APA
✔
21.7K subscribers
40.7K photos
10.9K videos
12 files
67.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
🌨 Bəzi ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

🌧 Oktyabrın 21-23-də bəzi rayonlarda leysan, şimşək və dolu, yüksək dağlıq ərazilərdə isə qar gözlənilir.

⚠️ Oktyabrın 22-də yağıntılar güclənə bilər.

🌊 Böyük Qafqaz və Naxçıvanın bəzi çaylarında sel və daşqın ehtimalı var.
❤2🙏1
🇺🇦 Zelenski sülh danışıqları üçün Osloya gəlib

🤝 O, ABŞ nümayəndəsi Stiv Uitkoff və Avropa liderləri ilə Ukraynaya təhlükəsizlik zəmanətlərini və sülh şərtlərini müzakirə edəcək.

Hazırlanacaq təkliflər Putinə təqdim olunacaq.
❤3👍1😁1🙏1
🇮🇷 “Reuters”: İran Trampın siyasi qələbə qazanmasının qarşısını almaq üçün sülh danışıqlarını qəsdən uzadır.
👍4😁4❤2👎2
🇦🇲🇷🇺 Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyü dayandırıla bilər.

📌 Rusiya hökumətinin məlumatına görə, Ermənistanın Aİ-yə üzvlük tələblərini yerinə yetirməsi Aİİ qarşısındakı öhdəliklərini pozur.

⚠️ Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın üzvlüyünün dayandırılması məsələsinə baxa bilər. Bunun mümkün nəticələrinə dair hesabat ittifaq ölkələrinin liderlərinə təqdim olunacaq.
❤2🤷‍♂1
Media is too big
VIEW IN TELEGRAM
🎉 Zəngilan Şəhəri Günü ilk dəfə şəhərdə qeyd olunur.

🍲 Bayram çərçivəsində “Zəngilan Plov Festivalı”, fotosərgi, uşaqlar üçün yaradıcılıq tədbirləri və ustad dərsləri təşkil edilir.

🎶 Zəngilan Konqres Mərkəzində konsert proqramı təqdim olunur. Tədbirlər şəhərin tarixi irsini, milli mədəniyyətimizi və Zəngilanın dirçəlişini nümayiş etdirir.
❤2🙏1
Naxçıvanda sabiq hərbi komissar və mayorun cinayət işi üzrə hökm oxunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Kəngərli rayon şöbəsinin sabiq rəisi, polkovnik-leytenant Məftun Xəlilov və mayor Habil Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Məftun Xəlilov 8 il, Habil Niftəliyev isə 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Hər iki şəxs məhkəmə zalında həbs olunub.
👍3🙏1
🇦🇿🇸🇪 İsveç səfiri Hikmət Hacıyevlə görüşüb

İsveçin Azərbaycandakı səfiri Luis Morsinq Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
❤2👍2
Qarabağ Milli Parkı yaradılıb - SƏRƏNCAM

🇦🇿 Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

🌿 Sərəncama əsasən, 88 418 hektar ərazidə Qarabağ Milli Parkı yaradılıb.

📍 Milli Park Ağdərə (44 773,79 ha), Xocalı (24 597,80 ha), Kəlbəcər (13 514,98 ha), Şuşa (5 314,34 ha) və Laçın (217,09 ha) rayonlarının ərazilərini əhatə edir.
❤1🙏1
🇦🇿 Prezident İlham Əliyev “Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb

APA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb.
👍2🙏1
🇦🇿 İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası ilə bağlı Memorandum təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə BMT-nin müvafiq katibliyi arasında imzalanmış Memorandumu təsdiq edən Qanunu imzalayıb.
👍2❤1🙏1
🇺🇸🇺🇦 “Reuters”: Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Osloda Zelenski ilə görüşəcək.

🇳🇴 Danışıqlarda Norveçin Baş naziri və Finlandiya Prezidenti də iştirak edəcək. Cared Kuşner isə görüşə onlayn qoşulacaq.
👍1🙏1
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

📅 ADY artan sərnişin tələbatını qarşılamaq üçün 24 və 25 oktyabrda əlavə qatar reysləri həyata keçirəcək.

🚉 Bakı–Qazax–Bakı marşrutu üzrə gündəlik səfərlər əvvəlki qrafiklə davam edəcək.
❤1🙏1
🇮🇷 Pezeşkian İranın keçmiş müdafiə naziri vəzifəsini icra edən Məcid İbn ər-Rzanı özünə müşavir təyin edib

📌 O, ölkənin müdafiə məsələləri üzrə prezidentin müşaviri vəzifəsini icra edəcək.
👌2👍1🎃1
🇵🇱🇺🇦 Polşa Ukraynaya “Patriot” raketləri verə bilməyəcəyini açıqlayıb

🛡 Polşanın XİN rəhbəri Radoslav Sikorski ölkəsində artıq “Patriot” raketlərinin olmadığını bildirib və digər NATO ölkələrini Ukraynaya yardım etməyə çağırıb.
🙏1🐳1😎1
🇹🇷🇸🇦🇵🇰 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə sazişinin detalları açıqlanıb

🛡 Bir ölkəyə hücum bütün üzvlərə hücum sayılacaq.

🤝 Ölkələr silah və kəşfiyyat məlumatları mübadiləsi aparacaq, birgə hərbi təlimlər keçirəcəklər.

Saziş 10 il müddətinə qüvvədə olacaq.
🙏3🤔1🤪1
⚠️ Oktyabrın 21-i saat 08:00-dan etibarən Müşfiqabad qəsəbəsində Yeni Həyat küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

🛣 Təmir işləri Şirvan küçəsi ilə kəsişmədən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməyədək aparılacaq.

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
🙏1
🇬🇧🇸🇦 Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək

✈️ Qırıcılar husilərin mümkün hava hücumlarından qorunmaq üçün yalnız müdafiə missiyaları həyata keçirəcək.
❤1🙏1🐳1
TRIPP fondunun direktoru: ABŞ şirkəti Ermənistanın ikinci ən böyük mis mədənini alıb

“TRIPP+” İnkişaf Fondunun direktoru Konstantin Sokolov bildirib ki, onun ABŞ-da fəaliyyət göstərən “Dynamic Frontier” şirkəti sentyabrda Tequt mis-molibden mədənini əldə edib.

💰 Şirkət mədənin operatoru olan “Teghut” QSC-nin səhmlərinin 100%-ni və ödənilməmiş borclarını alıb.

🤝 Sövdələşmənin məqsədi ABŞ-Ermənistan tərəfdaşlığını gücləndirmək və ABŞ-ın Ermənistanın mineral ehtiyatlarına çıxışını təmin etməkdir.
🙏1
🇺🇦 Zelenski: Ukrayna NATO-ya üzvlüyə alternativləri müzakirə etməyə hazırdır

🛡 Ukrayna NATO-ya üzvlük əvəzinə eyni hüquqi qüvvəyə malik alternativ təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır.

🤝 Zelenskinin sözlərinə görə, optimal təhlükəsizlik modeli Ukrayna ordusu, Aİ və NATO-dan ibarət olmalıdır.
🙏1