Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
Son illərdə çox işlək olan “zəfər” sözü Azərbaycan dilinə ərəb dilindən keçmiş və yüksək üslubi çalara malik olan leksik vahidlərdən biridir. Ərəb dilindəki “ẓafar” (ظفر) sözü “qalib gəlmək”, “qəti qələbə çalmaq”, “uğur qazanmaq”, “düşmən üzərində tam üstünlük…
Şah İsmayıl Xətai yaradıcılığında isə "zəfər" sözü hökmdarlıq və fatehlik rəmzinə çevrilir. Onun poeziyasında: “zəfər tacı”, “zəfər bayrağı”, “zəfər ordusu” kimi ifadələr dövlət gücünü və siyasi iradə və qüdrəti ifadə edir.
Müasir Azərbaycan poeziyasında da “zəfər” sözü epik ruhunu qoruyub saxlayır. Xalq şairi Səməd Vurğun müharibə dövrü şeirlərində bu sözü xalqın iradəsi ilə bağlayırdı: “Zəfər bizim olacaq!”
Beləliklə, “zəfər” sözü Azərbaycan dilində sadəcə qələbə anlayışını ifadə etmir, o, xalqın mənəvi gücünü, tarixi yaddaşını, milli qürur və heysiyyətini özündə ehtiva edən dərin məzmunlu anlayış kimi işlədilir.
#AnaDili
#DilimizKimliyimizdir
#QalibAzərbaycanOrdusu🇦🇿
#MüdafiəNazirliyi