Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri
19.4K subscribers
120 photos
21 videos
1 file
127 links
🔹maraqlı faktlar
🔹psixologiya, düşüncə
🔹beyin, zehin, şüur haqqında biliklər
🔹fəlsəfə
🔹motiv edici sözlər
🔹uğurun sirri
🔹irəli aparan hər biliklər

@brain_az - dünya görüşünü bizimlə artır!
Download Telegram
🏆🏆🏆Toni Nadal — böyük tennisçi Rafael Nadalın əmisi və məşqçisi — yalnız Göte'nin sitatının mənasını istifadə etmədi, əslində bu ideya üzərində çempion tərbiyəsinin bütün fəlsəfəsini qurdu.

🎾 Toni Nadal bu fikrə nə yatırdı:
«İstedad səssizlikdə formalaşır, xarakter isə həyatın tufanında» — bu, Toninin məşq prosesinə yanaşmasının ikiqat modelini əla şəkildə əks etdirir.


1️⃣İstedadın formalaşması — səssizlikdə, rutinlə, darıxdırıcı təkrarla

• Toni Rafaelə saatlarla eyni zərbələri təkrar etməyə məcbur edirdi, tənbəl oyuna güzəşt etmirdi.
• Uğurlu oyun epizodlarına görə onu tərifləmirdi, deyirdi:
"Bu, sənin işindir. İstedad — məsuliyyətdir, fəxr etməyə səbəb deyil."


• Rafaelə məşqləri əyləncə yox, borc kimi qəbul etməyi öyrədirdi.
• Avtomatlaşdırmadan az istifadə edir, səbr, diqqət və xırdalıqlara fokuslanmanı formalaşdırırdı.


2️⃣Xarakterin formalaşması — çətinlik, stress və təvazökarlıqla

• O, qəsdən “tufan” yaradardı: pis kortlarda, keyfiyyətsiz toplarla, küləkli havada məşq etdirərdi.
• Məşq zamanı sınıq raketləri dəyişməyə icazə verməzdi:
"Əlində nə varsa, onunla bacar."

• Rafaelin əsəbiləşməsinə icazə verməzdi:
"Raket qırmaq — zəiflik əlamətidir."

• Uduzanda deyərdi:
"Uduzdun? Deməli, edə biləcəyini etmədin. Səbəbi özündə axtar."



🧠Toni Nadalın yanaşmasının əsasları:

✅İstedad - rutin, intizam, təkrar və səssizliklə inkişaf edir.
✅Xarakter - çətinlik, təzyiq, uduzmaq və emosiyalara nəzarətlə formalaşır.
✅Uğur - hədiyyə deyil, davamlı özünü aşmaq və prosesi qəbul etmək nəticəsidir.

📌 Toni Nadalın sitatı:
"Mən çempion yetişdirmədim. Mən çempion ola biləcək bir insan formalaşdırdım."



___
Həyatda çətinlikləri aşaraq biz inkişaf edirik. Ona görə nə qədər çətinlik varsa - heyfslənməyin. Çünki əsl çempionlar çətinliyi özü yaradır - inkişafın ayrılmaz bir aspekti olaraq
😉


Böyük Şəxsiyyət ©️

#uğur_qaydaları

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3🔥1
🏆⚔️🛡Fabi Maksimus – Qılıncsız Qalib

1️⃣ Fabi Maksimus Hannibala hücuma keçmirdi. Baxmayaraq ki bütün Roma qan istəyirdi. O isə görürdü: Karfagen güclüdür, enerjilidir, motivasiyalıdır. Başa düşürdü ki, əgər alın-alına qarşısına çıxsa, Roma bir günə məhv olacaq. Ona görə də sonradan onun adı ilə tanınacaq strategiyanı seçdi — “Fabi strategiyası”:
Hücum etmə. Gecikdir. Yandır. Aclıq yarat. Yor. İçindən çürüt.

2️⃣ Onu nifrətlə qarşılayırdılar. Onu qorxaqlıqda ittiham edirdilər. Az qaldı edam edilsin. Hannibal əkin sahələrini yandıranda — Fabi susurdu. Şəhərlər talan ediləndə — o geri çəkilirdi. Kütlə qələbə istəyirdi. Fabi isə səssizliyi qoruyurdu. O, şöhrət axtarmırdı. Anı gözləyirdi — düşmənin zəiflədiyi anı. Bu qorxu deyildi. Bu, parıltısız polad idi.

3️⃣ Onun qərarı Romaya rüsvayçılıq gətirdi. Amma imperiyanı xilas etdi. İllər sonra Hannibal yoruldu, əvvəlki dəstəyini ala bilmədi, ordusu bataqlıqlarda və soyuqda məhv oldu. Və o zaman Roma zərbə endirdi — öz şərtləri ilə. Qələbə gözəl deyildi. Qələbə strateji idi. Bu döyüş şan-şöhrət üçün yox, sağ qalmaq üçün idi.

4️⃣ Fabi bilirdi: böyük imperiyalar məğlubiyyətdən yox, qürurdan yıxılır. O, “məğlubedilməz Roma” mifindən imtina etdi — real Romanı qorumaq üçün. O, mübahisə etmədi. Sadəcə gözlədi. Və beləliklə düşməni qılıncsız məhv etdi. Onu zamanla öldürdü.


5️⃣ Onun "biabırçılığı"ndan 20 il sonra — Roma imperiya oldu. Hannibal məğlub edildi. Karfagen yer üzündən silindi. Fabi Maksimusun adı daş kitabələrə həkk olundu — döyüşçü kimi yox, müharibə şahmatçısı kimi. Onu ehtiyatlılığına görə lağa qoyurdular. Amma ağlının onların cəsarətindən güclü olduğunu başa düşəndə ona hörmət etməyə başladılar.


___
Sual budur:
Bu gün gücünü sübut etmək üçün yaşayırsan — yoxsa elə bir güc qurursan ki, onu 20 ildən sonra belə heç kim dağıda bilməsin?



Böyük Şəxsiyyət ©️

#uğur_qaydaları
#şəxsiyyətlər
#liderlik
#məqsədlər
#milyonçu_düşüncəsi
#idarəetmə

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4🔥1👏1
🛍🛍🛒Marketlər sizi necə aldadır

Marketlərin gizli hiylələrinə görə biz bəzən pul itiririk. Gəlin araşdıraq, necə belə olur.


1️⃣ Məhsulun qiyməti yoxdur

Belə məhsulları məsləhət görürəm ki, almayasınız. Çünki çox zaman kassada vuranda onların qiyməti gözləniləndən çox baha olur. Yada qiyməti soruşub alın.


2️⃣ Məhsulun altında başqa məhsulun qiymətidir

Və əlbəttə ki, daha ucuz məhsulun. Siz ucuz qiymət görüb alırsınız, bəzən 3-5 ədəd. Kassada məlum olur ki, üstündə başqa məhsulun qiymətidir.


3️⃣ İki qiymət

Bəzən məhsulun üstündə iki qiymət olur və ucuz qiymət yekə rəqəmlərlə. Siz onu görüb məhsulu alırsınız, amma kassada məlum olur ki, ucuz qiymət bonus kartı olanda aktual olur.


4️⃣ Endirim

Endirimli məhsul olur, alırsınız. Kassada endirim göstərmir, çünki bonus kartı ilə yalnız endirim olunur. Siz biımirdiniz, çünki xırda gözə görünməyən şriftlə yazılıb.

Eyni də olur ki, endirim vitrində var, amma proqramda yoxdur. Guya "təsadüfən" olub...

Ya da müəyyən sayda məhsulun ya bir partiyanın xüsusi endirimi olur, onun barkodunu ayrı vururlar. Endirimli məhsul bitir, amma qiymətdə endirim yazılıb - camaat alır, amma kassada endirimlə vurmurlar.


5️⃣ Çaşqınlıq

Endirim hər yerdə yazılıb, hamı deyir ki, filan mağazada filan məhsula endirim var. Gedirsiniz, tapmaq olmur. Çünki elə yerə qoyublar ki, onu tapmaq üçün gərək bütün endirimsiz məhsulları keçəsiniz. Tapmasanız - utanacaqsınız əliboş mağazadan çıxmağa, ona görə nəsə alacaqsınız.


6️⃣ Ucuz məhsulları gizlətmək

Bəzən ucuz məhsulları gizlədirlər bahalının arxasında. Tapa bilmirsiniz, məcbur olub alırsınız bahalısını. Bəzən keyfiyyət fərqi də olmur heç iki məhsul arasında.


7️⃣  Qiymət 100 qr çəkisinə aiddir

Məsələn məhsul görürsünüz, çərəz, qiyməti də 3 m. Düşünürsünüz ki, nə qəşəng, burda hardasa 300 qr var, sərf edir. Kassada isə 9 manat vurur, çünki qiymət 100 qr üçün yazılıb. Siz də özünüzü elə aparırsınız ki, guya bilirdiniz))


___
Çoxunun psixoloji triqqeri - utanc, qürur və diqqətsizlikdir, eqo: utanırsınız ya çəkinirsiniz məhsulu geri qaytarmağa ya da fikir vermirsiniz heç qiymətə. Xüsusi hallarda insanlar göstərmək istəyir ki, pul problem deyil, qiymətə baxmıram - eqo, saxta obrazı göstərirlər.

Əlbəttə ki, çox hiylələr var, zamanla əlavə edərik.

___
Tövsiyəm odur ki, həmişə bilin nəyə və nə qədər pul verirsiniz və qoymayın ki, sizi aldatsınlar. Pul sizindir və hər bir belə hal sizin cibinizdən digər insan tərəfindən pulunuzu çəkmək deməkdir.

Əgər qiymət gözlədiyinizdən və ya bildiyinizdən bahadırsa - onu qaytarmağa haqqınız var. Utanmayın və çəkinməyin.

Yalnız pulunu düzgün xərcləyən insan varlı olur. Əks halda qara dəliyə düşmüş kimi, pulunuz yox olacaq və ozünüz də bilməyəcəksiniz ki, qazancınız necolur.



Böyük Şəxsiyyət ©️

#marketinq
#satış
#uğur_qaydaları

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
❓🤡💬Sual:
İşdə üstümə qışqırırlar. Bəzən təhqir edirlər. Nə edim?



Belə şirkətlərə toksik şirkət deyirlər. Təəssüf ki, belələri çoxdur. Çünki bizdə korporativ və işgüzar etika hələ formalaşmayıb.

Nə etmək olar?

1️⃣ Toksik olmayan şirkətdə işləyin (əgər imkan varsa).

2️⃣ Toksik şirkətdə məcbur olub işləməlisinizsə və ya onlarda sizi qane edən digər üstünlüklər varsa iki variant var:

• ya qəbul etməlisiniz: məsləhət görmürəm, istəmirəm kimsə "əzilmiş" olsun.
• cavab verib öz sərhədlərinizi qorumalısınız: dalaşmayın, mədəni şəkildə izah edin ki, hər kəs səhv edir, amma belə tərzdə danışmağınız düz deyil və s. Söz - qılıncdan güclüdür BŞ ©

3️⃣ Elə güclü mütəxəssis olun ki, şirkət sizi çox dəyərləndirsin, şirkət sizdən asılı olsun və sizi itirməkdən qorxsun. Və şirkət bilsin ki, siz onlardan asılı deyilsiniz, sizin əlavə variantınız var. Onda danışıqlarını seçəcəklər.

4️⃣ Motivasiya kimi istifadə edin: bunu motivasiya edib ya fərdi fəaliyyətə başlayın (özünüz özünüzə müdir olun), ya da şəxsi biznes açın. Mən elə etdim.

___
Qeyd edim ki, bunu belə saxlamayın. Çünki şəxsiyyəti əzilən biri çətin uğur qazanar. Və övladlarınıza da ziyan olacaq. Kiminsə ixtiyarı yoxdur kimisə alçaltsın.

___
Mən özüm də işləyəndə həmişə cavab vermişəm kimsə həddini aşanda. İstər müdir olsun, istər müavini, istər kim.

Şəxsiyyətinizi qorumasanız, kimsə onu qorumayacaq.
Sərhədlərinizi qoyun ki, kimsə onu aşıb keçməsin.
Özünüzə hörmət tələb etməsəniz, kimsə sizə hörmət qoymayacaq...




Böyük Şəxsiyyət ©️

#uğur_qaydaları #biznes
#sual_cavab #motivasiya
#hüquq #fəlsəfə
#karyera #əhval_ruhiyyə

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💯4❤2🔥1
🇦🇿💵💸💵Azərbaycanda biznes imkanları 2025

Öncə qeyd edək ki, bütün biznes ideyalarını bu hasteqlə tapa bilərsiniz #biznes_ideya@biznes_ugur

Və çalışaq təkrarlanmayaq.


1️⃣ Çörək

Qəribə səslənsə də, keyfiyyətli çörək tapmaq çətindir. Təndir çörəyi alırsan 2-3 saat sonra quruyur, yemək olmur. Baton da alırsan (qara, ağ) - dadlı olmur. Məncə bu sahə boşdur.

Nadir hallarda uzun müddət yumşaq qalan və dadlı çörək tapırdım, o da rayonlarda (məsələn, kürə çörəyi). Bakıda görmədim.

Bura misal üçün, fransız bagetlərini, türk çörəyini (səhv etmirəmsə "trabzon çörəyi" adlanır) əlavə edək. Mağazalara paylamaq ya da elə bişirib sexdən satmaq olar.


2️⃣ Meyvə/tərəfəz

Nəsə zamanla bunların keyfiyyəti azalır. Təəssüf ki. Bakıda tərəvəz aldım, dadı yox, sudur. Qiyməti də yüksək. Məncə k/t sektoru zəifləyir, keyfiyyətli məhsul azalır, ona görə ağıllı iş qurmaq vaxtıdır. Təkrar oldu, amma vacib sahədir.


3️⃣ Geyim dizaynı və istehsalı

Bir neçə yerli brend gördüm və çox bəyəndim. Məncə davam etməliyik. Qadın və kişi, uşaq və böyük, dini geyimlər - hər sahədə istehsal açmaq olar. Əsas gözəllikdir və rahatlıq. İnstagram, YouTube qulluğunuzda hazırdır.


4️⃣ Ayaqqabı istehsalı və ya satışı

Ölkədə normal, keyfiyyətli ayaqqabı tapmaq olmur. Çoxunun içi bərk olur, adamın ayağı ağrıyır. Mollarda 150+ manatdan başlayır qiymətlər, amma aralarında bir populyar 3-4 brendə güvənmək olur. Eyni zamanda hər insan 150+ manat verə bilmir ayaqqabıya.

Yaxşı və münasib qiymətdə olan brend tapıb ölkəyə gətirib satmaq olar. Məncə yaxşı qazanarsınız. Türkiyədə, Çində yaxşı brend olar. Balaca partiya da gətirmək olar. O qədər keyfiyyətli ayaqqabılar var ki, 15-30$ arasında.


5️⃣ Qida məhsullarının istehsalı

Marketlərə baxın - nəyi xaricdən gətiririk onu istehsal etmək olar. Qiymətlər çox bahadır, özümüz istehsal etsək bazar boşluğunu tutmaq olar. Və mütləq deyil ki, böyük istehsal açasınız. Balacadan da başlamaq olar. 


6️⃣ Holland pendiri

Çox gözəl sahədir. İşveçrədə olur e, sarı pendir. Yerin altında saxlayırlar. Bizim ölkədə bu sahə çox da inkişaf etməyib. Amma etməlidir. Ölkədə restoranlar çoxdur, əsasən də Bakıda. Yüksək keyfiyyətli pendirdən məncə imtina etməzlər. Biri pizza düzəldir, digər qidaya əlavə edir ya doğrayıb dilim-dilim verir. Eyni zamanda marketlərə də paylamaq olar.


7️⃣ Ailəvi istirahət yerləri və böyüklər üçün istirahət mərkəzləri

Böyüklər üçün istirahət çox azdır. Ya restorana gedirsən, ya park/Bulvar/moll gəzirsən. Bilyarda ailəvi getmək olmur. Boulinq, kartinq, tamaşalar kənara, belə digər yerlər azdır. Peyntbol, lazertaq, straykbol, balıqçılıq klubları, retro kinoteatr, ailəvi oyunlar yerləri, musiqili axşamlar (restoranlarda), sirk, fokusçular, konsertlər və s. - əminəm ki, daha maraqlı ideyalar düşünmək olar.


8️⃣ Avtoyuma - özün yu

Deməli apparat alınır və müştərilər pul atıb özləri maşınlarını yuyurlar. Qəşəng ideyadır. Müştərilər üçün ucuz, sahibkar üçün az xərc tələb edən.


9️⃣ Daşınmaz əmlak agentliyi

Baxıram, çoxunun saytı yox, dərin biznes-model qurmayıblar, amma qəşəng qazanırlar. Sadəcə internetdə elan atıb, biznes kart paylayıb obyekt əldə edib satırlar və ya icarə verirlər. Əlbəttə, hər şey belə asan deyil, amma yəni bazara giriş çox da yüksək deyil.


1️⃣0️⃣ Hüquqi şirkət, vəkillər; mühasibat agentliyi

Ölkədə əhali qanunu çox aşağı səviyyədə bilir. Bu sahədə çox yaxşı qazanmaq olar. Ofisləri Asan xidmət, Notarius, ya İcra Hakimiyyəti, VVAQ, Bələdiyyə, Miqrasiya və digər dövlət orqanlarının yaxınında açılmaq məsləhətlidir. Baxır sahənizə. Mühasibat agentliyi çox zaman Vergilər-in yaxınında olur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1️⃣1️⃣ Populyar bizneslər

Çox adam bu sahədə məşğuldursa - deməli orada pul var:

• avtomobil təmiri;
• məişət texnikasının təmiri;
• evi istiləşdirmək üçün sistemlər: kombi, isti pol (satış, quraşdırma, təmir);
• kondisioner: satış, quraşdırma, təmir;
• evdə kiçik təmir işləri: elektrika, santexnika, pəncərə qoyulması və ya təmiri;
• HoReCa avadanlıqlarının təmiri: biznes üçün sobaların təmiri - adətən bir neçə restoran, otel, şirniyyat evi, çörək sexi və s. götürürsən, daim zəng vurub təmirə çağırırlar.


1️⃣2️⃣ Digital marketinq

Bizim ölkədə yeni-yeni inkişaf edir. Çox perspektivlidir.

• SMM: İnstagram, YouTube, TikTok, Linkedİn, Facebook, Threads.
• SEO: saytların axtarış sistemlərində qalxması.
• PPC reklam: FB Ads, Google Ads, Yandex.Direct.
• Saytların yaradılması, QR-menu, Taplink.
• CRM və POS sistemlərinin quraşdırılması. İzah edərəm bir dəfə ətraflı.


1️⃣3️⃣ İnstagram-da və TikTok-da internet mağaza

Çox populyar sahədir. İstənilən məhsulu satmaq olar, sadəcə özəllik yaradın ki, sizdən almaq sərfəli və güvənli olsun. Qab-qacaqdan geyimə kimi - hər şeyi satmaq olar.


Kimin əlavə ideyası varsa - yazın 😉



Böyük Şəxsiyyət ©️

#biznes_ideya
#qazanc

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🏆🥇✅Azərbaycanda sosial liftlər

Sosial lift – insanın sosial statusunu dəyişməsinə və sosial pilləkənlərlə yuxarı qalxaraq daha yüksək mövqeyə, peşəyə, gəlirə və nüfuza çatmasına imkan verən sosial institutları, mexanizmləri və kanalları ifadə edən məcazi anlayışdır. Belə "liftlərə" misal olaraq təhsil, ailə, ordu, kilsə, biznes, elm, siyasət və ictimai təşkilatlar göstərilə bilər.



1️⃣ Güclü təhsil

Bu hər kəsə aydındır. Hər sahədə güclü mütəxəssis işsiz qalmır və çox uğurlu olur. Həkimlər, hüquqşunaslar, jurnalistlər, İT-mütəxəssislər, mühəndislər, memarlar, kinorejissorlar...


2️⃣ Dövlət işi

Hər hansı bir dövlət işində, daha doğrusu Dövlət apparatında iş və karyera qurmaq. Həm nüfuzlu olursunuz, həm də qazanc yüksək. Əlbəttə ki, burada uzun illər boyu məqsədli xidmət etmək lazımdır.


3️⃣ Böyük şirkətdə karyera

Çox anda xarici şirkətdə. Əsasən də bu beynəlxalq korporasiyadırsa.


4️⃣ Beynəlxalq təşkilatlarda üzvlük

Ekoloji, humanitar, sosial məqsədli təşkilatlarda.


5️⃣ Hərb, DİN, DTX

Hərb elə bir sahədir ki, güclü, savadlı, məsuliyyətli və vətənpərvər zabitləri irəli çəkirlər. Özüm şahid olmuşam. Burada nə tanışlıq kömək etmir, nə də pul. Sadəcə işinə və Vətəninə sadiqlik. Amma, əlbəttə ki, uzun vaxt lazımdır ki, istədiyin nöqtəyə çatasan. Bunu da anlamaq lazımdır.


6️⃣ Dövlət korporasiyasında karyera

Məsələn, SOCAR-da.


7️⃣ Biznes, fərdi mütəxəssislik

Burada izaha ehtiyac yoxdur.


8️⃣ Idman

Futbol, güləş/sambo, şahmat, üzgüçülük, boks, MMA və digərləri. Qalib gələnlər yüksək dəstək alırlar + reklam kontraktları.


9️⃣ Şou-biznes

Musiqi - məncə ən populyar sosial liftdir bu sahədə. Əlavə də, aparıcı, TV-də iş.


1️⃣0️⃣ Tanışlıq

İngiliscə - networking. Yəni sosial əlaqələr, tanışlar. El arasında "dayday". Amma burada pis nəsə yoxdur. Sadəcə hər ölkədə tanışlarının çox olması çox vacibdir və uğur yolunda kömək olur. Normal bir haldır. Ona görə insanlarla tanışlıq yaratmaq, ünsiyyət qurmaq, insanlar tərəfindən bəyənilmək çoz vacib və gözəl bacarıqdır.


Əlavəniz var?


Böyük Şəxsiyyət ©️

#uğur_qaydaları
#karyera
#qazanc
#təhsil

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
⚠️‼️🙏Dostlar, kimdə Linkedİn var - izləyin və layk, şərh yazıb dəstək olun 😉

https://www.linkedin.com/company/böyük-şəxsiyyət/

https://www.linkedin.com/in/böyük-şəxsiyyət/

Zamanla şəxsi səhifədə marketinqə aid fərqli paylaşımlar olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👑🤵💎Elita formalaşdıran ailə ritualları

ℹ️Məktəblərdə bunu öyrətmirlər.


1️⃣ Həftədə bir dəfə — ailə şurası.

“Bunu böyüklər həll edir” - yoxdur. Ata 5 yaşlı uşağın gözünə baxıb soruşur: “Bəs sən nə düşünürsən?” — və cavabı gözləyir. Burada hörmət yox, daxili səsin çəkisi formalaşır. Adi ailələrdə uşaqlar “itaət etməyi” öyrənir. Ambisiyalı ailələrdə isə — “təsir etməyi”, düz olmasan belə. Bu demokratiya deyil. Bu — liderlik mövqeyinin açılışıdır: “mənə aidiyyəti var, mən qarışmaq haqqına malikəm.”


2️⃣ Səhər yeməyi.

Altı yaşlı uşaq sendviçdən dişləyir və eşidir: “Bu gündən nə istəyirsən?” — demir “özünü yaxşı apar”, demir “məni utandırma”. Deyir "Özün nə istəyirsən?". Bu nəzarət deyil — müəllifliyi öyrətməkdir. Çünki 7 yaşında məqsədini formalaşdırmağı öyrənənə, 27 yaşında rəis lazım olmur.


3️⃣ Bir axşam — səhvlərin müzakirəsi.

Danlamaq yoxdur, “mən demişdim axı” yoxdur. Sual hamıya: “Harada səhv etdin və nə başa düşdün?”. İlk danışan ata olur — özü haqqında. O, öyrətmir, utanmadan zəifliyini göstərir. Bu isə məktəbin proqramını (“səhv = məğlubiyyət”) sındırır. Burada səhv = alət. Çünki güclü o deyil ki, kim yıxılmır. Güclü o kəsdir ki, uçuruma sakit baxır — və ondan pilləkən düzəldir.


4️⃣ Hər ay — cəmiyyətdə qadağan olunmuş mövzular.

Ölüm, pul, hakimiyyət, xəyanət. Filtr yoxdur. “Bunu böyüyəndə biləcəksən” yoxdur. Qaranlığın adını çəkməyi öyrənən uşaq, böyüyəndə ondan qorxmur. Onu nə xəyanət, nə ölüm, nə də itki sarsıdır. Çünki o, öyrənib: reallıqla təmas — onun üzərində nəzarət deməkdir.


5️⃣ Hər kəsin şəxsi məsuliyyət zonası olur.

“Anaya kömək et” demir, “sənin zonan — vanna otağı. Özünə cavabdehsən” deyir. Xatırlatma yoxdur. Mükafat yoxdur. Çünki lider üçün əsas məsuliyyətə görə qiymət lazım deyil. Uşaq döşəməni “məcbur” olduğu üçün yox, bura onun ərazisi olduğu üçün silirsə — gələcəkdə komandaya rəhbər də ona görə olur ki, mühit idarə etməyi bacarır. Hər şey isə bir diş fırçasından başlayır — hansı ki, ona yalnız sən cavabdehsən.


___
Bunlar ailədə xoş ab-hava yaratmaq üçün deyil. Burada sən qaydalar yaradırsan. Əks halda - həyatın boyu kiminsə qaydalarına riayət edəcəksən.


Böyük Şəxsiyyət ©️

#uğur_qaydaları
#təhsil
#çərçivədən_çıxın
#liderlik
#milyonçu_düşüncəsi
#uşaq_tərbiyəsi

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
🟥🛞🛒Uğurumuzu əlimizdən alırlar?

Təssəvvür edin, qayıqda üzürsünüz, əziyyətlə irəli gedirsiniz, amma hər dəfə dalğa sizi geriyə, əvvəlki yerə atır. Siz daha da çox güc sərf edirsiniz, amma yenə atılırsınız. Və bu daim davam edir. Haqsızlıqdır? Axı siz çalışırsınız, inkişaf edirsiniz?

Desəm ki, bu bizim həyatımızdır, inanarsınız? Gəlin izah edək.

Hər il, hətta bəzən hər ay qiymətlər qalxır. Bu il 500 ₼ maaş alırsınız və həyata 400 ₼ xərcləyirsiniz. Amma gələn il, eyni məhsullar üçün siz 400 ₼ yox (təxminən) 10% çox sərf edəcəksiniz. Bu edir 440 ₼, amma maaş qalxmır. Növbəti il yenə də 10% qalxır qiymətlər və sizə artıq həyat üçün 484 ₼ lazım olur. Artıq sizin maaşınız qalxmasa gələn ilə yaşayış səviyyəniz düşəcək.

Bunun adı inflyasiyadır.

İnflyasiya — latın mənşəli sözdür, inflatio sözündən gəlir — “şişmə, hava ilə dolma, köpmə”. Sanki bir balon kimi, getdikcə daha çox şişir, ta ki partlayana qədər. İqtisadiyyat əsrlərdir bu ssenarini təkrar edir: qiymətlər artır, pul dəyərini itirir, insana isə elə gəlir ki, eyni yerdə qalmaq üçün daim daha sürətli qaçmalıdır.


Təsəvvür edin, eyni səviyyədə yaşamaq üçün inkişaf etmək lazımdır. Hər il ən azı 10% daha çox qazanmaq lazımdır ki, eyni səviyyədə yaşayasınız.

‼️Altından xətt çəkim: eyni səviyyədə yaşamaq üçün hər il tər töküb, inkişaf edib 10% daha çox qazanmaq lazımdır.

İnkişaf olunmasa hətta geri atılırsınız və daim daha aşağı təbəqələrə düşürsünüz.

Və təsəvvür edin ki, inflyasiya 10% yox, 20% oldu. 30-40-50% oldu. Düşünün, hər il 30% daha çox qazanmaq lazımdır ki, siz sadəcə eyni səviyyədə yaşayasınız.

___
Ona görə bunu nəzərə alın. Və inkişafınızın sürətini daha artırın ki, siz inflyasiyanı hər il qat-qat keçəsiniz. Yalnız elə yaşayış səviyyəniz qalxacaq.

İqtisadiyyat elə qurulub ki, sən inkişaf etməsən - batacaqsan. Çünki eyni səviyyədə qalmaq üçün inkişaf etməlisən. Artım üçün daha güclü inkişaf lazımdır.

___
İnflyasiya — dünyanın səssiz bölünməsidir.
O, sizdən gələcək üzərindəki hakimiyyəti alır, inamı ümüdə, ümidi isə toza çevirir. Amma onun mahiyyətini anlayanlar axına qarşı üzməyi öyrənirlər: yanmayan, paslanmayan və dəyərini itirməyən şeylərə sərmayə qoyurlar.

Pul — sadəcə kağızdır, amma inflyasiya — onu qeyri-müəyyənlik okeanı üzərində sovuran küləkdir. Ona görə həyatınızı qeyri-müəyyənlik içində yaşamayın.



Böyük Şəxsiyyət ©️

#uğur_qaydaları
#nəzəriyyə
#çərçivədən_çıxın
#statistika
#iqtisadiyyat
#həyatqəddardı

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1👍4
Forwarded from Fidigitally
Salamlar, Mənim adım Fidandır.🙋‍♀
Digital marketinglə məşğulam. Daim öz üzərimdə çalışır, həm tətbiq edir, həm də öyrəndiklərimi başqalarıyla bölüşürəm.
📲Hazırda kiçik biznes sahiblərinə və şəxsi brend yaratmaq istəyənlərə SMM dəstəyi verirəm. Həmçinin, digital məzmunlar yaradaraq frilanser olaraq çalışıram.

Bu kanalda sosial media üçün effektiv ideyalar, digital məhsul nümunələri və rəqəmsal dünyada dəyər yaratmaq istəyənlər üçün praktik tövsiyələr paylaşacağam.
Öyrəndiklərimi real, sadə və praktik formada təqdim edirəm ki, izləyən hər kəs faydalana bilsin.
Əgər sən də sosial mediada inkişaf etmək, brendini yaratmaq və kontentinlə daha çox insana çatmaq istəyirsənsə — burası sənin üçündür 🌿
Gəlin birlikdə öyrənək, paylaşaq və inkişaf edək 🤍
⚠️🔥🛒Digital-marketinqi öyrənmək istəyənlər üçün yer 😉

https://t.me/fidigitally

Tövsiyədir 🤝
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥇💲🏆Bobbi Akselrodun sitatları:

Bobbi Akselrod - «Milyardlar» serialından, ambisiyalı, hiyləgər və amansız milyarderdir, Axe Capital adlı hedc-fondunu idarə edir. O, maliyyə manevrlərində ustadır və komandaya ilham vermək qabiliyyətinə malikdir. Qarşısında duran rəqib və düşmənlərini soyuqqanlıcasına məhv edir. Biznesdə prinsipsiz olsa da, ailəsinə və yaxınlarına sadiqdir.


1️⃣ Sağ qal, yoxsa öl. Amma bacardığını et və dırnaqlarınla yapış.


2️⃣ Gücün olmadan danışıqlar aparmaq mümkün deyil.


3️⃣ Rəhm – ağrıya dözə bilməyən bədbəxtlərin sözüdür.


4️⃣ Çox insan qorxudan qaçmağa çalışır, onu həyatından mümkün qədər tez çıxarmaq istəyir, mən isə onu becərirəm. Onu tanımağa, təşkil etməyə və istifadə etməyə çalışıram. Gəncliyimdə bu yol ilə sağ qaldım və indi də sağam. Çünki qorxularımı dinləyirəm.


5️⃣ “Biz – növümüzün ümidiyik,” – dedi o, öz psixikasını yaralanmış halda görə bilən və onu güclənmək üçün dəyişdirə bilən insanlar haqqında.


6️⃣ Milyarder olmaq, ideal fiquralı və ya gözəl ayaqları olan qadın olmaq kimidir. Sən dəqiq bilirsən, hər kəs nəyə baxır və nəyi istəyir. 18+


7️⃣ Pulu olan xərcləyir. Pulu olmayan isə istəyir ki, milyardlar başqaları üçün xeyriyyəyə xərclənsin.


8️⃣ Bilirsən… Deyirlər, oğlan atasını itirməyənə qədər kişi olmaz. Mənim atam mənim üçün ölüdür, on iki yaşımda bizi atdığından bəri. Ağlamışam ya yox, xatırlamıram, amma o gündən bəri başa düşdüm ki, böyüməyə məcburam. Həmişə xoşbəxt oluram, hələ də atalarının çiyninə söykənə bilən, atalarının əlaqələrindən istifadə edən oğlanı görəndə, çünki onun öz ulğumu hələ çıxmayıb.


9️⃣ Nifrət – ideal enerji mənbəyidir. O fasiləsiz yenilənir!


1️⃣0️⃣ Qalibi ola bilməyəcək müharibəyə özünü cəlb etməyə imkan vermə.


1️⃣1️⃣ Heç vaxt deməzdim ki, bunu deyəcəyəm, amma biz həmişə haqlı ola bilmərik. Bəzən sadəcə məğlubiyyəti qəbul etmək lazımdır.


1️⃣2️⃣ Çox insan Wall Street-də ilk işini soyuq zənglərlə başlayanda düşünür ki, hədəfi “bəli” deməyə məcbur etmək vacibdir, amma mənim düşündüyüm və mənə ilk il Porsche gətirən şey – “yox” demək üçün səbəbləri verməməkdir. “Yox” onların söz bazasından çıxarılsa, orada yalnız “bəli” qalacaq.


Böyük Şəxsiyyət ©️

#uğur_qaydaları
#şəxsiyyətlər
#fikirlər
#motivasiya
#milyonçu_düşüncəsi
#böyük_film


t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
💼💎🚀 1 il ərzində bazar:

2024 sentyabr - 2024 dekabr qalxdı.

2024 dekabr - 2025 aprel çökdü.

2025 aprel - 2025 avqust qalxdı.

2025 sentyabr - başladı çökməyə.

___
Deməli, bazar çökəndə alıb - bazar qalxanda satmaq olardı. Çünki bu anlarda tokenlər x2-x6 etdilər.

Ona görə bu dövrlərə uyğun hərəkət etmək lazımdır.

Keçən il $100 olanda, onu sentyabrda alıb dekabrda $250 etmək olardı.

Sonra 2025 apreldə ona dibdə kripto alıb onu avqustda $750-900 etmək olardı.

Və ona indi dibdə kripto alıb, 2025 dekabra $1500-5000 etmək olar.

Burada səbr lazımdır. Hər gün kripto alıb satmaq lazım deyil. Sadəcə alıb gözləmək lazımdır.

Futures kazinodur. Şeytanın oyuncağı. Spotda almaq lazımdır.

Bu qədər. Diqqətlə oxuyub düşünün...
👍2
💎🛍🧮Həyatımız - bahalaşma ilə mübarizədir

Öncə qeyd etmişdik ki, inflyasiya daim artır və sadəcə eyni səviyyədə yaşamaq üçün ildə 10-15% daha çox qazanmalısan (= inkişaf etməlisən). Reallıq isə daha ağırdır.


Çünki inflyasiyadan başqa da səbəblər var.
Gəlin araşdıraq, nə bizim varlanmağımıza mane olur:

1. İnflyasiya:

İnflyasiya idxal/ixracdan, ölkə iqtisadiyyatının gücündən, istehsalından, kiçik biznesin inkişafından, geosiyasətdən, pul çapından asılı olur - bunu hər kəs artıq bilir. Ona görə inflyasiya mövzusunu açıqlamayaq.

Çünki ölkədə istehsal və kiçik biznes nə qədər çox olsa, bir o qədər yaxşıdır. Ölkə nə qədər çox ixrac etsə o qədər yaxşıdır. İnflyasiya azalır. Çünki yerli valyutaya daim tələbat olur.


2. Demoqrafik səbəblərdən asılı olan qiymət artması:

Bu da inflyasiyanın bir hissəsidir. Tibb, təhsil, daşınmaz əmlak - bunların qiyməti daha sürətlə qalxır və ümumi inflyasiyanı qabaqlayır. Mənzil almaq ildən ilə çətinləşir.


3. İstehlak cəmiyyəti:

Bizə propaqanda edirlər ki "pulunu xərclə", "al", "kredit götür", "taksit götür (bir neçə aya ödə)".

Və biz qazandığımızdan çox pul xərcləyirik nəticədə. Əvvəl 7 ildən bir dəyişdiyimiz telefonu, indi 2 ildən bir dəyişirik - kredit və ya taksit götürərək. Birinin pulunu verən kimi, digərini götürürük. Hətta eyni zamanda bir neçə krediti olanlar da çoxdur.


4. Qalxan standartlar:

Əvvəl biz 07 almaq istəyəndə, indi ən azı Opel, Reno almaq istəyirik. Çünki standartlar dəyişib. Əvvəl 30 ₼ verib knopkalı telefon alanda, indi standartlar deyir ki, 700 manatlıq telefon al. Əlbəttə ki, bunlar xərcləri artırır.


5. Korporasiyalar:

Hər bir şirkətin məqsədi - daha çox pul qazanmaqdır. Qazancın maksimallaşması. Ona görə onlar hər il, hər ay və hər gün minlərlə hiylələr kəşf edirlər ki, bizlərə məhsulu daha baha və daha çox satsınlar. Başqa sözlə onlar bizlərdən daha çox pul almaq istəyirlər və alırlar da. Məsələn, baxın, ən bahalı telefon əvvəl 600 ₼ olanda, indi 4000-5000 ₼-dır. Və ən vacibi də odur ki - bizi məcbur etmirlər, biz özümüz pulumuzu öz xoşumuzla vermək istəyirik.


6. Hələ gələcəkdə - süni intellekt, robotlaşma iş yerlərini azaldır və azaldacaq.


___
Dostlar, cəmiyyət elə qurulub ki, varlılar daha varlı olur, kasıblar da daha kasıb. Bunu unutmayın. Əgər kasıbsınızsa - deməli daha kasıb olacaqsınız.

Bu çarxdan necə çıxmaq olar? Sabah yazacam...



Böyük Şəxsiyyət ©️

#uğur_qaydaları
#nəzəriyyə
#çərçivədən_çıxın
#statistika
#iqtisadiyyat
#həyatqəddardı

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
❤2
Sistem sənə qarşı qurulubsa necə uğur qazanmaq olar?

Biz elə bir dünyada yaşayırıq ki, oyunun qaydaları əvvəldən bizim xeyrimizə deyil.
Pul inflyasiya ilə dəyərini itirir, korporasiyalar diqqətimizi və gəlirimizi udur, dövlət vergilər alır, cəmiyyət isə bizi istehlaka və “status oyuncaqlarına” sürükləyir. Amma çıxış yolu var. Lövhədə (şahmat) fiqur olmaq yox, oyunçu olmaq lazımdır.