Azərbaycan Texniki Universiteti
3.95K subscribers
1.64K photos
59 videos
5 files
584 links
🏛Azərbaycan Texniki Universitetinin rəsmi telegram kanalı
💻www.aztu.edu.az
☎️(012)5383383
📧metbuat@aztu.edu.az
📍H.Cavid prospekti 25, AZ 1073
Download Telegram
📢Tələbə və müəllimlərin nəzərinə!

✅İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə startaplar və startap mentorları üçün təlim proqramına qeydiyyat başlayıb.

🔴Ölkədə sağlam innovasiya mühiti formalaşdırmaq, ekosistemdə rəqabət qabiliyyətini gücləndirmək üçün 20 mentor və 20 startap komandası seçiləcək.

📌Unikal biliklərlə zəngin proqram çərçivəsində startaplar üçün SAP (Startup Acceleration Program) və startap mentoru olmaq istəyən akademik heyət üçün TTT (Train the Trainer) təlimləri keçiriləcək.

🎯Proqramın sonunda 10 ən uğurlu startap komandasının hər birinə “Samsung Galaxy Tab S9” planşet hədiyyə ediləcək.

🔗Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSeaGQS5eD12U5l3JCBQtvIm0QaPC1FLOFwajmniw_cDuhlziQ/viewform

✅Son qeydiyyat tarixi: 24.12.2023
Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının dosenti Eldar Atayev vəfat edib. Eldar Atayev 1978-ci ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb.

O, 4 dərs vəsaiti və 60-a yaxın elmi məqalənin müəllifi idi.

AzTU-nun rəhbərliyi və kollektivi Eldar Atayevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!
AzTU-da MBA proqramı çərçivəsində yaz semestri üzrə müəllimlərin işə qəbulu elan olunur

Daha ətraflı: https://www.aztu.edu.az/az/announcement/aztu-da-mba-proqrami-cercivesinde-yaz-semestri-uzre-muellimlerin-ise-qebulu-elan-olunur-274
Doğum gününüz mübarək, cənab Prezident!

#İlhamAliyev
#İlhamƏliyev
#mypresident
❗Azərbaycan Universitetləri üzrə 2023-CÜ İLİN REKTORU Vilayət Vəliyev seçildi.

‼️Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev səhifəmizdə hər il keçirilən İLİN REKTORU seçimlərində ilk dəfə olaraq qalib gəldi.

‼️Seçimlər rektorların il ərzindəki nailiyyətləri, universitet idarəçiliyində qazandığı uğurlar, idarəçilərin bacarıqları sayəsində ali məktəblərin son ildə cəmiyyətdə qazandığı nüfuz meyarları əsasında seçildi.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

https://president.az/az/articles/view/62737
Dekabr ayının təqaüdü köçürüldü. Xeyirli olsun!
AzTU-da xarici dil müəllimi işləmək istəyənlərin nəzərinə!

Daha ətraflı: https://www.aztu.edu.az/az/announcement/aztu-da-xarici-dil-muellimi-islemek-isteyenlerin-nezerine-275
AzTU-da imtahan sessiyasının təşkilinə dəstək göstərilməsi, eyni zamanda universitetin magistratura səviyyəsində təhsil alan tələbələr və magistr məzunların pedaqoji biliklərinin inkişaf etdirilməsi məqsədilə “İmtahan assistentləri” müsabiqəsi elan edilir.

Müsabiqədə iştirak etmək istəyənlərdən təqdim olunan linkdən qeydiyyatdan keçərək müvafiq bölmələri doldurmaları xahiş olunur.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/1_UqLW5tQU0HV8dVsfOxBlPnDDsnbFSVx09pGdNhGDPc/edit

Qeydiyyat üçün son tarix: 15.01.2024, saat 18:00
AzTU-nun rektoru Vilayət Vəliyev qış imtahan sessiyasının gedişini izləyib.

#AzTU #imtahan
Magistraturaya qəbul olunmaq istəyənlərin nəzərinə❗️

✅Sənəd qəbulunun və qəbul imtahanının (I cəhd) vaxtı açıqlandı❗️
AzTU-da imtahan sessiyasının təşkilinə dəstək göstərilməsi, eyni zamanda universitetin magistratura səviyyəsində təhsil alan tələbələr və magistr məzunların pedaqoji biliklərinin inkişaf etdirilməsi məqsədilə “İmtahan assistentləri” müsabiqəsi elan edilir.

Müsabiqədə iştirak etmək istəyənlərdən təqdim olunan linkdən qeydiyyatdan keçərək müvafiq bölmələri doldurmaları xahiş olunur.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/1_UqLW5tQU0HV8dVsfOxBlPnDDsnbFSVx09pGdNhGDPc/edit

Qeydiyyat üçün son tarix: 15.01.2024, saat 18:00
Beynəlxalq əlaqələr və tədqiqat üzrə dekan müavini vəzifəsinə vakansiya elan olunur

Daha ətraflı: https://www.aztu.edu.az/az/announcement/beynelxalq-elaqeler-ve-tedqiqat-uzre-dekan-muavini-vezifesine-vakansiya-elan-olunur-279
AzTU-da fəaliyyət göstərən "Bilişim Vadisi Bakı" "RoboCode" robotik kodlama düşərgəsinə başlayır

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, AzTU-da fəaliyyət göstərən "Bilişim Vadisi Bakı"nın və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə "RoboCode" robotik kodlama düşərgəsinə start verilir.

Əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşaraq karyera qurmaq istəyən gəncləri qısa müddətdə əhəmiyyətli vasitə olan “ROS” ekosisteminə aid bilik və bacarıqlarla təmin etməkdir. Eyni zamanda müvafiq istiqamətdə innovativ həlləri təşviq etməklə iştirakçılara bu sahələrdə layihələrini inkişaf etdirməyə kömək etmək prioritetdir.

Bir ay boyunca davam edəcək düşərgədə iştirakçılar müasir robototexnika və avtomatlaşdırma texnologiyaları sahəsində geniş biliklər əldə edəcəklər. Həmçinin onlar yerli və xarici peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərdə təcrübi bilikləri mənimsəməklə karyera perspektivlərini genişləndirmək imkanı qazanacaqlar.

Düşərgədə “C++”, “Python” proqramlaşdırma və “Linux” biliklərinə başlanğıc səviyyədə malik olan 18-30 yaşarası gənclər iştirak edə bilərlər.

Müraciət üçün son tarix: 31 yanvar 2024

Qeydiyyat üçün link: https://forms.gle/qAWmissA45danEJj6
MBA proqramı çərçivəsində “Təhlükəsiz DevOps” fənni üzrə müəllimlərin işə qəbulu elan olunur

Daha ətraflı: https://www.aztu.edu.az/az/announcement/mba-proqrami-cercivesinde-tehlukesiz-devops-fenni-uzre-muellimlerin-ise-qebulu-elan-olunur-281