APA
✔
21.7K subscribers
40.6K photos
10.8K videos
12 files
67.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
🏫 Məktəbli forması necə olmalıdır?

✅Şagirdlər məktəbin müəyyən etdiyi vahid geyim formasına əməl etməlidirlər.

✅ Forma rahat, ölçüyə uyğun və sərbəst hərəkətə imkan verən olmalıdır.

✅ Geyimlə bağlı mübahisələr dərs prosesinə mane olmamalıdır.

✅ Məktəbli formasının təmiz və səliqəli saxlanmasına diqqət yetirilməlidir.
🤡20👍12👎6🤬2👏1🤔1
🇵🇰 Pakistanda fövqəladə vəziyyət elan edilib

▪️ Prezident Asif Əli Zərdari Xayber-Paxtunxva əyalətində fövqəladə vəziyyət elan edib.

▪️ Qərarla həbsdə olan keçmiş Baş nazir İmran Xanın partiyasının rəhbərlik etdiyi əyalət hökumətinin səlahiyyətləri dayandırılıb.

▪️ Federal hökumət yerli rəhbərliyi silahlı qruplaşmalara qarşı fəaliyyətsizlikdə ittiham edir.

▪️ İmran Xanın tərəfdarları isə onun azadlığa buraxılması tələbi ilə paytaxt İslamabada yürüşə hazırlaşırlar.
❤‍🔥5🙏4🫡4
🇪🇺 🇷🇺Aİ Rusiya vətəndaşlarına viza məhdudiyyətlərini sərtləşdirir

▪️ Polşa, İsveç və Estoniya daha sərt qaydalar tələb edir.

▪️ Estoniya 650 min keçmiş Rusiya hərbçisinin ölkəyə girişini qadağan etmək istəyir.

▪️ Rusiyalı diplomatlara da əlavə məhdudiyyətlər planlaşdırılır.

📅 Yeni təkliflərin 2027-ci ilin yanvarında təqdim olunması gözlənilir.
👍5🤬2🐳1
❗️❗️Biləsuvarda zəncirvari qəza: Ölən və yaralananlar var

💥 APA-nın cənub bürosunun məlumatına görə, Ələt–Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində bir neçə avtomobil toqquşub.

▪️ İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

🔹 Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏5❤1
Rusiyanın Xarkova hava hücumu nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Hücum nəticəsində 2 fərdi yaşayış evi tamamilə dağılıb, 15-ə yaxın evə isə ziyan dəyib.
🙏3👍2😡1
🚨 Hörmüz boğazında neft tankerinə hücum edilib

🚢 Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, Hörmüz boğazında neft tankeri naməlum mərminin hədəfinə çevrilib.

💥 Hücum nəticəsində tankerə ziyan dəyib.
👍2😁1🙏1👌1
📌 Dosent: “Məktəbli forması məsələsinə dini don geyindirilməsi yolverilməzdir”

🔹 Fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov APA-ya açıqlamasında bildirib ki, məktəbli forması ətrafında müzakirələr cəmiyyətdə gərginlik yaradıb.

▪️ “Bəzi qüvvələr insanların dini inanclarından istifadə edərək onları xurafata, dövlətə və dünyəvi dövlətçiliyə qarşı yönəltməyə çalışırlar”.

🔹 “Dövlət nəyin xurafat, nəyin inkişaf olduğunu gözəl bilir. Biz yenidən xaos dövrünə qayıda bilmərik”.

▪️ Dosent vurğulayıb ki, hər etirazçını xarici qüvvələrlə əlaqələndirmək düzgün deyil. Problemin həlli üçün maarifləndirmə gücləndirilməlidir.
🤡17👍8👏1
🇺🇸 Tramp Rusiya və Ukrayna arasında enerji atəşkəsi elan edib

⚡️ ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna arasında enerji obyektlərinə hücumların dayandırılması barədə razılıq əldə olunub.

🔹 “Dərhal qüvvəyə minəcək enerji atəşkəsi elan edirəm. Hər iki tərəf bu qərarla razılaşıb”.

▪️ Tramp tərəfləri atəşkəsi pozmamağa çağırıb.
👍7🙏1
APA
🇺🇸 Tramp Rusiya və Ukrayna arasında enerji atəşkəsi elan edib ⚡️ ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna arasında enerji obyektlərinə hücumların dayandırılması barədə razılıq əldə olunub. 🔹 “Dərhal qüvvəyə minəcək enerji atəşkəsi elan…
🇺🇦 Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, atəşkəs elan edilməsi onun üçün də sürpriz olub.

▪️ “Əgər Rusiya enerji sektorunda atəşkəsə razılaşarsa, Ukrayna da bunu qəbul edəcək”.

📌 “Əgər Prezident Tramp Putinlə danışaraq buna nail olubsa, atəşkəsin nə vaxt başlayacağını bizə bildirsinlər. Biz hazırıq və bu razılaşmanı qəbul edəcəyik”, - Zelenski əlavə edib.
👍10😁2🌭1
🇵🇱 Polşanın Baş nazirinə hücum planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb

▪️ Polşanın daxili işlər naziri bildirib ki, Baş nazir Donald Tuska qarşı hücum planlaşdırmaqda şübhəli bilinən bir nəfər saxlanılıb.
🙏4🤡4👍2❤1
❗️🇺🇸🇮🇷İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərində və Hörmüz boğazı yaxınlığında strateji əhəmiyyətli obyektləri var.

▪️ “Biz həmin obyektləri hələlik hədəf siyahımıza daxil etməmişik”.

“Yenidən qarşıdurma baş verərsə, düşmən daha genişmiqyaslı və əhatəli planımızla üzləşəcək”, - o əlavə edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤡7❤6😁2🥱1
KİV: Cibuti sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 139 nəfərə çatıb.

🔻Bildirilib ki, Cibutidən Yəmənə hərəkət edən, göyərtəsində 305 nəfərin olduğu qayıq oktyabrın 8-dən 9-na keçən gecə Obok liman şəhərinin şimalındakı Quhere yaşayış məntəqəsi yaxınlığında batıb.
🙏3❤1💔1
APA
🇺🇸 Tramp Rusiya və Ukrayna arasında enerji atəşkəsi elan edib ⚡️ ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna arasında enerji obyektlərinə hücumların dayandırılması barədə razılıq əldə olunub. 🔹 “Dərhal qüvvəyə minəcək enerji atəşkəsi elan…
🇷🇺Rusiya tərəfi Ukrayna ilə enerji sahəsində atəşkəs razılaşması barədə heç bir məlumatının olmadığını açıqlayıb.

🔹 Dövlət Dumasının Energetika Komitəsi sədrinin birinci müavini bildirib ki, “Tramp neft qiymətlərinin artmasının qarşısını almaq üçün tez-tez müxtəlif bəyanatlar verir”.
😁9❤2🤷‍♂1💯1