AZERBAIJAN 7/24
6.95K subscribers
17.8K photos
15K videos
8 files
4.11K links
🌐 ƏN SON XƏBƏRLƏR

☎️Əlaqə: @telgramhesapTR
Download Telegram
XİN: Qara dənizdə dron hücumuna məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib, 1 nəfər hospitala yerləşdirilib
👍2
❗❗❗Azərbaycanda hicab qadağan olunmayıb, dini təhsil müəssisələrində qızlar hicabla təhsil alırlar - Allahşükür Paşazadə

💢💢💢Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb.
‼️‼️Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində söyləyib.
⭕⭕⭕O bildirib ki, dini təhsil müəssisələrində qızlar hicabla təhsil alırlar.
Amma dövlət təhsil müəssisələrində vahid forma ilə bağlı qərar qəbul olunub.
👍4❤2🤮1
🇦🇿🇰🇬Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək

▪️Sadır Japarov 14–15 oktyabr tarixlərində Azərbaycanda işgüzar səfərdə olacaq.

▪️O, Azərbaycan Prezidentinin dəvəti ilə AQEM-in VII Zirvə Görüşündə iştirak edəcək.
🇺🇿🇦🇿 Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək
👍2
Forwarded from CSSC Baku
Azərbaycançılığın məqsədi – mütləq suverenlik

Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı həm daxili, həm də xarici siyasət məzmunlu bir çox kontekstdə maraq doğurdu. Şübhəsiz ki, çıxış proqram xarakteri daşıyırdı və dövlət başçısının Azərbaycanın yaxın onilliklər üçün inkişaf yoluna baxışını nümayiş etdirdi. Prezident İlham Əliyevin nitqi Azərbaycanın həm dövlət, həm də cəmiyyət kimi inkişafına dair doktrinal yanaşmanın əsas istiqamətlərini müəyyən edir.

Azərbaycan xalqının milli ideyası – Azərbaycançılıq Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb. Azərbaycançılıq cəmiyyətin ümummilli məqsədlər ətrafında birləşməsini nəzərdə tutur və Azərbaycan Respublikasının bütün vətəndaşlarına, həmçinin başqa dövlətlərin vətəndaşı olub, etnik, dini və digər kimliyindən asılı olmayaraq eyni zamanda özünü azərbaycanlı sayan insanlara şamil edilir.

Azərbaycançılığın əsasları tarixi varislik, cəmiyyətin müxtəlif təbəqələrinin harmoniyası, dövlətin və cəmiyyətin xarici və daxili risklər qarşısında dayanıqlığı, təkamül yolu ilə inkişaf və dövlətçiliyin möhkəmləndirilməsi kimi üzvi sütunlar üzərində qurulub. Azərbaycan Respublikası əhalinin dini mənsubiyyətindən və hakim sülalələrin etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan ərazisində mövcud olmuş bütün dövlət quruluşlarının varisidir. Azərbaycançılıq XX əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində Azərbaycanın inkişafına dair forma və məzmun etibarilə radikal konsepsiyalara cavab olaraq yaranıb; Həmin konsepsiyalar bir tərəfdən ölkəni vətəndaş müharibəsinə, Ermənistanla münaqişədə ərazi itkisinə, iqtisadi tənəzzülə gətirib çıxardı, digər tərəfdən isə kimlik böhranı üçün şərait yaratdı.

Azərbaycançılıq alt-kimliklər (etnik, dini, cinsi və digər alt-kimlik formaları) üzərində siyasi xarakterli super-kimlik çətiri yaratdı. Azərbaycançılığın konstruktivliyi ondan ibarətdir ki, heç bir alt-kimlik çətir kimliklə konfliktə girmir, yəni Azərbaycançılıq nə forma, nə də məzmun etibarilə totalitar deyil. Azərbaycançılıq müasir milli dövlətin ideoloji konsepti kimi çıxış edir. Azərbaycançılıq cəmiyyətin parçalanmasına və təsir qruplarının formalaşmasına yönəlmiş xarici impulsların qarşısını almaq üçün resurslar yaradır. Vahid məqsədlər ətrafında birləşmə isə müstəqil, ardıcıl və prinsipial xarici siyasətin həyata keçirilməsinə imkan verir.

Müasir tarixi dövrdə Azərbaycançılıq milli ideyasının məqsədi barədə daha ətraflı saytımızdakı məqalədə: https://cssc.az/az/view/2/74
❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷🇦🇿Azərbaycanın İstanbuldakı baş konsulluğunda aksiya ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib
👍3🍌2🤪1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ankarada Azərbaycan səfirliyinin qarşısında “hicab qadağası” iddiası ilə keçirilən aksiya açıq şəkildə Azərbaycanın dövlət quruluşunu hədəfə alan radikal çağırışlara çevrilib.

Aksiya axşam saatlarında keçirilib.

Əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Aksiyada “Başörtüsü Allahın əmridir!”, “Hicab Allahın əmridir!” şüarlarının yazıldığı plakat və bannerlər qaldırılıb. Tədbirdə “Köklü Değişim” platformasının simvolları da nümayiş etdirilib.

Aksiyada çıxış edən ilahiyyatçı-yazar Abdullah İmamoğlu məktəbli geyimi və hicab haqda danışarkən mövzunu “Raşidi Xilafət Dövləti”nin yaradılması çağırışına gətirib.

O, müsəlman ölkələrinin xilafət dövləti çərçivəsində birləşməli olduğunu müdafiə edib və Azərbaycanı da bu sistemin qaydalarına uyğun idarəçiliyə çağırıb.

Beləliklə, aksiyanın yalnız məktəblərdə hicab məsələsinə etiraz məqsədi daşımadığı, Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı siyasi-ideoloji çağırış platformasına çevrildiyi üzə çıxıb.

qafqazinfo
👎6👍4🖕2❤1🤮1😡1
Media və Yayım Şurası: İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib
❤1😁1
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib
👍2🤣1
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülhün mövcud olduğunu, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində isə əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.
❤1👍1
Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sammitdə AQEM-in gələcək inkişafı, o cümlədən təşkilatın Avrasiya məkanında çoxtərəfli əməkdaşlıq sisteminə inteqrasiyası məsələləri müzakirə olunacaq.
👍2👎1
Ayxan Hacızadə Fransa XİN rəhbərinə cavab verib: Parisi Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq
👍3
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Bu barədə NTV məlumat yayıb.

O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.
👍4
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Bakının mərkəzində kəlağayı yürüşü keçirilib

• QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanım milli baş örtüyü – kəlağayı ilə Qız Qalasının qarşısından yürüşə başlayıb.

• Təşəbbüsün məqsədi milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasıdır.

• Qeyd edək ki, Azərbaycan kəlağayısı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

APA
👍5😁4👏2🤡2🤪1
İran XİN rəhbərinin müavini Qəribabadi Bakıda AQEM-in sammitinə qatılacaq
👍3
Forwarded from APA
❗❗DİQQƏT ❗❗
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrail Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
👍3👎2😈2