Azərbaycan Texniki Universiteti
3.95K subscribers
1.64K photos
59 videos
5 files
584 links
🏛Azərbaycan Texniki Universitetinin rəsmi telegram kanalı
💻www.aztu.edu.az
☎️(012)5383383
📧metbuat@aztu.edu.az
📍H.Cavid prospekti 25, AZ 1073
Download Telegram
Müsahibə bacarıqlar təlimi

Gənclər, sonuncu dəfə müsahibə təcrübəniz nə vaxt olub?
Hələ də müsahibədən niyə kəsildiyinizin səbəbini axtarırsınız?
Gəlin sualınızın cavabını bu dəfə tapaq.

Heç müsahibə təcrübəsi olmayan, həmçinin müsahibələrdə uğursuz olan tələbə və məzunlarımızı "müsahibə bacarıqları" təliminə dəvət edirik!

Təlim zamanı iş müsahibələrində tez-tez verilən müsahibə suallarını və cavablarını simulyasiya edərək onlara necə cavab verməli olduğunu öyrənəcək və bir daha müsahibədən kəsilmək probleminizi aradan qaldıracaqsınız.

Təlim "Karyera Məsləhətçilərinin Peşəkar İnkişaf Kursu" layihəsinin məzunu, Karyera və Məşğulluq Mərkəzinin baş mütəxəssisi Qızıl Allahverdiyeva tərəfindən keçiriləcək.

Tarix : 13 mart, saat 13:30.
Məkan: 1-ci korpus, 5-ci mərtəbə, otaq 512.

İştirak üçün qeydiyyatdan keçməyiniz xahiş olunur.

Müraciət üçün link:
https://forms.gle/ufQZVHdeZvg6NNwK8

Son müraciət tarixi 11 mart

#AzTU #karyera #müsahibə
#AzTU-da yay imtahan sessiyasının yekunları ilə bağlı "Açıq qapı" günü keçiriləcək.

"Açıq qapı" günündə AzTU-nun rektoru Vilayət Vəliyev, tələbələr, onların valideynləri, həmçinin universitet nümayəndələri iştirak edəcəklər.
AzTU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!


#AzTU
#təqaüd
#yüksəkbal
🔹28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün portal.edu.az üzərindən qeydiyyat prosesinə start veriləcək.
🔹Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.
✅Sənəd qəbulu ilə əlaqədar hər hansı sualınız yaranarsa AzTU-nun sənəd qəbulu komissiyasına müraciət edə bilərsiniz.

#AzTU #TürkiyəAzərbaycanUnivetsiteti #TAU #sənədqəbulu
Bilik Gününüz mübarək!

#AzTU #BilikGünü
Diqqət!
IDTech Academy-dən AZTU tələbələri üçün böyük fürsət!✅

📊Kibertəhlükəsizlik və DevOps sahələri üzrə peşəkar təlimçilərimiz Aydın Qurbanlı və Elşən Fərzəliyev tərəfindən ödənişsiz seminar keçiriləcək!

✅Bu seminar texnologiyaya marağı olan tələbələr və inkişaf etmək istəyən hər kəs üçün mükəmməl bir fürsətdir!
Gəlin, texnologiya sahəsinə ilk addımları birlikdə ataq!

📅Tarix: 26 noyabr
⏱️Saat: 14:00
📍Ünvan: Azərbaycan Texniki Universiteti

Qeydiyyat linki: https://forms.gle/AHqQEWroYaz7hSkS7

#AzTU #TGT #iDTechAcademy #Kibertəhlükəsizlik #DevOps
Əziz tələbələr!

Sizi Azərbaycan Texniki Universiteti (AzTU) və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək “Huawei Open Day” tədbirində iştirak etməyə dəvət edirik.

Tədbirin əsas məqsədi tələbələrə beynəlxalq təcrübə imkanları, inkişafı proqramları və karyera perspektivləri barədə ətraflı məlumat təqdim etməkdir.

Tədbirdə qeyd olunan ixtisaslar üzrə 3 və 4-cü kurs bakalavr tələbələri ilə yanaşı, magistratura səviyyəsində təhsil alanlar da iştirak edə bilər.

📅 06.05.2025
🕒 14:00 – 15:00
📍 AzTU, böyük akt zalı

Qeyd: Tədbirin rəsmi dili ingilis dilində olacaq və interaktiv sessiyada iştirak edən tələbələr üçün müxtəlif hədiyyələr təqdim ediləcək.

#AzTU #Huawei #açıqqapıgünü
“Bayraktar Teknoloji Azərbaycan” şirkəti tələbələr üçün 2025-ci il üzrə yay təcrübə proqramı elan edir

🔗 https://aztu.edu.az/az/announcement/bayraktar-teknoloji-azerbaycan-sirketi-telebeler-ucun-2025-ci-il-uzre-yay-tecrube-proqrami-elan-edir-559

#AzTU #Bayraktar #təcrübəproqramı
Azərbaycan Texniki Universiteti ilk dəfə “QS 2026 Dünya Universitetlərinin Reytinqi”ndə TOP 1000-də yer aldı

🔗https://aztu.edu.az/az/news/azerbaycan-texniki-universiteti-ilk-defe-qs-2026-dunya-universitetlerinin-reytinqi-nde-top-1000-de-yer-aldi-9093

#AzTU #ETN #EATDA #QS
Niyə Xüsusi texnika və texnologiya fakültəsi?

Üstünlüklər və ixtisasları təqdim edirik!

#AzTU #xususitexnikatexnologiya #abituriyent #tələbəqəbulu
Niyə Maşınqayırma və robototexnika fakültəsi?

Üstünlüklər və ixtisasları təqdim edirik!

#AzTU #maşınqayırmarobototexnika #abituriyent #tələbəqəbulu
Niyə İqtisadiyyat və idarəetmə fakültəsi?

Üstünlüklər və ixtisasları təqdim edirik!

#AzTU #iqtisadiyyatvəidarəetmə #abituriyent #tələbəqəbulu
Niyə İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi?

Üstünlüklər və ixtisasları təqdim edirik!

#AzTU #itt #abituriyent #tələbəqəbulu
İxtisas seçiminin nəticələri açıqlandı!✅
AzTU tələbəsi adını qazananları təbrik edirik!🥳

#AzTU
AzTU tələbələrinin nəzərinə!

AzTU Həmkarlar İttifaqı Komitəsi vakansiya elan edir!

#AzTU #vakansiya #hikaztu
Azərbaycan Texniki Universiteti (AzTU) 75 illik tarixi əzində ölkəmizin elm, sənaye və texnologiya sahələrinin inkişafına mühüm töhfələr vermiş yüksək ixtisaslı mütəxəssislər yetişdirib.

Bu möhtəşəm irsin davamı olaraq AzTU-nun 75 illiyi münasibətilə bütün məzunlarımızı bir araya gətirəcək Məzun Assosiasiyasının II Zirvə Görüşü təşkil olunacaq. Bu tədbir universitet tarixində xüsusi əhəmiyyət daşıyacaq.

75 il ərzində AzTU-nu müxtəlif illərdə bitirən bütün məzunları bu təntənəli tədbirdə iştiraka dəvət edirik.

Bu görüş həm keçmişə baxış, həm yeni əlaqələrin qurulması, həm də böyük irsin davamlılığını bir daha nümayiş etdirəcək.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfgoXz7bzNg060se156eSixOfl4C2PDL8P_Iolmo-iKyKSuPQ/viewform?usp=send_form

#AzTU #məzun