Azərbaycan Texniki Universiteti
3.94K subscribers
1.64K photos
59 videos
5 files
584 links
🏛Azərbaycan Texniki Universitetinin rəsmi telegram kanalı
💻www.aztu.edu.az
☎️(012)5383383
📧metbuat@aztu.edu.az
📍H.Cavid prospekti 25, AZ 1073
Download Telegram
AzTU-nun rektoru Vilayət Vəliyev qış imtahan sessiyasının gedişini izləyib.

#AzTU #imtahan
Magistraturaya qəbul olunmaq istəyənlərin nəzərinə❗️

✅Sənəd qəbulunun və qəbul imtahanının (I cəhd) vaxtı açıqlandı❗️
AzTU-da imtahan sessiyasının təşkilinə dəstək göstərilməsi, eyni zamanda universitetin magistratura səviyyəsində təhsil alan tələbələr və magistr məzunların pedaqoji biliklərinin inkişaf etdirilməsi məqsədilə “İmtahan assistentləri” müsabiqəsi elan edilir.

Müsabiqədə iştirak etmək istəyənlərdən təqdim olunan linkdən qeydiyyatdan keçərək müvafiq bölmələri doldurmaları xahiş olunur.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/1_UqLW5tQU0HV8dVsfOxBlPnDDsnbFSVx09pGdNhGDPc/edit

Qeydiyyat üçün son tarix: 15.01.2024, saat 18:00
Beynəlxalq əlaqələr və tədqiqat üzrə dekan müavini vəzifəsinə vakansiya elan olunur

Daha ətraflı: https://www.aztu.edu.az/az/announcement/beynelxalq-elaqeler-ve-tedqiqat-uzre-dekan-muavini-vezifesine-vakansiya-elan-olunur-279
AzTU-da fəaliyyət göstərən "Bilişim Vadisi Bakı" "RoboCode" robotik kodlama düşərgəsinə başlayır

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, AzTU-da fəaliyyət göstərən "Bilişim Vadisi Bakı"nın və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə "RoboCode" robotik kodlama düşərgəsinə start verilir.

Əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşaraq karyera qurmaq istəyən gəncləri qısa müddətdə əhəmiyyətli vasitə olan “ROS” ekosisteminə aid bilik və bacarıqlarla təmin etməkdir. Eyni zamanda müvafiq istiqamətdə innovativ həlləri təşviq etməklə iştirakçılara bu sahələrdə layihələrini inkişaf etdirməyə kömək etmək prioritetdir.

Bir ay boyunca davam edəcək düşərgədə iştirakçılar müasir robototexnika və avtomatlaşdırma texnologiyaları sahəsində geniş biliklər əldə edəcəklər. Həmçinin onlar yerli və xarici peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərdə təcrübi bilikləri mənimsəməklə karyera perspektivlərini genişləndirmək imkanı qazanacaqlar.

Düşərgədə “C++”, “Python” proqramlaşdırma və “Linux” biliklərinə başlanğıc səviyyədə malik olan 18-30 yaşarası gənclər iştirak edə bilərlər.

Müraciət üçün son tarix: 31 yanvar 2024

Qeydiyyat üçün link: https://forms.gle/qAWmissA45danEJj6
MBA proqramı çərçivəsində “Təhlükəsiz DevOps” fənni üzrə müəllimlərin işə qəbulu elan olunur

Daha ətraflı: https://www.aztu.edu.az/az/announcement/mba-proqrami-cercivesinde-tehlukesiz-devops-fenni-uzre-muellimlerin-ise-qebulu-elan-olunur-281
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi, əməkdaşları və tələbələri Şəhidlər xiyabanını ziyarət edib.
AzTU-da “TEKNOFEST-2024”lə bağlı infosessiya keçiriləcək.
İnfosessiyada TEKNOFEST-in baş katibi Muhammet Saymaz tələbələri maraqlandıran sualları cavablandıracaq.
 
26 yanvar
11:00
AzTU, əsas korpus, böyük akt zalı 
Əziz tələbələr!
Təqaüdlər köçürüldü!
Xeyirli olsun!
📢Azərbaycan Texniki Universiteti (AzTU) və AzTU-da yerləşən Bilişim Vadisi Bakının dəstəyi ilə “Intech Academy” tərəfindən "İNNOVATİV HƏLLƏR" mövzusunda hakaton keçiriləcək.

✅31.01.24 - 01.02.24 tarixləri arasında keçiriləcək hakaton AzTU-da ilk dəfə təşkil olunur.

📍Hakatonda həllər üzrə üç alt kateqoriya müəyyən edilib.

📝Qaydalara əsasən, tələbələr hakatonda kateqoriyalar üzrə təkliflərini təqdim edəcəklər. Münsiflər heyətinin qiymətləndirməsindən sonra ilk 3 yerin qalibləri seçiləcək.
Həmçinin hakaton çərçivəsində "Ən parlaq fikir" nominasiyasının qalibi də müəyyən olunacaq. 

🏆Qaliblərə medal, sertifikat və pul mükafatı təqdim olunacaq.

👨🏻‍💻Qeyd edək ki, hakatona qatılan tələbələrin hər biri “Intech Academy”nin təlimlərinin iştirakçılarıdır. 
AzTU-nun altı tələbəsi “Erasmus+” çərçivəsində xaricdə təhsil alacaq

Daha ətraflı: https://www.aztu.edu.az/az/news/aztu-nun-alti-telebesi-erasmus-cercivesinde-xaricde-tehsil-alacaq-8491
AzTU məzunu Gənclər üçün Prezident mükafatına layiq görülüb

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsi iştirakçısı, "Gənc Könüllülər" İctimai Birliyinin sədri Ayxan Allahverdiyev Prezident İlham Əliyevin Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülüb.

Ayxan Allahverdiyev 2020-ci ildə AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsini bitirib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ayxan Allahverdiyev Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Tədqiqat və inkişaf şöbəsinə baş mütəxəssis vəzifəsinə vakansiya elan olunur
Daha ətraflı: https://www.aztu.edu.az/az/announcement/tedqiqat-ve-inkisaf-sobesine-bas-mutexessis-vezifesine-vakansiya-elan-olunur-286
AzTU TGT sədri Ruslan Qənbərov "İlin Tələbə Gənclər Təşkilatı Sədri" mükafatına layiq görülüb. 

Təbrik edirik!
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə tarixin ən dəhşətli faciəsi törədildi - Xocalı soyqırımı

Xocalı soyqırımı ilə bağlı çəkdiyi fotoları bütün dünyada yayılan, dünya şöhrətli fotojurnalist, həmyerlimiz Reza Deqati ilə Azərbaycan Texniki Universitetində “Reza Deqatinin gözündə Xocalı soyqırımı“ adlı görüş keçiriləcək.

Gəlin, Xocalı dəhşətlərinə Reza Deqatinin gözü ilə baxaq.

🗓️15.02.2023
⏰10:00
📍Azərbaycan Texniki Universiteti