçivəsində müsabiqə nəticəsində iki nəfər tələbə seçiləcək.

Kimlər müraciət edə bilər?
İngilis dili səviyyəsi minimum B2 olan tələbələr;
Bakalavr səviyyəsinin II, III və IV kurs tələbələri;
Magistrantlar.

Uyğun istiqamətlər: Filologiya, Pedaqogika/Təhsil, İbtidai təhsil, Məktəbəqədər təhsil, Riyaziyyat, İnformatika, Tarix, Coğrafiya, Psixologiya, Sosial iş, Musiqi, Fizika, Kimya, Biologiya.

İştirak şərtləri
Tələbələr təhsil haqqından və müraciət haqqından azaddırlar.
Səfər və yaşayış xərcləri tələbələrin özləri tərəfindən qarşılanacaq.
Litvada yaşayış xərcləri tələbənin fərdi ehtiyaclarından asılı olaraq təxminən aylıq 500–700 avro təşkil edir.
Vacib tarixlər:
Müraciət üçün son tarix: 7 oktyabr 2026
Müsahibə mərhələsi: 9 oktyabr 2026-cı il tarixindən başlayır

Əlaqə:
Beynəlxalq Əlaqələr Şöbəsi
E-poçt: international@adpu.edu.az
Telefon: (+994 12) 493-48-16
Ünvan: ADPU, Əsas korpus, 313-cü otaq

Mübadilə proqramında iştirak etmək istəyən bütün tələbələrə uğurlar arzulayırıq!