APA
✔
21.7K subscribers
40.6K photos
10.9K videos
12 files
67.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
🇮🇱🇮🇷 Netanyahu: İran və onun müttəfiq qüvvələri seçkilərdən əvvəl İsrailə meydan oxumaq istəyirlər

🗣️ İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran və onun dəstəklədiyi qüvvələr seçkilərdən əvvəl İsrailə qarşı hərəkətə keçmək niyyətindədir.
❤2😁2🙏1
⚠️ Zığ şosesində hava limanı istiqamətində sürət həddi azaldılıb

🚧 Hazırda ərazidə rənglənmə işləri aparılır.

🚗 Hərəkət zolaqlarından birində sürət həddi işlər bitənədək 40 km/saata endirilib, digər zolaqlara girişin qadağan edildiyini bildirmək üçün elektron tablolarda “X” işarələri aktivləşdirilib.
🙏2👍1
⚖️ Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşdirilir

🪖 Hərbi hissəni özbaşına tərk edən və ya üzrlü səbəb olmadan xidmət yerinə vaxtında gəlməyən zabit, gizir, miçman və müddətdən artıq xidmət edən hərbçilərə yeni cərimələr tətbiq oluna bilər.

💰 Pozuntu 1 gündən artıq, 10 gündən çox olmayaraq davam etdikdə 200–300 manat cərimə və ya 15 günədək inzibati həbs nəzərdə tutulur.

🔁 Xəta bir il ərzində təkrar törədildikdə 300–500 manat cərimə və ya 10 gündən 1 ayadək inzibati həbs təklif olunur.

🏛️ Dəyişikliklər Milli Məclisin komitəsində müzakirəyə çıxarılıb.
👍5❤1😁1🙏1
🇮🇷🇷🇺 İran XİN zənginləşdirilmiş uranın Rusiyaya köçürülməsi ilə bağlı müzakirələri təkzib edib

☢️ İran XİN-in sözçüsü İsmayıl Bəqayi bildirib ki, Lavrovun Tehran səfərində nüvə məsələsi müzakirə olunsa da, uranın Rusiyaya köçürülməsi gündəmdə olmayıb.
👍5🤡2
🇺🇦 Zelenski: Hazırda əsas məsələ seçkilər deyil, müharibənin başa çatdırılmasıdır

🗣️ Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, cəmiyyəti narahat edən əsas məsələ seçkilər deyil, müharibənin başa çatdırılması və normal həyata qayıdışdır.

“Seçkilər keçiriləcək. Heç kim öz kreslosundan yapışmayıb”, – Zelenski vurğulayıb.
🙏7🤡1🤷1
APA
🇺🇦 Zelenski: Hazırda əsas məsələ seçkilər deyil, müharibənin başa çatdırılmasıdır 🗣️ Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, cəmiyyəti narahat edən əsas məsələ seçkilər deyil, müharibənin başa çatdırılması və normal həyata qayıdışdır. “Seçkilər…
🇺🇦 Zelenski: Seçkilər üçün təhlükəsiz şərait yaradılmalıdır

Raket və dron hücumları davam edərkən demokratik seçkilərin keçirilməsi mümkün deyil.

🇺🇸 Zelenski ABŞ-a çağırış edib: “Putini dayandıra bilmirsinizsə, enerji infrastrukturumuzu qorumaq üçün bizə raket əleyhinə müdafiə sistemləri verin”.
🙏7🤡2
🌤 Sabah Bakıda 26° isti olacaq

🌦️ Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

🌡️ Paytaxtda gecə 16-18°, gündüz 22-26° isti olacaq.

⛈️ Dağlıq və dağətəyi rayonlarda yağış, bəzi yerlərdə leysan, şimşək və dolu gözlənilir.

❄️ Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

🌡️ Rayonlarda gündüz 25-28°, dağlarda isə 12-16° isti olacaq.
❤1👍1🙏1
⚖️ Binəqədi rayonuna yeni prokuror təyin edilib.

📌 Pərviz İbayev Nizami rayon prokuroru vəzifəsindən azad edilərək Binəqədi rayon prokuroru təyin olunub.

Müvafiq əmri Baş prokuror Kamran Əliyev imzalayıb.
🙏1
🇫🇷 Fransa körfəz ölkələrindən dizel tədarükünü artırır

🛢️ Emmanuel Makron BƏƏ və Bəhreyndən ayda əlavə 200 min ton dizel alınması barədə razılıq əldə edib.

📊 Bununla aylıq tədarük 295 min tona çatacaq. Məqsəd yanacaq bahalaşmasını və təchizat çatışmazlığını azaltmaqdır.
🙏1
APA
⚖️ Binəqədi rayonuna yeni prokuror təyin edilib. 📌 Pərviz İbayev Nizami rayon prokuroru vəzifəsindən azad edilərək Binəqədi rayon prokuroru təyin olunub. Müvafiq əmri Baş prokuror Kamran Əliyev imzalayıb.
⚖️ Prokurorluqda yeni təyinatlar olub

📌 Fuad Məmmədov Binəqədi rayon prokuroru vəzifəsindən azad edilərək Nizami rayon prokuroru təyin olunub.

🔹 Kamal Talıbov ikinci səlahiyyət müddətinə Şirvan şəhər prokuroru vəzifəsinə təyin edilib.
🙏1
🇹🇷 Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik

🤝 MHP sədri Dövlət Bağçalı türk dövlətləri və xalqları arasında dialoq və əməkdaşlığın gücləndirilməsinin müstəqillik və suverenliyə töhfə verəcəyini bildirib.

🌍 O, Türk Dövlətləri Təşkilatının oktyabrın 29-30-da Türkiyədə keçiriləcək 13-cü Zirvə Görüşünü mühüm hadisə adlandırıb.
❤4
🚆 Zəngəzur dəhlizi ildə əlavə 15 milyon ton yük daşıya bilər

🚛 Horadiz–Ağbənd avtomobil yolunun tikintisi başa çatıb, dəmir yolu xəttinin tikintisi isə davam edir.

📌 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını genişləndirəcək və regional nəqliyyat əlaqələrini gücləndirəcək.
❤2👍1🙏1
🤖 Elxan Sadıqlı: Dövlət qurumları süni intellektə birbaşa sistem girişi verməməlidir

🔐 Dövlət qurumlarına süni intellektdən istifadə zamanı məlumat sızması risklərini azaltmaq üçün onun kritik informasiya sistemlərinə birbaşa girişini məhdudlaşdırmaq tövsiyə olunub.

⚠️ Elxan Sadıqlı bildirib ki, AI sistemlərindəki boşluqlar və prompt inyeksiyaları məlumat təhlükəsizliyini riskə ata bilər.

📌 O, süni intellektdən istifadə edən şəxslər üçün sertifikatlaşdırma və imtahan mexanizminin yaradılmasını da təklif edib.
🙏1
Zəngəzurluların Gürcüstandakı izi – Salamməlik kəndindən reportaj

📍 Gürcüstanın Dmanisi rayonunda yerləşən Birinci Salamməlik kəndi azərbaycanlıların qədim yaşayış məskənlərindən biridir.

🏘️ Kənd rəsmi olaraq gürcücə Pirveli Salamaleiki adlansa da, yerli əhali arasında Salamməlik kimi tanınır. Yaxınlıqdakı İkinci Salamməlik kəndi isə Məhəmmədağalar adı ilə tanınır.
🔎 Kəndin tarixi və Naxçıvanın Ordubad rayonundakı Salamməlik stansiyası ilə mümkün əlaqəsi maraq doğurur.

🌐 Müəllif kəndin yaranma tarixini və Azərbaycandakı eyniadlı məkanla əlaqəsini araşdırmaq üçün Tbilisidən 115 kilometr aralıda yerləşən Salamməlik kəndinə səfər edib.

⛰️ Müəllifin diqqətini bu kəndə 2022-ci ilin avqustunda Gürcüstanda baş verən zəlzələ də cəlb edib. Həmin zəlzələnin episentri Salamməlikdə olub

REPORTAJ
❤2👍1
🚨 Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb

📍 Hadisə oktyabrın 19-da Dövlət Sərhəd Xidmətinin “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.

🇵🇰 Pakistan vətəndaşı Azərbaycan ərazisindən Rusiyaya keçmək istəyərkən saxlanılıb.

🔎 Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
❤1🙏1
🇷🇺🇺🇦 Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətində Timoşevko yaşayış məntəqəsini nəzarətə götürüb

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

🚀 Rusiya MN son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli dronlarının buraxılış məntəqələrinə zərbələr endirdiyini, 383 dronunu vurduğunu da açıqlayıb.

⚔️ Rusiya tərəfi son sutka ərzində Ukrayna ordusunun 1210 hərbçisini itirdiyi barədə məlumat yayıb.
👍3👎2🙏1🍓1
🇹🇷🇵🇰🇸🇦 Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan “Məkkə Razılaşması” təsdiq üçün Türkiyə parlamentinə təqdim olunub.
🙏3❤1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2❤1🙏1
🔥 Hörmüz boğazında iki tanker minaya düşərək yanıb

🚨 Hörmüz boğazının cənub hissəsində iki tanker dəniz minasına düşüb.

🚢 Partlayışlar nəticəsində hər iki tankerin göyərtəsində yanğın başlayıb.

🇮🇷 SEPAH-ın iddiasına görə, tankerlər İran Hərbi Dəniz Qüvvələrinin icazə vermədiyi marşrutla hərəkət ediblər.
🙏1
🇰🇬🇦🇿 Qırğızıstan Prezidenti Sahibə Qafarovanı qəbul edib

🤝 Görüşdə iki ölkə arasında ticarət, investisiya, energetika, nəqliyyat və parlamentlərarası əməkdaşlıq müzakirə olunub.

📌 Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını Sadır Japarova çatdırıb.
👍2