Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
✔
22.4K subscribers
21.1K photos
2.67K videos
3 files
5.63K links
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçirilən ali təhsil müəssisələrinin sərgisində Milli Müdafiə Universitetinin (MMU) də stendi yer alıb.
Sərgidə MMU-da mövcud ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, aylıq müavinətlər və digər məsələlərlə bağlı ətraflı məlumat verilib, bukletlər paylanılıb.
MMU-nun stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu
#MMU
#DİM
#FəxrEdəcəyinGələcəyiSeç
Kursantlarımız “Aybın - 2025” hərbi-vətənpərvərlik toplanışında iştirak edirlər

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bir qrup kursant və müəllim heyəti Aktobe şəhərində keçirilən “Aybın - 2025” (“Şücaət - 2025”) beynəlxalq hərbi-vətənpərvərlik toplanışında iştirak etmək üçün Qazaxıstanda səfərdədir.
Qazaxıstan Hərbi Hava Hücumundan Müdafiə Qüvvələri İnstitutunda təşkil olunan tədbirdə Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiyadan 14-17 yaşlı gənclər iştirak edir.
Plana uyğun olaraq, gənclər intellektual, hərbi-taktiki səhra oyunları, yaradıcılıq və robototexnika üzrə yarışlarda güc, bilik və bacarıq nümayiş etdirəcəklər.
Toplanış çərçivəsində, həmçinin hərbçilər tərəfindən təmsil etdikləri xalqların mədəniyyətini əks etdirən proqramlar, ekspozisiyalar nümayiş olunacaq.
Tədbirin məqsədi gənclərdə hərbi-vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, hərbi və fiziki hazırlığın, həmçinin psixoloji dayanıqlığın artırılmasıdır.
“Aybın - 2025” beynəlxalq hərbi-vətənpərvərlik toplanışı iyunun 28-dək davam edəcək.

#Şücaət2025
#Aybın2025
#Aktobe
#MMU
#HeydərƏliyevHərbiLiseyi
#CəmşidNaxçıvanskiHərbiLiseyi
#AzərbaycanGəncliyi
#VətənəXidmət
#AzərbaycanOrdusu 🇦🇿
#MüdafiəNazirliyi
____

Азербайджанские курсанты принимают участие в военно-патриотическом сборе "Айбын-2025"

Группа курсантов и преподавательского состава Военного лицея имени Гейдара Алиева и Военного лицея имени Джамшида Нахчыванского при Национальном университете обороны находится с визитом в Казахстане для участия в международном военно-патриотическом сборе "Айбын-2025" ("Доблесть-2025"), проходящем в городе Актобе.
В мероприятии, организованном в Институте войск противовоздушной обороны Военно-воздушных сил Казахстана, принимают участие юноши в возрасте от 14 до 17 лет из Азербайджана, Беларуси, Казахстана, Кыргызстана, Узбекистана и России.
В соответствии с программой мероприятия, участники продемонстрируют силы, знания и навыки в интеллектуальных конкурсах, военно-тактических полевых играх, а также в соревнованиях по творчеству и робототехнике.
В рамках сбора военнослужащие представят экспозиции и программы, посвящённые культуре своих народов.
Целью мероприятия является укрепление военно-патриотического духа среди молодежи, повышение уровня военной и физической подготовки, а также развитие психологической устойчивости.
Международный военно-патриотический сбор "Айбын - 2025" продлится до 28 июня.

#Айбын2025
#Актобе
#НациональныйУниверситетОбороны
#ВоенныйЛицейимениГейдараАлиева
#ВоенныйЛицейимениДжамшидаНахчыванского
#АзербайджанскаяАрмия 🇦🇿
#МинистерствоОбороны
Media is too big
VIEW IN TELEGRAM
Mayın 3-də Bakıda “Küləyə qalib gəl” şüarı ilə “Bakı Marafonu – 2026” keçirilib.
Milli Müdafiə Universitetinin tabeliyində Heydər Əliyev adına Hərbi İnstitutun 40 nəfərlik heyəti marafonda iştirak edərək 42 km məsafəni əzmlə qət edib və yüksək intizam nümayiş etdiriblər.

#BakıMarafonu2026 #KüləyəQalibGəl #AzərbaycanOrdusu #MMU #Hərbiİnstitut #İdman #Vətənpərvərlik