AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
1.75K subscribers
4.99K photos
505 videos
831 links
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Download Telegram
🚧 Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda (kanala yaxın ərazidə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

🚌 Məhdudiyyət səbəbindən 210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

🔹Dəyişikliyə əsasən,

• 210 nömrəli marşrut Hövsan qəsəbəsi – Hövsan bağları;
• 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası - Hövsan bağları;
• 215 nömrəli marşrut Türkan qəsəbəsi – Türkan bağları – Hövsan bağları (məhdudiyyət tətbiq edilən ərazi) istiqamətində fəaliyyət göstərəcək.
❤2
🚌 Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

• 567 nömrəli (Qobu qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut üzrə hüquqi şəxs “Xaliq Faiqoğlu” MMC;

• Bakı–Sınıq Körpü marşrutu üzrə fiziki şəxslər Abbasov Eyvaz Abbas oğlu və Əmiraslanov Orxan Nadir oğlu;

• Bakı–Zaqatala marşrutu üzrə fiziki şəxs Bilalov Bəxtiyar Bilal oğlu;

• Bakı–Qusar və Bakı–Quba marşrutları üzrə hüquqi şəxs “ALIOSMAN AĞASOY” MMC;

• Bakı–Xudat marşrutu üzrə hüquqi şəxs “Logistics And Transport Services” MMC;

• İkinci Nügədi – Heydər Əliyev prospekti (Quba) marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC qalib elan olunublar.

✅ Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.
👎1
Media is too big
VIEW IN TELEGRAM
🚌 Marşrut üzrə avtobusların dayanacağa eyni anda gəlməsi təsadüf deyil. Bunun səbəbi nədir və həlli necə mümkündür?

Avtobus zolaqları hərəkət intervalının qorunması və ictimai nəqliyyatın daha stabil fəaliyyəti üçün vacibdir.

🎥 Ətraflı videoda!
❤3👍3
🚧 Noyabrın 4-də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin (Bakı istiqamətində) yenidən inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

🚍 Məhdudiyyət səbəbindən 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

❗ Dəyişikliyə əsasən, avtobusların hərəkəti Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil ediləcək.
❤1
🗓️ 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar 6-10 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

🎫 Sərnişindaşımaların fasiləsiz və təhlükəsiz təşkili, avtobusların hərəkət qrafikinə riayət olunması və yarana biləcək sıxlığın qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

🚌 Sərnişin tələbatına uyğun olaraq xətlərə əlavə avtobuslar buraxılacaq, hərəkət intervallarına və təhlükəsizlik qaydalarına nəzarət gücləndiriləcək.

🎫 Biletləri avtovağzalların kassalarından, həmçinin “biletim.az” portalından onlayn qaydada əldə etmək mümkündür.

ℹ️ “biletim.az” portalında 61 məntəqəyə, 97 istiqamət üzrə bilet satışı həyata keçirilir. Sistemə 379 reys olmaqla 426 nəqliyyat vasitəsi qoşulub.

✅ Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Media is too big
VIEW IN TELEGRAM
📢 “Bizdən Soruş!” | #7

⛔️ Rubrikamızın növbəti buraxılışında yol hərəkətinin təşkili, yol nişanları, nişanlanma və digər mövzularla bağlı bütün suallara aydınlıq gətirdik.

🎬 Tam versiyanı izləmək üçün YouTube kanalımıza keçid edin.
🚌 Metro xətlərinin ayrılması layihəsinin başlanması nəticəsində yaranan böyük sərnişin axınına baxmayaraq avtobuslar fasiləsiz xidmət göstərir.

🕑 Videomaterialda 3 noyabr 07:30-22:00 saat aralığında sərnişin axını nümayiş olunub
🚌 203 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.

🗓️ Noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.

⏱️ Avtobuslar 10-12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

ℹ️ Marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil
AYNA tərəfindən 26-30 oktyabr tarixləri aralığında Bakı şəhəri və regionlar üzrə sahibkarlara göstərilən xidmətlər:

📍 Bakı şəhəri (Bakı “KOB evi”):

Ümumi: 715 sahibkara 6 993 xidmət göstərilib.

Beynəlxalq yükdaşıma: 705 daşıyıcı, 4 566 xidmət (“İcazə” blankı və taxoqraf kartı)
Fərqlənmə nişanı: 5 daşıyıcı, 2 418 xidmət (taksi və avtobus üzrə)
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşıması: 5 vətəndaşa informasiya xidməti, 9 sənəd (1 çoxtərəfli sənəd, 6 müqavilə, 1 pasport, 1 razılaşdırma protokolu).

ℹ️ Regionlar üzrə isə ümumi 171 sahibkara (daşıyıcıya) 1 214 xidmət göstərilib.
🎟️ “Biletim.az” portalı üzərindən onlayn bilet satışı 1,6 dəfə artıb.

🎫 2026-cı ilin yanvar-oktyabr ayları ərzində portal vasitəsilə onlayn qaydada 1 034 341 bilet əldə edilib.

✅ Bu ilin 10 ayı ərzində onlayn bilet satışının həcmi 42% olub. Ötən ilin müvafiq dövründə bu göstərici 28% idi.

☑️ 2025-ci ilin yanvar-oktyabr ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 36,5% idisə, cari ilin müvafiq dövründə bu göstərici 48%-ə yüksəlib.

✔️ Bu artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.
🚌 Avtobuslardan istifadə rekord həddə çatıb!

📈 Bakıda müntəzəm avtobus marşrutları ilə daşınan sərnişinlərin sayı 2026-cı ilin:

• oktyabr ayında 53 921 482 nəfər;
• 9 ayında 386 227 196 nəfər təşkil edib.

Bu da 2025-ci ilin:

• oktyabr ayı ilə müqayisədə 15,1%
• 9 ayı ilə müqayisədə isə 7% artım deməkdir.
👎4👍1
📺 Ekranlardan evlərimizə, radiodalğalardan gündəlik həyatımıza uzanan səslər, xəbərlər və hekayələr…

İnsanları məlumatlandıran, dünyaya açılan pəncərəmiz olan televiziya və radio əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirik! 🎙️
🚇 Bakı Metropoliteninin fəaliyyətə başlamasının 59-cu ili münasibətilə bütün əməkdaşlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
👏2
🚌 Metro xətlərinin ayrılması layihəsinin başlanması nəticəsində yaranan böyük sərnişin axınına baxmayaraq avtobuslar fasiləsiz xidmət göstərir.

🕑 Videomaterialda 5 noyabr 07:30-22:00 saat aralığında sərnişin axını nümayiş olunub
😡2❤1