Birlik Team - Xəbərlər
10.5K subscribers
1.36K photos
78 videos
35 files
883 links
👨🏻‍🎓Abituriyent və Tələbə portalı
🔹Təhsildə olan ən son yenilikləri bizdən öyrənin✔️
🔹Tələbə və Abituriyentlər üçün vəsaitlər burada

📌Birlik Team - @BirlikTeam1

Admin - @BirlikTeamAdmin
Download Telegram
Forwarded from Vüsət Əzizov
“Əlaçı” televiziya layihəsinin seçim turuna qeydiyyat başladı

İctimai Televiziyada yayımlanan “Əlaçı” intellektual televiziya layihəsinin yeni mövsümü üçün seçim turuna qeydiyyat elan edilir.

Layihənin yeni mövsümündə yalnız ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdlərinin iştirakı nəzərdə tutulur. Müvafiq sinifdə təhsil alan şagirdlər qeydiyyatdan keçməklə seçim turunda iştirak hüququ əldə edirlər.

Seçim turu 25 aprel 2026-cı il tarixində Bakı şəhəri ilə yanaşı, 11 regionu əhatə etməklə ümumilikdə 12 şəhərdə eyni vaxtda təşkil olunacaq.

Qeyd edək ki, seçim turunda iştirak ödənişsizdir. İştirakçılardan seçim mərhələsində yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.

🔗 Qeydiyyat üçün link: https://forms.gle/5hfaJev2876RYEWo8

#MÜTDA #EduAz #Əlaçı
❤2
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 18 fevral – 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.
❤1🔥1
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.
❤3🔥1
⚡️❗️9 nəfər abituriyent maksimal - 300 bal toplayıb
❤2
Forwarded from Birlik Team
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 27 aprel saat 10:00-dan 29 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
❤2
Forwarded from Vüsət Əzizov
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında maksimal bal- “300 bal” toplayan abituriyentlərin illərə görə say statistikası.
Qeyd: Məlumatlar Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə edilib.
Bəs sizcə 19 aprel imtahanında neçə nəfər “300 bal” toplaya biləcək?
Qeyd: 2026-cı il üçün 1 buraxılış imtahanının nəticəsi (19 aprel) elan olunmadığı üçün * işarəsi qeyd edilib.
❤1🔥1
Forwarded from Birlik Team
🚨 ÜMUMİ BİOLOGİYA ÜZRƏ 0-DAN DƏRSLƏR BAŞLAYIR!!

✅İmtahana az qalıb deyə gec olduğunu düşünənlər üçün ideal fürsət.
✅Hazırlıq təsadüfi deyil — sistemli proqram, nəzarətli çalışma planı və imtahan yönümlü metodika ilə aparılır. ✅Məqsəd qısa müddətdə nəticəni maksimum səviyyədə artırmaqdır.

Hazırlıq prosesində:
🔹 Mövzular sıfırdan və aydın şəkildə izah olunur
🔹 Testlər sadəcə yoxlanmır — analiz edilir
🔹 Qəbul və digər bütün DİM tipli suallar üzərində işlənir
🔹 Şagirdin zəif tərəfləri müəyyən edilərək gücləndirilir
🔹 Daimi yoxlama və nəticə izlənməsi aparılır
🔹 Bu proqram xüsusilə tibb və yüksək bal hədəfləyən şagirdlər üçün uyğundur.
🔋NƏTİCƏYƏ 100% ZƏMANƏT
📍 Zəif baza problem deyil
📍 Gec başlamaq problem deyil
📍 Əsas olan düzgün sistemlə işləməkdir

💌 Yerlər məhduddur!

📌 Qeydiyyat üçün: 051-360-95-09

Instagram: @biologiya.dim.hazirliq
❤2
Forwarded from Birlik Team
2 maraqlı üsul😄
Siz hansını bəyəndiniz?
https://youtu.be/L4wnsn667O8?si=w-750pp7YWclJs-B

Dəstək üçün kanala abunə ola bilərsiz)
❤1
İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 3-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.

Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Hər hansı bir imtahan üçün buraxılış vərəqəsi imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.
❤3
5 aprel tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.
Elektron ərizələrin qəbulu 2 avqust 2026-cı il tarixinədək internet vasitəsilə aparılır.

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/oOCpB linkinə daxil ola bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.

Bu ildən etibarən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq. Abituriyentlərin nəzərinə çatdırırıq ki, cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalar da fəaliyyət göstərməyəcək.

6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);

152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).

Qabiliyyət imtahanları ilə bağlı daha ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını mütəmadi izləmək tövsiyə olunur.
❤1
Aprelin 19-da keçirilən qəbul imtahanının I mərhələsində iştirak edən əvvəlki illərin məzunları üçün sorğu

Dövlət İmtahan Mərkəzi əvvəlki illərin məzunları üçün 19 aprel 2026-cı il tarixində keçirilimiş ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsində iştirak edən abituriyentlərin imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.

Sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq.

Sorğuda 19 apreldə imtahan verən əvvəlki illərin abituriyentləri iştirak edə bilərlər. Dövlət İmtahan Mərkəzi həmin abituriyentləri sorğuda fəal iştirak etməyə dəvət edir.

https://eservices.dim.gov.az/BRXV/Sorgu linkində müvafiq məlumatları daxil edib sorğuda iştirak edə bilərsiniz!
❤2
Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub.

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.
❤1
12 aprel tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.
Forwarded from Birlik Team
Открыт набор на следующий учебный год,а также на летние занятия по английскому и русскому языку!
•Подготовка к выпускным и вступительным экзаменам ГЭЦ
•Глубокое понимание структуры экзамена
•9 лет опыта в этой сфере
•Сотни довольных учеников
•Доступен как онлайн,так и офлайн формат(Ясамальский район).
Подробности по номеру:
077-344-03-53 - Русский язык
070-564-85-64 - Английский язык
@dim.engrus https://www.instagram.com/dim.engrus?igsh=MTI0d3gwdnVuOHNoYg==
❤1