Birlik Team - Xəbərlər
10.5K subscribers
1.36K photos
78 videos
35 files
883 links
👨🏻‍🎓Abituriyent və Tələbə portalı
🔹Təhsildə olan ən son yenilikləri bizdən öyrənin✔️
🔹Tələbə və Abituriyentlər üçün vəsaitlər burada

📌Birlik Team - @BirlikTeam1

Admin - @BirlikTeamAdmin
Download Telegram
Forwarded from Vüsət Əzizov
BMU-nu seçən abituriyentlər üçün 7 ixtisas üzrə 2 diplom əldə etmək imkanı

➡️ Bu ildən etibarən Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinə ümumilikdə 7 ixtisas üzrə icra olunacaq ikili diplom proqramlarına tələbə qəbulu həyata keçiriləcək.

➡️ Proqramlardan biri tam dövlət təqaüdlü olmaqla “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən Koreya (Cənubi) Respublikasının nüfuzlu İNHA Universiteti ilə birgə icra olunur. Prezident İlham Əliyevin ötən həftə imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla proqramın icra müddəti uzadılıb. Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq olunan beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılmaqla yanaşı, onların icrası 2030-cu ilədək təmin ediləcək.

➡️ BMU və İNHA Universiteti arasında 3+1 modeli əsasında qurulan beynəlxalq ikili diplom proqramına qəbul prosesi bu ildən etibarən yenidən başlayır. BMU-İNHA ikili diplom proqramına 2025/2026-cı tədris ili üçün 4 ixtisas - “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika” mühəndisliyi ixtisasları üzrə qəbul aparılacaq. Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri Azərbaycan Respublikası Dövlət Neft Fondunun bu məqsədlə ayırdığı vəsait hesabına qarşılanır.

➡️ Bu ildən digər ikili diplom proqramı isə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti ilə həyata keçiriləcək. Proqram Kimya, Kompüter və Mexanika mühəndisliyi ixtisasları üzrə tətbiq olunacaq. İki ali təhsil müəssisəsi arasında bu il imzalanan, 2+2 modelinə əsaslanan proqrama müvafiq olaraq BMU-da I, II kursları uğurla başa vuran tələbələr müvafiq prosedurları keçdikdən sonra III, IV kurs təhsillərini Çində davam etdirəcəklər. ÜÖMG-si 80-dən yuxarı olan tələbələr universitetin təhsil xərcindən azad olunurlar.

Ətraflı:⬇️
https://beu.edu.az/az/article/bmu-nu-secen-abituriyentler-ucun-7-ixtisas-uzre-2-diplom-elde-etmek-imkani-2714

#BMU #BEU #BakıMühəndislikUniversiteti #BakuEngineeringUniversity #Engineering #İDP
Forwarded from Vüsət Əzizov
“Kompüter elmləri” (Süni intellekt mühəndisliyi) ixtisası üzrə tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı

📍 Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi) ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün geniş imkanlar yaradır.

Ətraflı:

https://beu.edu.az/az/article/komputer-elmleri-suni-intellekt-muhendisliyi-ixtisasi-uzre-tam-dovlet-teqaudlu-beynelxalq-ikili-diplom-proqrami-2720

#BMU #BEU #BakıMühəndislikUniversiteti #BakuEngineeringUniversity #Engineering #İDP #qəbul #BMUİNHAİDP
❤1
Forwarded from Vüsət Əzizov
📢BP proqramlarına müraciətlər başladı❗️

📌BP Azerbaijan 2026-cı il üçün Early Careers və Early Engagement proqramlarının başladığını elan edir. Bu proqramlar subsurface və wells, mühəndislik və biznes sahələrində karyera qurmaq istəyən tələbələr və məzunlar üçün nəzərdə tutulub.

Kimlər müraciət edə bilər❓

🔹2026-cı il məzunları üçün:

▪️ Proseslərin avtomatlaşdırılması (Process Automation)

▪️ Mexanika mühəndisliyi (Mechanical Engineering)

▪️ Boru kəmərləri mühəndisliyi (Pipeline Engineering)

▪️ İnşaat mühəndisliyi (Civil Engineering)

🔹2027-ci il məzunları üçün:

▪️ Elektrik mühəndisliyi (Electrical Engineering)

▪️ Mexanika mühəndisliyi (Mechanical Engineering)

▪️ İnşaat mühəndisliyi (Civil Engineering)

▪️ Kimya mühəndisliyi (Chemical Engineering)

▪️ Robototexnika / Mekatronika mühəndisliyi (Robotic/Mechatronic Engineering)

▪️ Proseslərin avtomatlaşdırılması (Process Automation)

▪️ Maliyyə və iqtisadiyyat (Finance and Economics)

🔹2028-ci il məzunları üçün (Discovery Week):

▪️ Mexanika mühəndisliyi (Mechanical Engineering)

▪️ Robototexnika / Mekatronika mühəndisliyi (Robotic/Mechatronic Engineering)

🔺 Ümumi tələblər:

▪️ Uyğun bakalavr və/və ya magistr dərəcəsi

▪️ Azərbaycan vətəndaşlığı

▪️ Minimum 75% (və ya CGPA 2.5) orta göstərici

🕐Müraciət üçün son tarix: 5 dekabr 2025

🔻 Insight Day tədbiri:

Proqramlar barədə daha ətraflı məlumat almaq və bp nümayəndələri ilə görüşmək üçün Insight Day tədbirinə qoşulun.

📍Radisson Hotel (Dan Ulduzu zalı)

♻️Xaricdə təhsil alan və ya şəxsən iştirak edə bilməyən tələbələr üçün onlayn sessiyalar keçiriləcək.

➡️Qeydiyyat və müraciət üçün: https://go.bp.com/Fa4eg

Bu fürsəti qaçırmayın-karyeranızı bp ilə başlayın❗️

#BMU #BEU #BakıMühəndislikUniversiteti #BakuEngineeringUniversity #Engineering #BP
❤8