30.10. 2026-cı il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Əhli-beyt hüseyniyyəsində cümə namazı qılınıb. Cümə namazına Höccətül-islam Hacı Rüfət Məmmədov imamlıq edib.
Bu gün cümə namazının ilk xütbəsində Höccətül-islam Hacı Rüfət Məmmədov Əmirəlmöminin Əlinin (ə) "Nəhcül-Bəlağə" də "o kəslərdən olma ki, öz haqqını tam şəkildə aldığı halda başqalarının haqqını kəsir, onların haqqını ödəmir",-deyə buyurduğu hikmətli kəlamını bəyan edib və bununla bağlı Qurani-Kərimdə tərəzidə aldatmaq haqda olan ayəyə də işarə edib.
Hacı Rüfət Məmmədov ikinci xütbədə isə İslam dininin müxtəlif sahələrində bərabərliyin hökm sürdüyündən, ayrı-seçkiliyin olmamasından və İslamın milliyyətçilik prinsipinə qarşı olduğundan danışıb və Həzrəti Əlinin (ə) həyat tərzinə, ədalət əsaslı qəzavətlərinə toxunub. O, xütbənin yekun hissəsində hicabın Azərbaycanın milli geyimi olmaması şübhəsinə cavab olaraq hicabın millətimizin həm milli, həm də dini geyim olduğunu xüsusilə vurğulayıb.

❤6