Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
✔
22.4K subscribers
21.1K photos
2.67K videos
3 files
5.63K links
Download Telegram
Şəhid Anar Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn mayor Məmmədov Anar Elşad oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Ətraflı: https://mod.gov.az/az/news/sehid-anar-memmedovun-xatiresine-hesr-olunmus-anim-tedbiri-kecirilib-video-57025.html
Media is too big
VIEW IN TELEGRAM
Mayın 3-də Bakıda “Küləyə qalib gəl” şüarı ilə “Bakı Marafonu – 2026” keçirilib.
Milli Müdafiə Universitetinin tabeliyində Heydər Əliyev adına Hərbi İnstitutun 40 nəfərlik heyəti marafonda iştirak edərək 42 km məsafəni əzmlə qət edib və yüksək intizam nümayiş etdiriblər.

#BakıMarafonu2026 #KüləyəQalibGəl #AzərbaycanOrdusu #MMU #Hərbiİnstitut #İdman #Vətənpərvərlik
"EFES - 2026” təliminə hazırlıq prosesi davam edir

Hərbi qulluqçularımızın iştirakı ilə Türkiyə Respublikasında keçirilən “EFES - 2026” çoxmillətli təliminin hazırlıq məşqləri davam edir.

Ətraflı: https://mod.gov.az/az/news/quot-efes-2026-telimine-hazirliq-prosesi-davam-edir-57027.html
____

Продолжается подготовка к учениям «EFES-2026»

Продолжаются подготовительные тренировки к многонациональным учениям «EFES-2026», проводимым в Турецкой Республике с участием азербайджанских военнослужащих.

Подробнее: https://mod.gov.az/ru/news/prodolzhaetsya-podgotovka-k-ucheniyam-efes-2026-57029.html
ƏÜO-da hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başa çatıb.

Ətraflı: https://mod.gov.az/az/news/euo-da-herbi-vezifelilerle-novbeti-telim-toplanisi-kecirilib-video-57031.html
____

В Отдельной общевойсковой армии проведён очередной учебный сбор с военнообязанными

В соответствии с планом подготовки на текущий год, в рамках совместных мероприятий с Государственной службой по мобилизации и призыву на военную службу, в Н-ской воинской части Отдельной общевойсковой армии завершился очередной учебный сбор, проведённый с привлечением группы военнообязанных.

Подробнее: https://mod.gov.az/ru/news/v-otdelnoj-obshevojskovoj-armii-provedyon-ocherednoj-uchebnyj-sbor-s-voennoobyazannymi-video-57032.html
Media is too big
VIEW IN TELEGRAM
ƏÜO-da hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib
Azərbaycan ilə Türkiyə hərbi nümayəndə heyətlərinin görüşü keçirilib

Bakıda Azərbaycan ilə Türkiyə arasında kütləvi qırğın silahlarından mühafizə sahəsi üzrə qabiliyyətlərin inkişaf etdirilməsi və bu sahədə dünyada cərəyan edən hadisələrin təqib edilməsi məqsədilə görüş keçirilib.

Ətraflı: https://mod.gov.az/az/news/azerbaycan-ile-turkiye-herbi-numayende-heyetlerinin-gorusu-kecirilib-57034.html
____

Состоялась встреча военных делегаций Азербайджана и Турции

В Баку состоялась встреча азербайджанской и турецкой делегаций, направленная на развитие возможностей в сфере защиты от оружия массового поражения и отслеживание происходящих в мире процессов в данной области.

Подробнее: https://mod.gov.az/ru/news/sostoyalas-vstrecha-voennyh-delegacij-azerbajdzhana-i-turcii-57035.html
ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Ətraflı: https://mod.gov.az/az/news/euo-da-muddetden-artiq-heqiqi-herbi-xidmet-herbi-qulluqcularinin-hazirligi-kursu-nun-novbeti-buraxilis-merasimi-kecirili-57037.html
____

В Отдельной общевойсковой армии состоялась церемония выпуска

В Отдельной общевойсковой армии состоялась церемония выпуска по случаю успешного завершения очередного «Курса подготовки военнослужащих сверхсрочной действительной военной службы».

Подробнее: https://mod.gov.az/ru/news/v-otdelnoj-obshevojskovoj-armii-sostoyalas-ceremoniya-vypuska-video-57038.html
“Nişan” sözü - fars mənşəlidir və “əlamət”, “iz”, “işarə” mənalarını bildirir. (Sən bu nişanla bil məni, mən bu nişanə sığmazam. /İ.Nəsimi)
Sözün daha qədim kökünün “göstərmək”, “bildirmək” mənası ilə bağlı olduğu qəbul edilir. Dilimizdə də nişan vermək ifadəsi həmin mənada işlədilir.
“Nişan” sözü Azərbaycan ədəbi dilində bir neçə əsas mənada işlədilir və düzəltmə sözlər, mürəkkəb ifadələr yaradır: əlamət, işarə (məsələn: yol nişanı), iz, nişanə (bir hadisənin izi), hədəf (nişan almaq, nişahngah), uzük taxma mərasimi (nişanlanma), orden (dövlət nişanı). Azərbaycan dili ilə yanaşı digər türk dillərində də oxşar formalarda işlənir: məsələn, Türkiyə türkcəsi, qazax, qırğız dillərində nişan, özbəkcə nichon, uyğurca nijan və s..
“Nişan” sözü məişətdə olduğu kimi, rəsmi və hərbi sahələrdə də geniş və çoxmənalı şəkildə işlənən qədim mənşəli sözlərdən biridir. Hərbi terminologiyada “nişan” sözü bir neçə yaxın mənada işlədilir və kontekstdən asılı olaraq fərqli izah olunur:
1. Hədəf (atəş üçün obyekt). "Nışan" - silahla vurulmalı olan obyekt. Məsələn: düşmən mövqeyi, texnika və ya konkret bir nöqtə.
2. İşarə və ya qeyd nöqtəsi. Xəritə üzərində və ya döyüş planlarında müəyyən edilmiş xüsusi nöqtəni göstərmək üçün də bu sözdən istifadə oluna bilər.
3. Nişangah (texniki anlayış kimi). Bəzən danışıq dilində “nişan” sözü silah üzərindəki nişangah sistemi (görmə qurğusu) mənasında da işlədilir, lakin termin “nişangah”dır.
Nişan sözü "mişen" olaraq, rus dilinə məhz hədəf, məqsəd mənasında keçmişdir.
Sözün digər əsas mənası - orden də hərbi terminologiyaya daxildir.
Hərbi terminologiyada nişan (fərqləndirmə nişanı, döş nişanı, qol nişanı) hərbi qulluqçuların mənsubiyyətini, hərbi rütbəsini, xidmət müddətini, ixtisasını və ya təltiflərini göstərən xüsusi əlamət, emblemdir.

Könül Nəhmətova
Filologiya üzrə fəlsəfə doktoru
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müasir hərbi təhsil və hərb elminin inkişaf perspektivləri” mövzusunda 21-ci respublika elmi-praktik konfransı öz işinə başlayıb.
Milli Müdafiə Universitetinin təşəbbüsü ilə təşkil olunan konfrans ölkənin xüsusi təyinatlı ali təhsil müəssisələri, güc strukturları və elmi təşkilatlarının geniş nümayəndə heyətlərini bir araya gətirib.
Açılış nitqi ilə çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ordusunun və milli hərbi təhsil sisteminin formalaşmasında misilsiz qurucu rolundan bəhs edib. Qeyd olunub ki, 1993-cü ildən etibarən həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu müasir, peşəkar və güclü orduya çevrilib.
Çıxışda vurğulanıb ki, bu siyasi kurs hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Son 20 ildə aparılan islahatlar nəticəsində Azərbaycan Ordusu müasir silah və texnika ilə təchiz olunaraq regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib və 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazanıb.

#AzərbaycanOrdusu
#MüdafiəNazirliyi
#MilliMüdafiəUniversiteti
#HeydərƏliyev103