AZERBAIJAN 7/24
6.95K subscribers
17.8K photos
15K videos
8 files
4.12K links
🌐 ƏN SON XƏBƏRLƏR

☎️Əlaqə: @telgramhesapTR
Download Telegram
AZERBAIJAN 7/24
Lənkəranda atalığı 3 yaşlı uşağı döyüb, anasının valideynlik hüququnun məhdudlaşdırılmasına baxılır
Lənkəranda 3 yaşlı uşağı döyən atalığı saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Qismət Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📍Təbriz Can

Bir Ayrılıq bir ölüm, heç biri olmayaydı….
❤11👍2👎1😍1
Emin Ağalarov: “Sea Breeze” ərazisində 5 mln. kvadratmetrdən çox tikinti aparılır
👍4🤬2
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
👍3🥰2🤣2
Forwarded from Report AZ
🥀Bu gün Azərbaycanda Anım Günüdür.

🇦🇿Xalqımızın milli yaddaşında əbədi yaşayacaq müqəddəs tarix - Vətən müharibəsinin başlamasından altı il ötür.

💪2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başladı.

✊ Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.

🇦🇿Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq!
👍4🙏3❤2
🇦🇿🇦🇿🇦🇿 Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub

Dövlət başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib.

Sonra birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini dərin hörmətlə anıb.
👍3
🇦🇿Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
🙏4👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
❤7👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
❤4👍2
🕯 DTX və XKX rəhbərləri Zəfər parkını ziyarət edib

🇦🇿 Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakıda yerləşən Zəfər parkını ziyarət ediblər.

💐 Xidmət rəisləri memorial kompleksin girişindəki abidənin önünə gül dəstələri qoyaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
👍5
⚡️Türkiyənin İsraillə ticarət əlaqələrini dayandırdığını və bu ölkəyə məhsul ixracına məhdudiyyət tətbiq etdiyini açıqlamasına baxmayaraq, İsrail marketlərində Türkiyə istehsalı olan məhsulların satışda olduğu müşahidə edilir.

Məhsulların bir qisminin üzərində ivrit dilində məlumatların və etiketlərin yer alması onların İsrail bazarı üçün nəzərdə tutulması ilə bağlı suallar yaradır.

Türkiyədən İsrailə ixracın dayandırıldığı bildirildiyi halda, sözügedən məhsulların İsrail bazarına hansı yollarla daxil olduğu məsələsi diqqət çəkir.

Bəs bu necə olur? Türkiyə mediası və sosial şəbəkə istifadəçiləri buna niyə susur?

-modern
27 sentyabr tarixində saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

A.Hacızadə bildirib ki, həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir.

“Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin”, - deyə mətbuat katibi əlavə edib.
👍2
Əvəz Zeynallı vəfat edib.

Əvəz Zeynallı xərçəngdən əziyyət çəkirdi.
👍1
Azərbaycan Hava Yollarından Naxçıvan reysləri ilə bağlı məlumat

Azərbaycan Hava Yollarının 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir və uçuşlar beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.
❤2👍2
🇦🇿🇮🇷 Şahin Mustafayev İran rəsmisi ilə görüşüb

Baş nazirin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri, komissiyanın həmsədri Fərzanə Sadiqlə görüşüb.

Görüşdə iqtisadi-ticarət və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub.
👍2👎1
Bəxtiyar Əsgərov Naxçıvan MR-nın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov 28 sentyabr 2026-cı il tarixli sərəncam imzalayıb.
👍3
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib

Apasport.az xəbər verir ki, səfərin məqsədi Bakıda oktyabrın son həftəsində keçiriləcək U-15-lər arasında dünya çempionatına hazırlıqlar ilə tanış olmaqdır.
👍2
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
🇦🇿🇮🇷 İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib.

Telefon danışığı zamanı liderlər Bişkekdə keçirilən son görüşü və müzakirə olunan məsələləri xatırlayıblar.

Azərbaycan hökuməti nümayəndə heyətinin İranda səfərdə olduğu və ikitərəfli münasibətlərin gündəliyindəki məsələlərin müzakirə edildiyi bildirilib.
👍2🥰1