Hər birimizin həyatında qüsurlar və qırılmalar olur. Bu fəlsəfə bizə öyrədir ki, qüsurlarımızı qəbul edib onlara dəyər vermək bizi daha güclü edir. Zədələr və yaralar utanc verici deyil; əksinə, bunlar həyat təcrübələrimizin izləri və daxili zənginliyimizin göstəriciləridir. Hər bir zədə, keçmişimizi qəbul etməyin və bu təcrübələrdən yeni gözəlliklər yaratmağın yolunu göstərir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11
"Bu gün ertələdiyin hər şey sabah sənə yük olaraq qayıdacaq"
"Bu gündən qaçaraq sabahın məsuliyyətindən qurtula bilməzsən." – Abraham Linkoln
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥9👍1
"Həyatın mənası, həyatı dolu-dolu yaşayıb ona dəyər qatmaqdır." – Albert Eynşteyn
🧘♂️Ikiqay, Yapon mədəniyyətində "həyatın mənası" və ya "səbəb" kimi tərcümə olunan qədim bir fəlsəfədir. Okinavada uzunömürlü insanların həyat tərzi ilə də bağlı olan ikigai, bizi daha dərin suallara yönləndirir: "Mən niyə varam?", "Həyatımdakı dəyər nədir?", "Hər gün oyandığımda məni hərəkətə gətirən nədir?"
Okinavalılar dünyanın ən uzun yaşayan insanlarından hesab olunur və onların həyat fəlsəfələrindən biri də ikiqaydır. Tədqiqatlar göstərir ki, həyatının mənasını tapan insanların ürək-damar xəstəliklərinə və depressiyaya daha az meyilli olduğu müşahidə edilir.
Həyatımıza rəng qatan bu anları tapdıqda, bəlkə də uzun və sağlam ömürün sirrini tapmış oluruq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍13❤4👏1😍1
İnsandan hər şeyi al, sonra yarısını qaytar - və o xoşbəxt olacaq...
👏10❤3🔥2
İmposter Sindromu Nədir?🤔
İmposter sindromu öz bacarıqlarına və nailiyyətlərinə şübhə etdiyin bir vəziyyətdir. Sənə görə, başqaları sənin haqqında düşündüyü kimi istedadlı və ya layiqli deyilsən və bir gün hər kəs sənin "saxta" olduğunu başa düşəcək deyə qorxursan.
Deyək ki, işdə və ya məktəbdə böyük bir təqdimata hazırlaşmalısan. İmposter sindromuna sahib olsan, bu səni çox narahat edə bilər və kifayət qədər yaxşı iş çıxarmayacağını düşünərsən. Bu vəziyyət isə iki fərqli nəticəyə səbəb ola bilər:
1. Son dəqiqəyə qədər gözləyərsən. Lazımi işləri son ana qədər təxirə salıb, yalnız vaxtında çatdırmaq üçün çabalayarsan. Sonunda isə əldə etdiyin uğurun sadəcə “şans” sayəsində olduğunu düşünərsən.
2. Həddindən artıq işləyərsən. Qəribə dərəcədə çox çalışarsan və yenə də özünə layiq istirahət verməzsən. Sənə görə, səndən daha bacarıqlı olan biri bu qədər əziyyət çəkmədən də bunu bacara bilərdi.
İmposter Sindromunu Daha Çox Kimlər Yaşayır?🤯
Araşdırmalar göstərir ki, əgər ətrafındakı insanlardan fərqli hiss edirsənsə, imposter sindromunu yaşamaq ehtimalın daha yüksəkdir. Hətta dünya şöhrətli alim Albert Eynşteyn belə bir nöqtədə özünü "saxtakar" kimi hiss edib. Bu isə maraqlı faktdır ki, insanların təxminən 82%-i həyatının müəyyən dövründə özünü saxta kimi hiss edib.
İmposter Sindromunu Necə Dəf Etmək Olar?🤔
İmposter sindromunu dəf etmək mümkündür. Bunun üçün uğurlarının sənə aid olduğunu qəbul etməyi öyrənməlisən və bu uğurlara layiq olduğunu qəbul etməyə çalışmalısan.
Bunları cəhd et:
Uğurlarını xatırla. Yaxşı etdiyin işləri və qürur duyduğun nailiyyətləri bir siyahıya topla. Başqalarından aldığın tərif dolu e-mailləri və qeydləri saxla. Özünü saxta hiss edəndə bunları oxumaq, özünə inamını yenidən qazana bilər.🗒
Özünü başqaları ilə müqayisə etmə. Özünü başqaları ilə, xüsusilə sosial şəbəkələrdə, müqayisə etmək çox asandır. Onun əvəzinə, sadəcə özünün daha yaxşı bir versiyası olmağa fokuslan.
Məqsəd mükəmməl olmaq deyil; çünki heç kəs mükəmməl deyil.✨
İmposter sindromu öz bacarıqlarına və nailiyyətlərinə şübhə etdiyin bir vəziyyətdir. Sənə görə, başqaları sənin haqqında düşündüyü kimi istedadlı və ya layiqli deyilsən və bir gün hər kəs sənin "saxta" olduğunu başa düşəcək deyə qorxursan.
Deyək ki, işdə və ya məktəbdə böyük bir təqdimata hazırlaşmalısan. İmposter sindromuna sahib olsan, bu səni çox narahat edə bilər və kifayət qədər yaxşı iş çıxarmayacağını düşünərsən. Bu vəziyyət isə iki fərqli nəticəyə səbəb ola bilər:
1. Son dəqiqəyə qədər gözləyərsən. Lazımi işləri son ana qədər təxirə salıb, yalnız vaxtında çatdırmaq üçün çabalayarsan. Sonunda isə əldə etdiyin uğurun sadəcə “şans” sayəsində olduğunu düşünərsən.
2. Həddindən artıq işləyərsən. Qəribə dərəcədə çox çalışarsan və yenə də özünə layiq istirahət verməzsən. Sənə görə, səndən daha bacarıqlı olan biri bu qədər əziyyət çəkmədən də bunu bacara bilərdi.
İmposter Sindromunu Daha Çox Kimlər Yaşayır?
Araşdırmalar göstərir ki, əgər ətrafındakı insanlardan fərqli hiss edirsənsə, imposter sindromunu yaşamaq ehtimalın daha yüksəkdir. Hətta dünya şöhrətli alim Albert Eynşteyn belə bir nöqtədə özünü "saxtakar" kimi hiss edib. Bu isə maraqlı faktdır ki, insanların təxminən 82%-i həyatının müəyyən dövründə özünü saxta kimi hiss edib.
İmposter Sindromunu Necə Dəf Etmək Olar?🤔
İmposter sindromunu dəf etmək mümkündür. Bunun üçün uğurlarının sənə aid olduğunu qəbul etməyi öyrənməlisən və bu uğurlara layiq olduğunu qəbul etməyə çalışmalısan.
Bunları cəhd et:
Uğurlarını xatırla. Yaxşı etdiyin işləri və qürur duyduğun nailiyyətləri bir siyahıya topla. Başqalarından aldığın tərif dolu e-mailləri və qeydləri saxla. Özünü saxta hiss edəndə bunları oxumaq, özünə inamını yenidən qazana bilər.
Özünü başqaları ilə müqayisə etmə. Özünü başqaları ilə, xüsusilə sosial şəbəkələrdə, müqayisə etmək çox asandır. Onun əvəzinə, sadəcə özünün daha yaxşı bir versiyası olmağa fokuslan.
Məqsəd mükəmməl olmaq deyil; çünki heç kəs mükəmməl deyil.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8🕊3🔥2❤1
"Şüuraltı zehniniz əmr gözləyən güclü bir xidmətçidir. Ona doğru istiqaməti göstərməlisiniz." – Gozef Mörfi
Şüuraltı zehin bir təyyarəni avtopilot rejimində uçurtmağa bənzəyir. Siz şüurlu olaraq iş gördüyünüzdə(hansı ki, hal-hazırda edirsiniz) beyninizin idarəsi sizin əlinizdə olur. Lakin şüuraltı elə güclü zehindir ki, o həmişə arxa planda işləyir və siz fərqində olmadan hər şeyi idarə edir. Bunu məlumatlarla dolu bir yaddaş bankına bənzətmək olar, ya da bir ensiklopediya.
Bu yaddaşda doğulduğunuz andan etibarən öyrəndiyiniz, gördüyünüz, eşitdiyiniz hər şey saxlanılır. Şüuraltımız bizim tükənməz sərvətimizdir. Hansı ki, hipnoz zamanı bütün bu xatirələri tam dəqiqliyiylə xatırlamaq və yaddaşın tozlu səhifələrini vərəqləmək mümkün olur amma şüurlu şəkildə insanlar yaşadıqlarının 95%-99% unudurlar.
Şüuraltı zehin vasitəsilə nəfəs alırıq, oturub dururuq, hətta danışırıq. Bir sözlə, vərdiş halına gətirdiyimiz hər şey əslində şüuraltı zehin sayəsində mümkün olur. Bəs bu vərdişlər həmişə xeyirli olurmu?
Vərdişləri Dəyişmək: Şüurlu Zehninizlə Şüuraltı Zehnin Harmoniyası
Şüuraltı keçmişdə dediklərinizə və etdiklərinizə bağlı qalmağınızı təmin edir. Hər dəfə yeni bir şey etməyə çalışdığınızda, şüuraltınız sizi əvvəlki rahatlıq zonanıza geri çəkməyə çalışır. Hətta fərqli bir şey etməyi düşünmək belə sizi gərgin və narahat edə bilər. Yeni vərdiş yaratmaq və ya davranışlarımızı dəyişmək istədikdə şüurlu zehnimizə üz tutmaq lazım gəlir. Bu zaman şüuraltı ilə şüurlu zehnin harmoniyasını qurmaq vacibdir.
Bunun üçün aşağıdakı addımları izləyin:
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6❤3👍3
Danninq-Krüger effekti (Dunning-Kruger): digərlərindən üstün olmaq.
🔍 1999-cu ildə ABŞ psixoloqları
Devid Danninq və Djastin Krüger təcrübə keçirmişdilər. Onlar tələbələrin yumor hisslərini, məntiqlərini, qrammatikalarını yoxlayıb sonra onlardan özlərinin qiymətləndirilməsini istədilər.
Nəticədə aydın oldu ki, 15% ən zəif cavab verənlər öz cavablarını 50% olduğundan yuxarı qiymətləndirdilər. Eyni zamanda ən yüksək cavabı verənlər özlərini aşağı qiymətləndirdilər.
👁 👀 Fikir vermisiniz, çox danışan, "mən-mən" deyən insanlar boş yerə danışanlar olur. Ağıllı, bacarıqlı çox vaxt dediyi sözlərdə daha ehtiyatlıdır.
Bu effektin adı - Danninq-Krüger effekti adlandırıldı.
☝️ Yüksək bacarığı olan insanlar özlərini qiymətləndirmirlər, onlar elə bilirlər ki, bu adi bilik və bacarıqlardır, bunları hər kəs bilir. Ona görə verdiyi qərardan əmin deyirlər, özlərindən şübhələnirlər.
Savadsızlar və ya yenilər isə, öz qərarlarından və onların düz olduğundan əmindirlər. Çünki onların düşüncə həddləri dardır və özlərini onun zirvəsində görürlər.
Ümumiyyətlə Danninq-Krüger effekti özgüvən və təcrübə arasındakı uyğunlaşmanı göstərir və 4 vacib nöqtələrlə tanınır:
1️⃣ "Axmaqlığın zirvəsi" - bir insanın səriştəsinin aşağı səviyyəsi və öz qabiliyyətlərinə maksimum inamı var.
2️⃣ "Ümidsizlik quyusu" - insan heç nə bilmədiyini aşkar edir (bacarıq səviyyəsinin artmasına baxmayaraq). Bu anda insan peşəkar səviyyəsinə çatır, sadəcə özünə güvənmir.
3️⃣ “Maariflənmə yamacı” - insan onu praktikada tətbiq etmək üçün kifayət qədər bilik toplayır, təcrübəsinə sakit və rasional yanaşır, lakin onun böyüməsi üçün yer olduğunu bilir.
4️⃣ "Sabitlik yaylası" - insan öz sahəsində mütəxəssis olur, bir çox proseslər avtomatlaşdırma nöqtəsinə gətirilir, səhvlərin sayı minimal olur. Bu ən yüksək səviyyədir.
Nə qədər çox öyrənirəm, o qədər də çox anlayıram ki, mən heç nə bilmirəm. Sokrat
Devid Danninq və Djastin Krüger təcrübə keçirmişdilər. Onlar tələbələrin yumor hisslərini, məntiqlərini, qrammatikalarını yoxlayıb sonra onlardan özlərinin qiymətləndirilməsini istədilər.
Nəticədə aydın oldu ki, 15% ən zəif cavab verənlər öz cavablarını 50% olduğundan yuxarı qiymətləndirdilər. Eyni zamanda ən yüksək cavabı verənlər özlərini aşağı qiymətləndirdilər.
Bu effektin adı - Danninq-Krüger effekti adlandırıldı.
Özgüvən çox vaxt ağıldan yox, axmaqlıqdan gəlir. Çarlz Darvin
Savadsızlar və ya yenilər isə, öz qərarlarından və onların düz olduğundan əmindirlər. Çünki onların düşüncə həddləri dardır və özlərini onun zirvəsində görürlər.
Ümumiyyətlə Danninq-Krüger effekti özgüvən və təcrübə arasındakı uyğunlaşmanı göstərir və 4 vacib nöqtələrlə tanınır:
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7❤3👏2🔥1
Danninq-Krüger effekti gündəlik həyatımızda:
😎 Nümunə 1: Danninq və Krüger araşdırmalarını 1995-ci ildə Pittsburqda baş vermiş əsl lətifə hekayəsi ilə göstərirlər. Bir şəxs gün ərzində iki bankı qarət edib və heç bir maskalanma vasitəsindən istifadə etməyib. Həmin gün oğru tutulub və videogörüntülər nümayiş etdirilib. Oğru təəccübləndi: "Üzümdə limon şirəsi var idi axı!". Limon suyu ilə yazılmış sözləri oxumağın mümkün olmadığı kimi, üzünə limon suyunu sürtsə, tanınmayacağını düşünürdü.
🗣 Nümunə 2: Yəqin ki, bunu real həyatda yaşamısınız. Danninq Krüger effektinə bir misal olaraq çoxlarının bayram süfrəsində ailə görüşlərində yaşadığı bir vəziyyəti göstərmək olar. Yemək boyunca ailənizin geniş çevrəsindən biri hər hansı bir mövzu haqqında uzun-uzadı danışır, cəsarətlə özünün haqlı olduğunu və başqalarının fikirlərinin isə axmaq, məlumatsız və tamamilə səhv olduğunu bəyan edir. Bu şəxsin mövzu haqqında heç bir məlumatının olmadığı açıq-aşkar görünsə də, öz cahilliyinə tamamilə laqeyd şəkildə danışmağa davam edir.
❗️ Az bilik həddindən artıq inam verə bilər
Bəzən bir mövzu haqqında az məlumata malik olmağın insanlara həmin mövzu haqqında hər şeyi bildiklərini düşünmələrinə səbəb olmasıdır. Qədim bir deyimdə deyildiyi kimi, az bilik təhlükəli ola bilər.
❓ Necə istifadə edək?
Sizə qarşı:
• Güclü mütəxəssis olub aşağı özgüvəninizə görə zəif görsənib, daha az maaş ala bilərsiniz.
• Güclü mütəxəssis olub, özünə güvənməyib xidmətinizin haqqını az ala bilərsiniz.
• Təcrübəli olub yaxşı iş yerinə sizi götürməyə bilərlər, çünki danışığınızda şübhə hiss edəcəklər.
• Və hətta siz bir sahədə güclü olub bunu dərk etməyə də bilərsiniz, buna görə də orada uğur qazanmaq şansınız 0 olar.
Qarşı tərəf:
• Siz iş adamı, HR və ya idman məşqçisisiniz - həqiqətən dahi birini, kim ki zirvələrə qalxa bilər nəzərdən keçirib potensial uğuru, müvəffəqiyyəti itirə bilərsiniz.
___
🔖 Ona görə öz bacarıqlarınıza real gözlə baxın, digər insanlardan soruşun nə düşünürlər, uğurlarınızı görün və digər rəqiblərinizə baxıb, özünüzü onlarla müqayisə edin - onların uğurları, zəiflikləri, məğlubiyyətləri. Beləliklə siz özünüzə real baxa bilib öz bacarığınızdan maksimum çıxara biləcəksiniz 😉
Ya da artıq dərəcədə özgüvənli danışıb yaxşı vakant yerini, və ya yaxşı müştərini əldə edin😂
Bəzən bir mövzu haqqında az məlumata malik olmağın insanlara həmin mövzu haqqında hər şeyi bildiklərini düşünmələrinə səbəb olmasıdır. Qədim bir deyimdə deyildiyi kimi, az bilik təhlükəli ola bilər.
Sizə qarşı:
• Güclü mütəxəssis olub aşağı özgüvəninizə görə zəif görsənib, daha az maaş ala bilərsiniz.
• Güclü mütəxəssis olub, özünə güvənməyib xidmətinizin haqqını az ala bilərsiniz.
• Təcrübəli olub yaxşı iş yerinə sizi götürməyə bilərlər, çünki danışığınızda şübhə hiss edəcəklər.
• Və hətta siz bir sahədə güclü olub bunu dərk etməyə də bilərsiniz, buna görə də orada uğur qazanmaq şansınız 0 olar.
Qarşı tərəf:
• Siz iş adamı, HR və ya idman məşqçisisiniz - həqiqətən dahi birini, kim ki zirvələrə qalxa bilər nəzərdən keçirib potensial uğuru, müvəffəqiyyəti itirə bilərsiniz.
___
Ya da artıq dərəcədə özgüvənli danışıb yaxşı vakant yerini, və ya yaxşı müştərini əldə edin
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5🔥3❤2👏1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7❤5🔥4👏2🎉1
"Daxili səsinizi eşidə bilmək üçün bəzən xarici sükutu tapmaq lazımdır."
Ziqmund Freyd
Ziqmund Freyd
❤10👍6⚡1👏1🤩1🕊1😍1💘1
Kontent səviyyəsini bəyənirsiniz? #sorğu
Anonymous Poll
18%
1 - Xeyr
14%
2 - Belə də
22%
3 - Orta
13%
4 - Babat, normal
33%
5 - Əla
💘1
Ən böyük ünsiyyət problemimiz:
"Anlamaq üçün deyil, cavab vermək üçün dinləyirik."
"Anlamaq üçün deyil, cavab vermək üçün dinləyirik."
👍17🔥3🕊3👏1💘1
👥Deindividuasiya: Qrup Davranışlarının Psixologiyası
🎃 Diner Və Həmkərlarının Təcrübəsi
Psixoloq Edvard Diner(Edward Diener) və həmkarları Hellouin gecəsində bir təcrübə keçirdi. Bir qrup uşaq toplanmışdı, Diner uşaqları əvvəlcə tək-tək çağırır, adını və ünvanını soruşur sonra isə ona konfetlə dolu qabdan yalnız bir konfet götürməsini tapşırıb otaqdan çıxır. Sonra digər uşaqları qrup şəklində və heç bir məlumat almadan çağırır eyni şeyi onlardan da tələb edir və birdən artıq konfet götürənin məsuliyyətə cəlb olunacağını bildirib otağı tərk edir. Təcrübə göstərir ki, tək olan uşaqlar əlavə şirniyyat götürməyə qrupda olanlardan daha az meyillidirlər. Həm də eksperiment zamanı adı soruşulmayan uşaqların əlavə şirniyyat götürməyə daha çox meyilli olduğunu da anlayırlar.
👁🗨 Anonimlik və Deindividuasiya
Deindividuasiya, insanların qrup içində anonim olduqda fərdi kimliklərini və məsuliyyət hisslərini itirməsi deməkdir. Qrup daxilində insanlar cavabdehlik hiss etmir və davranışlarında sərhəd tanımır. Onlar öz şəxsiyyətlərindən uzaqlaşır və bəzən bu mənfi nəticələr doğurur.
🤯 🧑⚖️ Kütlə Psixologiyası və Güc
Qustav Lebon(Gustave LeBon) kütlə psixologiyasında qeyd edir ki, bir kütlənin içində olmaq fərdin fərdi düşüncələrini məhdudlaşdırır və onu güclü təsirlərə qarşı həssas edir. Kütlə içində fərd öz sərhədlərini və mənəvi məhdudiyyətlərini asanlıqla unudur.
🎭 Sosial Mənlik Statusu
Sosial mənlik nəzəriyyəsi də göstərir ki, deindividuasiya zamanı insanlar öz fərdi mənliklərindən çox, qrup mənliklərinə əsaslanırlar. Bu vəziyyətdə qrup norması nədirsə, davranış da o istiqamətdə formalaşır—müsbət və ya mənfi.
🪞 Özünü Dərk Etmə Gücü
Deindividuasiya ilə mübarizə aparmağın bir yolu, insanların özlərini daha çox dərk etməsini təmin etməkdir. Güzgü kimi sadə bir vasitə belə, insanları öz hərəkətlərini daha diqqətli nəzərdən keçirməyə vadar edə bilər, çünki güzgü onların kimliklərini xatırladır.
Quranda və İncildə belə sözlər yazılıb: Özünə pərəstişgah yaratma.
İstər şəxs, istər qrup formasında. Çalışın öz mənliyinizi formalaşdırıb inkişaf etdirin. Kiminsə və nəyinsə təsirində yaşamayın. Əks halda ziyan verən insan və ya qrup təsirinə düşə bilərsiniz, məsələn sektalar belə işləyir. Unutmayın, öz mənliyiniz hər şeydən vacibdir!
"Deindividuasiya, insanların sərhədlərini itirməsidir."
~Leon Festinger

👍8❤1⚡1👏1