Balaca qartal toyuqlarla böyüyüb onlara oxşayırdı: onlar kimi qaqqıldayırdı, qurd axtarışında torpağı qazırdı, qanad çalırdı...
İllər keçdi. Bir gün artıq yetişmiş qartal səmada məğrur bir quş gördü.
Qartal sehrlənib soruşdu:
- Bu kimdir?
- "Bu bütün quşların padşahı qartaldır" - deyə qonşu ona cavab verdi. - "Cənnətə aiddir. Biz isə, toyuqlar, torpağa aidik."
Beləliklə, qartal toyuq kimi yaşadı və toyuq kimi öldü, çünki toyuq mənşəyinə inanırdı.
___
#uğur_qaydaları
#həkayələr
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10
Həmişə deyirəm ki, uğur yolu - cəmiyyətə qarşı getməkdədir. Və həmişə də diqqət edirəm ki, uğur yolunda uğursuzluqlar, zərbələr, çətinliklər çox olur.
Bir faktda da diqqət etmək istəyirəm. Siz hər dəfə çətinliklə üzləşəndə, aşanda, məğlub olanda onun ardınca gələnləri də düzgün qəbul etməlisiniz.
Siz qəbul etməlisiniz ki, sizə güləcəklər, lağa qoyacaqlar, məzələnəcəklər sizinlə. Cəmiyyət sizdən bir səhv gözləyir ki, bunları etsin. Hətta sizin ciddi ya zarafata dediyiniz sözləri şişirdib yadınıza salacaq.
Qarşı tərəfə gedən insana cəmiyyət nə deyər? Dəli, gic, xəyalpərəst? Deyər ki, onda çatmır? Elə də deyir. Siz anlamalısınız ki, siz uğura çatmayınca siz daim zərbələr altınta olacaqsınız. Bu hətta ən yaxın insanlarınızdan da gələcək.
KFC yaradıcısına gülürdülər ki, kimdir sənin toyuğunu alan. Amma o bir-bir kafeləri gəzib toyuğunu təklif edirdi, hətta pulsuz bişirirdi. Nəticəni görürük. Nəticənin səbəbi - öz uğurundan əmin olub kiməsə qulaq asmamaq.
___
Ona görə, siz öz məqsədinizdən, nə etdiyinizdən əmin olmalısınız ki, sizə bu zərbələr təsir etməsin. Sizin beyninizə fikir gələndə ki, "mən nə edirəm?", siz daim onu yox etməlisiniz: "Mən ayaq üstə möhkəm durmuşam və öz hərəkətimdəm əminəm, səhv də mənim, uğur da mənim, məğlubiyyət də mənim, qalibiyyət də". Bunu anlayıb, dərk edib siz hər atdığınız addımı rahat atacaqsınız və müsbət nəticə də özünü çox gözlətməyəcək.
Əks halda, birinci uğurda təslim olacaqsınız. Təslim olma fikri gələndə də, yadınıza salın ki, bu zəiflərin xüsusiyyətidir. Divarı qırmaq istəyirsiniz və alınmır? Daha möhkəm vurun, alət tapın, xüsusi texnika gətirin, amma aşırın onu, qırıb tökün. Yalnız bu düşüncə irəli aparacaq. Yoxsa bir cəhd edib, büzülüb qaçacaqsınızsa, onda uğur sizlik deyil.
"Otur yerində", "Sənlik deyil", " Noldu bəs, Ferrari alırdın?", "Bəs deyirdin burda yaxşı pul var?", "Biznes sənlik deyil, get fəhlə işlə" prodakşn təqdim edir
#uğur_qaydaları
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏6❤1👍1
Bazar gününün sorğusu: Oğru, fırıldaqçı kasıblığdan olur yoxsa insanın içində var? #sorğu
Anonymous Poll
18%
Kasıblıq və şəraitin olmaması, çünki başqa imkan görmürlər ətrafda
69%
O insanın içində var, oğru həmişə oğru qalacaq, fırıldaqçı da həmçinin
8%
Çətin sualdır, qalmışam ortada
2%
Cavabı şərhdə yazacam
3%
Mən fırıldaqçıyam, nəticələri görmək istəyirəm 😎 🙂
Forwarded from Kripto Qazanc 🇦🇿🇹🇷
Fikrimcə dibə yaxındır. Ona görə portfeli qurmaq vaxtıdır.
HMSTR, CATİ, WAT - məsləhət görməzdim. CATİ deyirlər bu ay +100% edə bilər, $1+ ola bilər. Ehtimal fikrimcə azdır. Hələ ki məsləhət görməzdim. HMSTR, WAT uçuruma doğru gedirlər. Almağı məsləhət görməzdim.
#kripto_treydinq
t.me/qazanc_kripto |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3
Bütün biznesləri, ya sahibkarların biznesə yanaşmasını 3 tipə bölürəm:
Çox yaxşı, xeyirxah insanlar biznes açanda çox vaxt belə olur. Onların müştəriyə yazığı gəlir, ona görə də məhsulu çox ucuz satırlar. Belə tip bizneslərdə müştəri udur, sahibkar uduzur.
Nəticədə nə olur? Müştərilər biznesi sevirlər, sahibkara hörmət edirlər və alırlar da. Amma dəyərini bilmirlər və istifadə edirlər.
Belə halda həmin sahibkar çox az qazancı ilə qalır, nə artmağa yatırımı olmur, nə də özünə həyatda pulu çatmır. Baxırsan ki sahibkardır, amma varlı deyil. Fenomen? Sadəcə xasiyyət.
Nəticə: ona görə çalışmaq lazımdır yaxşı insan olasan, amma həyatdakı kimi sağlam eqoizmin olsun. Azca özünü də düşünəsən. Çünki əks halda batacaqsan.
Bu tip bizneslərdə sahibkar acgözlük edir və puldan ötrü hər şeyə hazır olur. Məsələn vaxtı keçmiş məhsulları işlədir, aldadır, manipulyasiya edir.
Uzağa getməyək - Hamster Kombat. Baxın, maraqlı proyekt idi, amma yaradıcının məqsədi bir idi - pul. Və o burdan bacardığı qədər pul çıxartdı: reklam satdı, merç satdı, HMSTR tokenlərini satdı və çoxuna sahib oldu, oyunlardan pul qazandı, YouTube videolarından qazandı, sosial şəbəkələrdə çoxlu izləyici yığdılar.
Amma oyunçulara bu uğurun azını verdilər. Çox az. Nəticədə hamı qaldı narazı və ikinci mövsümə əksəriyyət razı olmadı.
Hamsterin dediklərinə görə planı çox idi. Amma bu neqativlə üzləşib çətin uğurlu olar.
Yəni yalnız öz cibini düşünərək, sahibkar biznesi məhv etdi. Amma normal aparsaydı, yalnız özünə çəkməsəydi neməti - indi çox qazanardı və davam edərdi qazanmağa.
Belə sahibkarlar hər sahədə olur. Məsələn köhnə əti atır edir kolbasa, xarab olmuş tərəvəzdən turşu düzəldib satır, yeni ehtiyyat hissəsinin yerinə işlənmişin qoyur, 300 markalı sementi 500 marka altında satır.
Belə bizneslər çox yaşamır, sahibkarlar ya pul yığıb bankrot olurlar, ya da bir biznesdən o biznesə keçirlər (o da əgər o ağıl varsa). Üçüncü hal - həmin biznesi digər yerdə açır və həmin dairəni işə salır.
Bilirsiniz bu niyə olur? Müştərilər özlərini aldanmış və istifadə olunmuş kimi hiss edirlər və həmin biznesdən uzaq dururlar.
Belə tip bizneslərdə uduş-uduş strategiyası işlənilir. Uzağa getməyək, götürək NotCoin komandasını. Onlar uğurlu NotCoin bazara çıxartdılar, camaata çoxlu qazanc verdilər və nəticədə bütün ayditoriya tərəfindən NotCoin ən sevimli proyektlərdən biridir.
Ona görə də, onların adı olan hər proyektə auditoriya qoşulur. Çünki NotCoin camaatdan istifadə etmir.
NotCoin indi:
• botdan qazanır reklam sataraq;
• çox sayda NotCoinləri var;
• öz əməkdaşlığını satır;
• yeni tokenlər yaradır;
• və öz təcrübələrini satırlar.
Ona görə NotCoin komandası daim qazanacaq.
Bu qayda da hər yerdə işləyir. Biznesdə yalnız müştəri udsa - sahibkar ziyanda olur, sahibkar yalnız udsa - müştəri ziyanda və narazı olur. Ona görə hər yerdə ortanı tapın və əliaçıq olun. Həm siz udun, həm müştərilər.
#uğur_qaydaları
#biznes
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9🔥2
“Hana, Allahın bu dünyada yaratdığı dəyərli hər şey gizlidir və ona çatmaq çətindir. Brilyantları haradan tapmaq olar? Yerin dərinliklərində, örtülü və qorunur. Gövhəri haradan tapmaq olar? Dərində, okeanın ən dibində, qapalı və gözəl bir qabıqla qorunur. Qızılı haradan tapmaq olar? Çox aşağı bir mədəndə, qat-qat daşla örtülmüş. Onlara çatmaq üçün həqiqətən çox çalışmalısan... Bədənin müqəddəsdir. Sən brilyant və mirvarilərdən çox qiymətlisən və ona görə də bədənini onlar kimi nəzərdən gizlətməlisən."
#uğur_qaydaları
#marketinq
#biznes
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10❤1
Üç böyük insan otağda oturub: Şah, Molla, Zəngin. Onların arasında adi muzdlu cəngavər dayanıb və hər biri ona əmr verir ki, o digər ikisini öldürsün. Kim sağ qalacaq? #sorğu #tapmaca
Anonymous Poll
18%
Şah, çünki tac onun başındadır
8%
Molla, çünki o Tanrının sözünü daşıyır
14%
Zəngin, çünki dünyada əsas puldur
22%
Heç biri, Cəngavər hamısını qıracaq
20%
Kim öz hakimiyyətinə Cəngavəri inandıracaq
9%
Hamısı sağ qalacaq
9%
Beynim off
1%
Şərhdə cavabımı yazacam
Ətrafımızda olan insanlar tərəfindən manipulyasiya edilmə yollarından biri də emosional şantajdır. Bu kimsə bizi istədiklərini etməyə məcbur etmək üçün hisslərimizdən istifadə etdiyi və ya etmədiyimiz bir şeyə görə bizi günahlandırdığı zamandır.
Məsələn, o deyə bilər: “Əgər məni sevirsənsə, bunu edəcəksən” və ya “Filan yerə getsən, aramız dəyəcək”. Bu özümüzə hörmətimiz və seçim azadlığımız baxımından çox zəhərli davranışdır.
Adətən şantajistlər ən dərində yerləşən qorxularımıza müraciət edirlər: tənhalıq, uğursuzluq, alçaldılmaq, utanmaq (biabır olmaq).
Bunlar şəxsi münasibətdə, işdə, dostlar arasında - hər yerdə ola bilər. Siz anlamalısınız ki, sizi manipulyasiya edirlər, yoxsa etdiyiniz - sizin öz şəxsi seçiminizdir.
#uğur_qaydaları
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6💘2🔥1
• Əvvəlcə başa düşməlisiniz ki, bu sevgi/dostluq/yoldaşlıq/hörmət/xahiş deyil, manipulyasiyadır.
• İkincisi, siz öz sərhədlərinizi təyin etməli, yalvarışa və təhdidlərə boyun əyməməlisiniz.
• Üçüncüsü, bizə və qərarlarımıza hörmət edən digər insanlardan dəstək almalıyıq.
• Özünüzü günahkar hiss etmədən "Yox" deməyi bacarın. Ən yaxın insanlarınınıza belə. "Yoxunuzu" qəbul etmirlərsə, qeyd edin ki, bu sizə hörmətsizlikdir. Öz sərhədlərinizi qoruyun.
• "Neqativ təcrübəyə yönəldin": keçən səfər də demişdiniz ki, maaşı verəndə bonus verəcəksiniz, heç nə vermədiniz.
• Özünüzü günahkar hiss etmədən yox deməyi öyrənin. Ehtiyaclarınız və hissləriniz vacibdir.
• Şantajçı ilə problemi açıq şəkildə müzakirə edin.
Unutma ki, sənin həyatına və xoşbəxtliyinə haqqın var və heç kim bunu səndən ala bilməz
#uğur_qaydaları
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡5👍4💘2
Media is too big
VIEW IN TELEGRAM
🔥5😍5💘2❤1🎉1
Channel name was changed to «Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri»
İnsan psixologiyası ilə bağlı 3 maraqlı fakt:
1️⃣ İnsanlara adları ilə müraciət etməklə, onları sizə daha çox sevdirir və öz şəxsiyyətinizə olan inam dərəcəsini artırırsınız.
2️⃣ Beynimiz mənfi bir meylə malikdir və xoş xatirələrdən daha çox pis xatirələri yadda saxlamağa meyllidir.
3️⃣ Diqqəti toplamaq və cəmləmək üçün yaxşı bir yol - bir işi yerinə yetirərkən özünüzlə zehni olaraq danışmaqdır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1👍16😍4👏3💘1
Əksər insanlar azadlıq istəmirlər, çünki o məsuliyyətlə gəlir və insanların çoxu məsuliyyətdən qorxur.
👍9😍4❤1💘1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tərbiyənin həyatımızda vacibliyi...
👏18👍6❤3🎉2😍2💘1
Ən yaxşı dost - sənin haqqında xoşlamadığı hər şeyi söyləyən və hamıya sənin dünyanın ən gözəl insanı olduğunu deyən biridir...
👍15🤝2❤1