Birlik Team - Xəbərlər
10.5K subscribers
1.36K photos
78 videos
35 files
883 links
👨🏻‍🎓Abituriyent və Tələbə portalı
🔹Təhsildə olan ən son yenilikləri bizdən öyrənin✔️
🔹Tələbə və Abituriyentlər üçün vəsaitlər burada

📌Birlik Team - @BirlikTeam1

Admin - @BirlikTeamAdmin
Download Telegram
Forwarded from Vüsət Əzizov
Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətinin açıqlaması

- - -

Bildiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub.

Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik!

Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb. Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

#ElmVəTəhsilNazirliyi #EduAz
👏40👍12❤2
📌SABAH qruplarına 2023-2024-cü tədris ili üçün tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi iyunun 18-də keçiriləcək.

⏰İmtahanın keçiriləcəyi vaxt: 10:00.

👱🏻‍♂️👱🏻‍♀️Tələbələr “İmtahana buraxılış vərəqəsi”ni aşağıdakı linkdən çap edə bilərlər: https://bit.ly/3p52piB

#ElmVəTəhsilNazirliyi #EduAz #SABAH
👍4
Pedaqoji Universitet 30 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir: qəbul planı və keçid balları

#adpu #eduaz #magistratura #qəbul #sabah #mba #ixtisas
Forwarded from Vüsət Əzizov
12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü tamam olur.

#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #12Noyabr #KonstitusiyaGünü
❤5
Forwarded from Vüsət Əzizov
Respublika Fənn Olimpiadalarının finalını gözləyən məktəblilərə şad xəbər. Final günləri məlum oldu!

Hamıya uğurlar!
Ətraflı:

https://www.facebook.com/share/p/19PsunDqTY/?mibextid=wwXIfr

#ARTİ #EduAz #ElmVəTəhsilNazirliyi #MÜTDA #RFO
❤2
Forwarded from Vüsət Əzizov
“Əlaçı” televiziya layihəsinin seçim turuna qeydiyyat başladı

İctimai Televiziyada yayımlanan “Əlaçı” intellektual televiziya layihəsinin yeni mövsümü üçün seçim turuna qeydiyyat elan edilir.

Layihənin yeni mövsümündə yalnız ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdlərinin iştirakı nəzərdə tutulur. Müvafiq sinifdə təhsil alan şagirdlər qeydiyyatdan keçməklə seçim turunda iştirak hüququ əldə edirlər.

Seçim turu 25 aprel 2026-cı il tarixində Bakı şəhəri ilə yanaşı, 11 regionu əhatə etməklə ümumilikdə 12 şəhərdə eyni vaxtda təşkil olunacaq.

Qeyd edək ki, seçim turunda iştirak ödənişsizdir. İştirakçılardan seçim mərhələsində yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.

🔗 Qeydiyyat üçün link: https://forms.gle/5hfaJev2876RYEWo8

#MÜTDA #EduAz #Əlaçı
❤2
Forwarded from Vüsət Əzizov
📢Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi ilə bağlı məlumat

ℹ️ 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı tarixlər elan edildi. Sabah gün ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatla tanış ola bilərlər.

📍 Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.

#MÜTDA #EduAz
❤1
📚 Bilik Gününüz mübarək!

#ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #BilikGünü
❤3