Azərbaycan Tələbələri
20.7K subscribers
27.9K photos
3.15K videos
119 files
3.53K links
🇦🇿Azərbaycan Respublikasının ilk Rəsmi Təhsil Kanalı

Təhsildə baş verən ən son yeniliklər!

©️Müəllif hüquqları qorunur!

https://telebetehsil.az/

link:
https://t.me/azetelebe

Reklam və iş birliyi üçün:

+994552219799 Wp

@Telebetehsilmerkezi
Download Telegram
Azərbaycan Tələbələri
Photo
Hər gün "Təcrübəm yoxdur, iş tapa bilmirəm, nə etməliyəm?" məzmunlu onlarla paylaşımla qarşılaşırıq.
Müəssisələr təcrübəsi olmadığına görə gəncləri işə qəbul etmir, gənclər isə təcrübəni harada toplamaq lazım olduğunu bilmir.
Elə bu mövzunu araşdırmışıq. İnanırıq ki, faydalı olacaq.
Deməli, ölkəmizdə ötən ilin Noyabr ayında Təcrübə və Təqaüd Proqramları adlı yeni layihə fəaliyyətə başlayıb. Layihə rəhbərləri gənclərdir, proqram sosial yönümlüdür. Layihənin komandası hər gün onlarla şirkətlə danışıqlar aparır, rəsmi müqavilələr imzalayır və əməkdaşlıq etdikləri şirkətlərə təcrübəçilət göndərirlər. Məqsəd gənclərin praktiki biliklərinin təkmilləşdirilməsi və şirkətlərin kadr bazasının formalaşdırılmasına dəstək göstərməkdir. 4 aylıq müddət ərzində uğurlu nəticələr var. Gənclər 35 şirkətlə rəsmi müqavilə imzalamağı bacarıb, təcrübə proqramını uğurla bitirən 40 nəfərdən 12 nəfər təcrübə keçdiyi şirkətlərdə işlə təmin olunub, hazırda 90-dan çox gənc proqramda iştirak edir.
35 şirkətdə 100-dən çox vəzifə üzrə aktiv təcrübə proqramları mövcuddur.
Sizinlə həmin layihənin instagram səhifəsini, telegram kanalını və whatsapp nömrəsini paylaşırıq. İzləyin, yararlanın. Özünüzə etdiyiniz yatırım heç vaxt itmir, özünüzü inkişaf etdirin ki, cəmiyyətimizə fayda verəcək mütəxəssislərin sayı çox olsun!

Təcrübə proqramları və online qeydiyyatla bağlı aşağıdakı linkə keçid edin:
https://l24.im/nUAOSJj

İnstagram: @tecrubeveteqaud.az
Telegram: @tecrubeveteqaud
Əlaqə: +994702145250

#təcrübə #təqaüd #karyera #inkişaf #praktika #vakansiya #cv #iş #tələbə #məzun #tecrube #telebe #mezun #job #paylaş #kaydet